Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:53

«Döyüşlər bütün cəbhə xətti boyunca gedirsə, bu artıq siyasətdir»


-

«Hazırda Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsinin təsadüfü olduğunu düşünmürəm». Tanınmış analitik, Amerika Xarici Siyasət Şurasının baş əməkdaşı Wayne Merry Ermənistan-Azərbaycan cəbhəsində baş verən son prosesləri şərh edərkən belə deyib.

Contact.az yazır ki, Wayne Merry Avropa və ya Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan prezidentlərinin görüşü planlaşdırılsa da bütün cəbhə boyunca toqquşmalar davam edir. O, əlavə edib ki, vəziyyətin belə kəskinləşməsi «öncədən görünən idi». «Bu, ona görə baş verir ki, hər iki tərəf buna şərait yaradır».

«Atəşkəs rejimini daha yaxşı necə təmin etmək olar» sualına cavabda Merry deyib ki, hakimiyyətlər öz qoşunlarına təmkinli olmaq və müharibəyə təhrik etməmək əmrini verməlidir:

«Zorakılıq lokal qruplar arasında getmir. Bunlar öz komandirlərindən göstəriş alan hərbçilərdir».

Lokal xarakterli döyüşlərin təsadüfü və ya spontan olmasına gəlincə, «əgər bütün cəbhə xətti boyunca gedirsə, bu, artıq spontan hadisələr deyil, bu, artıq siyasətdir», Wayne Merry vurğulayıb.

XS
SM
MD
LG