Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:40

Dnestryanı müstəqillik üçün referendum keçirir


Referendumda suallardan biri bölgənin Rusiyanın tərkibinə daxil olması ilə bağlıdır
Referendumda suallardan biri bölgənin Rusiyanın tərkibinə daxil olması ilə bağlıdır
Moldovanın separatçı Dnestryanı bölgəsi bazar günü sentyabrın 17-də müstəqilliyi haqda referendum keçirəcək. Bu, ilk dəfə deyil ki, tanınmamış Dnesteryanı respublika referendum keçirir. Müstəqilliklə bağlı oxşar səsvermələr 1990-cı və 1991-ci illərdə də olub. İndiki referendumda iki sual qoyulur: Moldovanın tərkibində qalmaq, yoxsa müstəqil olub sonradan Rusiyanın tərkibinə daxil olmaq? Referendumda iştirak edənlərin böyük əksəriyyətinin müstəqil olmağa səs verəcəkləri gözlənilir.

Artıq Moldova parlamenti referendumu pisləyib və separatçıları yarım ildir dayandırılan sülh danışıqlarını bərpa etməyə çağırıb. Avropa Birliyi referendumu qanunsuz adlandırıb. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Devid Kramer də Dnestryanı adlı dövləti tanımadıqlarını deyib: «Nə Amerikada, nə də ayrı yerdə heç kim Dnestryanının Moldovanın bir hissəsi olduğunu şübhə altına ala bilməz. Burada ilk növbədə Moldovanın mənafeyi nəzərə alınmalıdır». ATƏT də səsverməni müşahidə etməkdən imtina edib.


Tanınmamış Dağlıq Qarabağ Respublikasında da 1990-cı il dekabrın 10-da Azərbaycandan ayrılmaq barədə referendum keçirilib. Noyabrın 12-də daha bir separatçı bölgə-Gürcüstandan qopmuş Cənubi Osetiya da oxşar referendum keçirməyə hazırlaşır.
Amma Rusiya rəsmiləri referenduma belə sərt reaksiyanı düzgün saymırlar. Rusiya Xarici İşlər Nazirliyi öz açıqlamasında qeyd edir ki, demokratik ölkələrdə referendum sivil cəmiyyət qurmaq üçün baza kimi qəbul edilir. Amma Rusiya referendumun nəticəsini tanıyacağı ilə bağlı mövqe bildirməyib.


Bəzi Rusiya rəsmiləri və keçmiş sovet respublikalarındakı separatçı bölgələrin rəhbərləri bir neçə ay əvvəl keçmişdə Yuqoslaviyanın tərkibində olan Çernoqoriyada keçirilmiş və onun müstəqil ölkə olması ilə nəticələnən referendumu əsas gətirirlər. Amma Avropa Birliyinin təmsilçisi Emma Qudvin deyir ki, iki referendum arasında paralellər axtarmaq yersizdir. Onun sözlərinə görə, Çernoqoriyada referendumun keçirilməsinə Serbiya da razı idi və səsvermə hər iki tərəfin razılığı ilə keçdiyi üçün hüquqi sayılıb.


Sülh və Konfliktlərin həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev də deyir ki, müasir dünyada separatçı bölgələrin birtərəfli qaydada qəbul etdiyi qərarlar heç bir nəticə vermir. O, tanınmamış Dnestryanı respublikanın hərəkətinin tanınmamış Dağlıq Qarabağ üçün də nümunə olacağını düşünmür: «Dağlıq Qarabağ artıq belə bir referendum keçirib və beynəlxalq birlik onun nəticələrini qəbul etməyib. Gələcəkdə olan referendumu isə ermənilərin istədiyi şəkildə Azərbaycan qəbul etməyəcək».


Tanınmamış Dağlıq Qarabağ Respublikasında da 1990-cı il dekabrın 10-da Azərbaycandan ayrılmaq barədə referendum keçirilib və Dağlıq Qarabağ erməniləri Azərbaycandan ayrıldıqlarını bəyan ediblər. Noyabrın 12-də daha bir separatçı bölgə-Gürcüstandan qopmuş Cənubi Osetiya da oxşar referendum keçirməyə hazırlaşır.


Rusiyanın separatçı bölgələrdəki referendumlara fərqli münasibətini anlaşılmaz adlandıran Elxan Mehdiyev deyib ki, Rusiya öz tərkibindəki muxtar bölgələrin hüquqlarını məhdudlaşdırır. Hətta çeçen separatçılarına qarşı hərbi əməliyyatlar aparır.


Belə fikirlər səslənir ki, Dnesteryanı və Cənubi Osetiyanın referendum cəhdləri onunla bağlıdır ki, Moldova və Gürcüstan son iki ildə separatçı bölgələri öz tabeçiliklərinə qaytarmaq səylərini artırıblar.


XS
SM
MD
LG