Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:26

Naxçıvanda ikinci Bayraq Meydanı inşa edilir? [Video]


Naxçıvanda da Dövlət Bayrağı Meydanı tikilir
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00
Direct-ə keçid

Naxçıvanda Dövlət Bayrağı Meydanı tikilir (2012-ci il)

-

Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqda sərəncam imzalayıb. Bu haqda Ali Məclisin mətbuat xidməti məlumat yayıb.

Sərəncamdan irəli gələn məsələlərin həlli Naxçıvan Muxtar Respublika Nazirlər Kabinetinə həvalə olunub. Sərəncam 2014-cü il, avqustun 23-ü imzalanıb.

Halbuki, yerli sakinlərin sözlərinə görə, Naxçıvanda Bayraq Meydanı artıq bir neçə ildir tikilib. Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən sakinlərdən biri deyir ki, həmin meydan bu günədək fəaliyyət göstərir:

«2012-ci ildə tikib təhvil veriblər. Naxçıvan şəhərində avtovağzalın yaxınlığında, şəhərin ən yüksək yerindədir. Ora əvvəllər ikinci dünya müharibəsində həlak olanların xatirə muzeyi olub. Sökdülər, yerində Bayraq Meydanı tikdilər. Əslində yaxşı təşəbbüsdür. Bayrağımızın uca yerdə dalğalanması qürurvericidir. Ancaq, ikinci Bayraq Meydanı nəyə lazımdır, bunu başa düşmədim?».

Muxtar Respublikanın rəsmi orqanı olan «Şərq qapısı» qəzetinin 10 mart 2012-ci il tarixli nömrəsində də Naxçıvanda Bayraq Meydanının tikilməsinə hələ 2011-ci ildən başlanıldığı haqda məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, 5024 kvadratmetr sahədə tikilən meydanın tikintisi 2012-ci ildə başa çatıb.

Avqustun 23-də verilən sərəncamda Bayraq Meydanın harada tikiləcəyi haqda isə məlumat verilmir. Bu sərəncamda söhbətin 2 il əvvəl hazır olan meydandan getdiyi, yoxsa ikinci bir bayraq meydanının inşa edilib-edilməyəcəyini aydınlaşdırmaq üçün Naxçıvan Ali Məclisi ilə əlaqə saxladıq. Məclisdən bu məsələyə aydınlıq gətirmək istəmədilər. Sualımızı axıra kimi dinləsələr də hər hansı cavab vermədilər.

XS
SM
MD
LG