Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:01

Leyla Yunus həbsxanadan yazır: «Bizi sındıra bilməzsiniz»


Leyla Yunus həbsdən əvvəl
Leyla Yunus həbsdən əvvəl

-

Leyla Yunusun səhhətində problemlər yaranıb. Hüquq müdafəçisinin adlarını açıqlamaq istəməyən yaxınları AzadlıqRadiosuna belə deyir və daha sonra əlavə edirlər:

«Bizə zəng etmişdi, ağrılarının artdığını dedi. Çünki onun üçün dietik yemək və dərman apara bilmirik. Müstəntiqə məktub yazmışıq, hələ ki, cavab yoxdur».

Bir gün əvvəl Leyla Yunusun təcridxanadan «Turan»a yazdığı məktubunda da sağlıq durumunda problemlərdən söz açılır:

«Orqanizmim gözlədiyimdən də zəif çıxdı, köhnə yaralar yenilənib, kəskin ağrılar ortaya çıxıb. Mən çalışıram ki, Arifin yaşadığı fiziki çətinliklər barədə düşünməyim. Sizlər – Ləmbəranskilər, Paşayevlər, Əhmədovlar, Usubovlar, Qasımovlar, Qaralovlar bizim fiziki əzablarımızın sağlığına tost qaldırıb, təmtəraqlı qonaqlıqlar təşkil edə bilərsiniz».

«KAMERAMA HAVA DAXİL OLMUR»

Hüquq müdafiəçisi həbs olunandan bəri dışarıdan onlara yemək gətirilmədiyinə də diqqət çəkir:

«Biz Ariflə gətirilən yeməksiz qalmışıq. Kamerama hava daxil olmur. Kamera yoldaşlarım yaxşı başa düşürlər ki, bunların hamısı mənə görədir, lakin giley etmirlər».

Hüquq müdafiəçisi məktubunda onu həbs etdirən və edənlərə də üz tutub:

«BU, PİRR QƏLƏBƏSİDİR»

«Yaşlı cütlük Leyla və Arifin üzərində qazandığınız qələbə münasibəti ilə sizi təbrik edirəm...

Sözsüz ki, bu sizin üçün böyük bir döyüş idi. Mən məhkəmə salonunda müstəntiq İbrahim Ləmbəranskinin danışığını eşitdim. O, çox xoşbəxt idi və qışqıraraq deyirdi: «Nə oldu, qonaqlığı axşam verirsiniz?». Siz bizim sözlərimizə dözə bilmədiniz. Siz qəddar zorakılıq tətbiq etdiniz.

Ancaq bu, Pirr qələbəsidir (astarı üzündən baha olan qələbə nəzərdə tutulur – red.). Hərçənd, Pirr qələbəsinin nə olduğunu siz hardan biləsiniz?

Siz bizim İnamımızı heç vaxt qıra bilməzsiniz... Biz bir yerdə 36 il yaşamışıq və... ölsək belə, bir yerdəyik!»

XS
SM
MD
LG