Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:50

Prezident Administrasiyası önündə veteran özünü niyə yandırib?


Veteran ailəsi Prezident Administrasiyası önündə özünü yandırdı
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Veteran ailəsi Prezident Administrasiyası önündə özünü yandırdı

-

MÜHARİBƏ VETERANININ ÖZÜNÜ YANDIRMA SƏBƏBİ

Prezident Administrasiyasının qarşısında Elçin və Jalə Salahovların özünü yandırmasının səbəbləri bəlli olub. Elçin Salahovun bacısı Yeganə Mahmudova xəstəxana qarşısında AzadlıqRadiosuna bunları deyib:

«Qardaşım Elçin Salahov 2005-ci ildə Sumqayıt şəhəri 10-cu mikrorayonda ata evini satıb bacanağı Abuzərdən 14 min manata evlə birgə torpaq alıb və qeydiyyata da düşüblər. Sonra bacanağı yoldaşından ayrıldı və Rusiyaya getdi. Bundan sonra qardaşımın aldığı evin bir neçə sahibi çıxdı. Bu adamlar Abuzərin qardaş-bacıları idi. Onlar qardaşımı məhkəməyə verdilər. İki il əvvəl məhkəmə onların əlindəki vərəsəlik sənədlərini etibarsız saydı».

Yeganə Mahmudovanın dediyinə görə, avqustun 1-də Sumqayıt şəhər məhkəməsi Salahovların əleyhinə, onların həmin evdən çıxarılması haqqında qərar çıxarıb:

«Məhkəmə qərarda Abuzərin qardaşıma pulu qaytarması ilə bağlı qərar versə də, onlara kompensasiya verilmədən evdən çıxarıblar. Qardaşım kasıb adamdır, müharibə veteranıdır. Hara müraciət etdisə xeyri olmadı və məhkəmə qərarına, bu haqsızlığa özünü yandırmaqla etiraz etdi. Görünən odur ki, bu işə baxan məhkəməyə rüşvət verilib. Biz onların belə addım atacaqlarını heç gözləmirdik. Səhər qardaşımın yoldaşı dörd yaşlı qızını bacısına verib, deyib bunu saxla, biz şikayətə gedirik. Bir az sonra bizə xəbər gəldi ki, hər ikisi özünü Prezident Administrasiyasının qarşısında yandırıb. Mən yanıq şöbəsində qardaşımın yayına girdim, vəziyyəti çox pisdir. Gəlinimizin vəziyyəti lap ağır olduğundan onu reanimasiyaya yerləşdiriblər və bizi ora buraxmadılar. Mənim qardaşım müharibə veteranıdır, onun da axırı belə oldu».

MÜHARİBƏ VETERANI VƏ YOLDAŞI ÖZLƏRİNİ YANDIRIBLAR

Avqustun 13-də səhər saatlarında Qarabağ müharibəsi veteranı Elçin Salahov yoldaşı Jalə Salahova ilə birgə Prezident Administrasiyası önündə özlərini yandırıblar.

Hazırda hər iki şəxs 5 saylı xəstəxananın yanıq şöbəsindədir.

Şöbədən AzadlıqRadiosuna verilən məlumata görə, özünü yandıranlardan birinin vəziyyəti ağırdır.

«33 yaşlı Jalə Salahovanın vəziyyəti çox ağırdır. Onun bədəninin 45 faizi yanıb, hazırda reanimasiya şöbəsindədir. 39 yaşlı Elçin Salahovun vəziyyəti nisbətən yüngüldür və o palataya köçürülüb».

Xəstəxanadan onu da bildiriblər ki, adı çəkilən şəxslər evlərinin qanunsuz və konpensasiya verilmədən sökülməsinə etiraz olaraq özlərini yandırıblar.

XS
SM
MD
LG