Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:19

Andres Herkel mətbuatın vəziyyətinə görə Azərbaycanın Belarusa bənzədiyini düşünür


AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin qənaətincə, Azərbaycanda müstəqil mətbuat hücuma məruz qalıb. O «Azadlıq» radiosuna müsahibəsində deyib ki, son bir ayda iki qəzet redaktoruna azadlıqdan məhrumetmə barədə hökm çıxarılması, «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovdan külli miqdarda narkotik maddə tapılması haqda məlumatlardan narahatdır. Cənab Herkel mətbuatın indiki vəziyyətinə görə Azərbaycanın Belarusa bənzədiyini düşünür: «Əlbəttə mən mətbuatdakı proseslərlə maraqlanıram və baş verənləri diqqətlə izləyirəm. Sözsüz ki, müstəqil mətbuatın vəziyyəti məni çox narahat edir. Müstəqil mətbuat indiki məqamda hücuma məruz qalıb. «Azadlıq» qəzetinin əməkdaşının üstündə narkotiklərin tapılmasına gəlincə, bu qondarma işə bənzəyir. Elektron kütləvi informasiya vasitələri hökumətin nəzarəti altındadır. Kiçik qəzetlər isə indi xeyli problemlərlə üzləşiblər. Mən maliyyə, intellekt və ya başqa məsələləri demirəm. Sadəcə, müstəqil qəzetlərdə çalışan jurnalistlər daim hücuma məruz qalırlar. Və çox təəssüf ki, bu, bir çox məqamda Belarusda baş verənləri xatırladır».


XS
SM
MD
LG