Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

Cəbhəçi «Bakıdan gələn dəstə» tərəfindən döyüldüyünü deyir


Murad Ədilov
Murad Ədilov

-

«Qardaşımın mənəvi-psixoloji vəziyyəti yaxşıdır. Baş verənləri tam dərk edir və narahat deyil».

Bunu AzadlıqRadiosuna AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Kürdəxanı təcridxanasında saxlanan qardaşı Murad Ədilovla bağlı deyib.

Onun sözlərinə görə, Murad Ədilova hələlik qəzetlər verilmir.

Natiq Ədilov deyir ki, Sabirabadda saxlanan zaman qardaşı ona «Bakıda gələn dəstə tərəfindən döyüldüyünü» söyləyib:

«Murad dedi ki, Sabirabad rayon Polis Şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsinin rəisi Vüsal Şəbəndiyev onun mənə görə həbs edildiyini deyib. İstəyib ki, etirafedici ifadə versin. Amma Murad cavab verib ki, ölsə də, etmədiyi cinayətlə bağlı heç nə deməyəcək».

Artıq AXCP Sabirabad rayon təşkilatının üzvü Murad Ədilovun işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə müraciət olunub.

Sabirabad polisindən AzadlıqRadiosuna bildirdilər ki, Vüsal Şəbəndiyev məzuniyyətdə olduğu üçün işgəncə və təzyiq iddiasına cavab verə bilməyəcəklər.

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib. Ona qarşı külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb.

Natiq Ədilov qardaşının həbsini siyasi fəaliyyətləri ilə əsaslandırır və irəli sürülən narkotik ittihamının əsassız olduğunu bildirir.

XS
SM
MD
LG