Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

«Cənubi Qafqaz ölkələri Avropa Birliyinə üzv ola bilər»


"Türkiyə birliyə üzv olarsa, əlbəttə, bir gün bu 3 ölkə də Avropa Birliyinə qəbul olunacaq"
"Türkiyə birliyə üzv olarsa, əlbəttə, bir gün bu 3 ölkə də Avropa Birliyinə qəbul olunacaq"

Avropa Parlamentinin üzvü, Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Mari Ann İsler Bequin «Azadlıq» radiosuna bildirib ki, Cənubi Qafqaz ölkələri də Avropa Birliyinə (AB) üzv ola bilər. İndi bu barədə danışmamaqlarına səbəb, Biquinin dediyinə görə, Avropa Birliyinin Konstitusiyasıyla bağlı narazılıq, Birliyin genişlənməsinə olan etirazlardır: «Biz vətəndaşlarımıza Avropanın nə olduğunu başa salmalıyıq, izah eləməliyik ki, Qara dənizdən o yanda da avropalılar var, onlar da inteqrasiya oluna bilərlər. Əminəm ki, Azərbaycan, Ermənistan, Gürcüstan kimi ölkələrin Rusiyayla Türkiyə arasında tək qalmağı mümkün deyil. Türkiyə birliyə üzv olarsa, əlbəttə, bir gün bu 3 ölkə də Avropa Birliyinə qəbul olunacaq. Nə vaxt bilmirəm, amma gələcəkdə mütləq belə olacaq».


Cənubi Qafqaz ölkələriylə AB-nin qonşuluq siyasəti fəaliyyət planı barədə danışıqlar qurtarıb. İndi birlik üzvləri planı təsdiqləməlidirlər. Avropa Parlamentinin üzvü Mari Ann İsler Bequin deyir ki, Cənubi Qafqazdakı münaqişələrin həlli AB üçün vacibdir. Çünki bu münaqişələr donmuş münaqişələr deyil: «Biz hər ay adam öldüyünü görürük. Bu, donmuş münaqişə deyil. Ona görə də biz məsuliyyət daşıyırıq, axı bu xalqlar Avropadan kömək istəyirlər, biz də münaqişənin həllinə kömək eləməliyik».


AB Azərbaycandan da, Gürcüstandan da hərbi xərcləri artırmamağı tələb edir. Birliyin komissarı Benita Ferrero Valdner bu yaxında region liderlərini «qızışdırıcı nitqlərinə» görə qınayıb, deyib ki, Qarabağ, Cənubi Osetiya, Abxaziya kimi münaqişələrin həllində irəliləyiş ya olmayıb, ya da çox az olub.


XS
SM
MD
LG