Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:43

Tural Sahab. Hekayələr


Tural Sahab
Tural Sahab

-

Dəfn mərasimi

-A,molla tez ol.

-A,molla başına dönüm tez ol,yağış gəlir.

-A,molla qadan alım,gör nə edirsən yağış çatdı,yağsa mərhumu məzarlığa apara bilməyəcəyik.

Molla cənazə namazını yarıda kəsməyə də,kəsməməyə də qorxurdu.Kəssə onsuzda vərəqdən oxuyub əcirni azaltdığı namazın o biri dünyada yaxasından yapışmasından,kəsməsə də yağışın yağıb ölünü dəfn etməyə manə olmasından və kənd camaatının qəzəbindən qorxurdu.Ancaq nağdı qorxu nisyə qorxuya üstün gəldi və molla namazı yarıda kəsib salam verdi.Mollanın arxasında dayananların onsuzda heç biri namaz qılmağı bilmirdi,heç abdəst almağı da bilən yoxdu.Bunlar bir yana içlərindən bir-iki nəfərdən başqa hamı axşam övrəti ilə xəlvət olduqdan sonra,yuyunmamışdı,yəni yas mərasiminə qüsulsuz gəlmişdilər.Bir sözlə molla əgər namazı kağızdan oxumayıbda ,əcrini azaltmasaydı belə bu camaatla namaz qəbul olunmayacaqdı.Yəni,bu camaata da belə bir molla yaraşırdı,bircə qalırdı ölən ki, kirli –kirli gedirdi o bir tərəfə.Onuda heç bir namaz,heç bir dua xilas edə bilməzdi,çünki ölənə kimi Allaha, dinə inanmayan,inanmamaqla yanaşı söyən bir adamdı.

İndi sizə bir sirr verim,ancaq heç kimə deməyin.Mollanın bayaqları namazda oxudaqları vardı ey,bax siz elə bildiz onlar quranda yazılanlardı,lakin yanıldınız.O,oxuduqları ərəbcə bir şeirdi,ancaq siz heç nə anlayıb-başa düşmədiz

Elə bilirsiz ki,elə ərəbcə oxunan hər şey qurandı və din ancaq öləndə lazım olur.Onun üçün də yaşarkən heç dininizlə maraqlanmırsız ki,görək nə yazılıb quranda və Allah bizə nə deyir.Ona görə də düzənbaz mollalar sizi aldadır.Halbuki,siz dininizi bilsəniz kimsə sizi aldada bilməz,bilərsiz ki,məzarlıqda pulla quran oxuyan mollaların oxuduğu qurandan sizin ölülərə heç bir xeyir gəlmir,özünüz heç olmasa bir fatihanı əzbərləyib sevdiklərinizin ruhuna hədiyyə edərsiz.

***

İndi bir neçə məsələyə aydınlıq gətirək,görək niyə millət yağışın yağmasından qorxub mollanı tələsdiridi?.Deməli məzarlıq kəndin qırağında bir yerdə idi,kəndi dünya ilə birləşdirən yeganə körpü isə sel nəticəsində xeyli vaxt idi ki,dağılmışdı yerli əhali kəndin qırağına çıxmaq üçün dərədən keçməliydi,bu da çox məşəqqətli bir iş idi.Normal zamanlarda bu dərəni keçmək bir əzabdı,indi ölünü keçirmək lap çətin olacaqdı,yağış da yağıb,palçıq olsa yazıq ölünün yox da onu o,dərədən keçirəcəklərin halına.Bax,camaat mollanı buna görə tələsdirirdi,belə baxanda haqsızda deyildilər.

Bir digər məsələ isə molla idi ki,dindar deyildi.Nə namazı vardı,nə orucu.Günahı danışanların öz boynuna ,ancaq bu molladan çoxlu lətifələr danışırdılar.Onun ehsandan apardığı yeməkləri yolda lotu-potu ilə araqla yeməsindən tutmuş daha nələr-nələr.Deməli bu mollanın bir sarı çantası vardı ki,hər yasa gələndə özü ilə gətirib verərdi ev sahibinə onlarda bu çantanı ağzına qədər doldurardılar.Bundan əlavə molla əmək haqqı da alırdı ev sahibindən.İndi azca bu mollanın sarı çantasından danşım sizə ,sizdə qulaq asın.Bu molla 70 yaşını çoxdan keçirib,mən uşaq olandan bu molla elə qocadı ki,qoca ancaq indi mənim 30 yaşım var ,lakin molla elə mənim uşaqlığımdakı molladı,heç dəyişməyib.Uşaq vaxtı inandırmışdılar ki,bizi əgər mollanın çantasını daşla doldursaq o,bir də biz tərəflərə gəlməyəcək,bizdə uşaq ağlımızla mollanın çantasına xırda daşlar qoyardıq,lakin molla iki nənəmin,iki də babamın yasında gəldi bizə,hələ qohum-qonşunu da demirəm.Öləcək nənə-babamız qalmayanda bizdə anladıq ki,mollanın çantasına daş qoymağın bir mənası yoxdu və bu əməlimizdən əl çəkdik.Sonralar azdan-çoxdan oxuyub dinimizi öyrəndik,bu dəfə də mollanı sözlə sındırmaq istədik ,lakin bir zaman sonra ondan da əl çəkdik.Bir qohumumuz ölmüşdü,onu dəfn etməyə gələn mollaya nə qədər elədik ki,abdəst aldıraq,bacara bilmədik və o ,gün anladıq cahillərə bir söz çatdıra bilməyəcəyimizi.Bu da bizim molla babamızın qısa xülasəsi idi.

***

Buludlar,qara buludlar.Axı,niyə bu camaatın gününü qara edirsiz.Yağış yağdırmağa başqa bir gün tapa bilmədizmi?,başqa bir günü bir kənaraq qoyaq,heç olmasa iki saat bu yazıqlara möhlət verəydiz də ölsünü dəfn edəydi.Lakin buludlar söz dinləmədi,göy üzü qaraldı,güruldadı,ildırımlar çaxdı və ölünü ağlayan arvadların yanaqlarında göz yaşları qarışdı yağışın damcılarına.Bir yağış yağdı ki, kəndin ətrafında olan dağların sinəsindən su,sel olub axdı kəndə doğru,balaca uşaqlar qorxusundan qaçıb gizləndi yatağın altına.Bir azda yağsaydı ölünün ruhunu aparmağa gələn mələklərin qanadları da islanacaq və camaata görsənəcəki,amma yağış kəsdi ,buludlar yavaş- yavaş dağılmağa başladı.

Yağış kəsmişdi kəsməsinə ,ancaq edəcəyini etmiş,hər yan palçığa qərq olmuşdu.

İndi qoçaqsan gəl bu mərhumu apar dəfn et.Ölənin qohumlarından savayı hamı söyürdü ki,ay səni gorbagor olasan,ölməyə vaxtmı tapdın.O,günlü günlərin birində ölə bilmirdinmi?Ürəklərində bunu desələr də,onlar da başa düşürdülər ki,ölüm onların əlində deyil,onlarlıq olsaydı heç ölməzdilər,elə dünyanı tutub qurdla qiyamətəcən yaşayardılar.Ancaq gəl,gör ki,onlarlıq deyildi.

***

Kəndin salacasını hazırladılar.O,salaca ki,bu kənddə yaşayan hər kəsin son yolculuğuna şahid olurdu.Salacanın dörd quluna da möhkəm iplər bağlayıb düşdülər yola.İlk öncə mərhumun qohumları ,daha sonra kənd camaatı növbə ilə salacanı daşıyırdılar.Nəhayət gəlib çatdılar dərənin kənarına,indi onları çox ağır bir iş gözləyirdi .Bu ölünü dərənin o bir tərəfinə keçirmək.İlk öncə qolu güclü olanlardan iki nəfər dərəyə endi,digərləri isə salacanı astaca aşağıya doğru endirməyə başladılar.Camaat salacanı möhkəm tutub,əllərindəki ipi yavaş- yavaş aşağıya endirməyə başladılar.Əgər xırda bir səhv etsəydilər ölü əllərindən tərəyə yuvarlanar və bu kənd camaatı üçün böyük biabırçılıq,mərhumun yaxınları üçün isə ölənə qədər bir dərd olardı.Kimsə indi o salacada olmaq istəməzdi,çünki ölümün,dəfn olmağın belə,bir şərəfli yönü vardı.Bu,rəhmətlik isə min bir əzabla son məknına aparılırdı.Onsuz öldüyü zaman evdə tək imiş,kim bilir nə əzabla köçüb bu dünyadan.İnsan ölərkən bir sevdiyinin əlini tutaraq ölmək istər,son arzusunu,son diləyini deyib ,bu dünyadan daha sonra getmək istər,lakin bu mərhum bunlarda heç birini edə bilməmişdi.illərdi qapısını açmayan övladları,qohum- əqrabası öldüyünü eşidib,el qınağından qorxduqları üçün özlərini tezcə çatdırmışdılar.İndi də onu dəfn etməyə aparırdılar.

Bir təhər salacanı dərəyə endirə bildilər.İnsanların üst-başı palçığa qərq olmuşdu.İndi qalırdı iplərlə yuxarı çəkmək,di gəl ki,ayaqlar palçıqda sürüçür,böyük əngəl törədirdi.Bir neçə adam dərənin qaşına çıxıb ölünü yuxarı çəkməyə başladılar,tam yuxarı çatha çatda birdən kəndir qırıldı salaca geri yandakıları da əzib düşdü dərənin dibinə,mərhumda kəfənli zaddı qarışdı palçığa.Qohumları şoka düşmüş,kənd camaatı utandıqlarından bir-birnin üzünə baxa bilmirilər,lakin indi şoka düşməyin,utanmağın zamanı deyildi.Ölünü bir təhər bu dərədən çıxarıb dəfn etmək lazımdı.Yenidən ölünü salacaya yerləşdirib,möhkəmcə iplə bağladılar və bu dəfə daha çox insan yuxarıda dayandı.Var gücləri ilə salacanı yuxarıya doğru çəkməyə başladılar və bu dəfə başarılı oldular. Əslində bu dəfn mərasimi kənd camaatının necə ağır şəraitdə yaşamasından xəbər verirdi.Günləri bu palçığın içində mal-qara qovalamaqla keçən bu insanlar elə dünyada cəhənnəm əzabını yaşayırdılar.Əslində bir zamanlar əhalisi çox olan bu kənd indi insan sarıdan yaman kasıblamışdı,bu əzabdan bezən kənd sakinləri üzlərini Rusyanın şəhərlərinə tutub qaçmışdılar.Orada şansı gətirənlər də vardı,gətirməyib tabutla bu kəndə geri qaydanlarda.Ancaq içi dolu gələn tabutlar belə insaların köçünə əngəl ola bilmirdi,çünki insanlar yaşamaq istəyirdilər,insan kimi yaşamaq.O,isə bu kənddə yox idi.

***

Nəhayət ki,məzarlığa çatdılar.Yenə molla ölüyə yaxınlaşıb əlindəki köhnə dəftərçədəb bir şeylər oxumağa başladı.Daha sonra ölünü məzara endirdilər,yaxınarından biri qorxa-qorxa məzara endi,əlini mərhumun çiyninə qoydu,molla da ölünün adını çəkərək təlqin verdi.Bundan sonra o məzardan çıxdı,camaat isə məzarın üstünü örtməyə başladı,bir az torpaqla örtüldükdən sonra xırda daşlarla doldurmağa başladılar və məzar dolana yaxın isə beton tökdülər.Artıq qəbir hazırdı,ölü cavab vermək üçün sonsuza qədər o dünyada qalacaqdı,camaat isə yemək üçün yas olan evə qayıtdı.Ehsan bu kəndin vaz keçilməziydi.Ölüsünə ehsan verməyənə çox pis baxırdılar.Deməli ölünü dəfn etdikləri gün insanlara yağ,pendir və halva verilirdi.Çayda ki,öz yerində.Daha sonra üç,yeddi və qırx gəlirdi.Hələ yeddi ilə qırx arasında dörd dənə də adına var idi.Bu adnalarda çox gələn olmurdu,ev sahibi bir quzu ilə qonaqları yola verə bilirdi ,lakin üç,yeddi və qırxda qonaqlar çox gəldiyindən bir dana kəsilməli,süfrəyə hər cür nazı-nemət qoyulmalıydı,yoxsa ölü sahibini kənd sakinləri topa tutardılar.İndi siz düşünün kasıbın ölüsü öləndə evi necə yıxılırdı.

***

Camaatın ayaq səslərini eşidiridi məzarından.Bayaqları cəsədinin başına gələnləri yuxarıdan izlədiyi üçün bu əzabı o yox kənd sakinləri çəkirdi.İndi isə cəsədini torpağa qoyanda,ruhu da məzara girdi.Bunu yalnız camaatın gedərkən ayaq səslərini eşitdiyi zaman anladı.Çığırıb-bağırmaq istədi,olmadı.Qaranlıq məzarda çox qorxurdu,bir an yaşarkən necə inanmadığını xatırlayıb qorxusu daha da artmışdı,indi qorxudan ruhu titrəyirdi,bədənindən çıxan pis qoxunuda duya bilirdi.Elə bu zaman bir ilan ona yaxınlaşıb dünyada baxmağa doya bilmədiyi üzünü gəmirməyə başladı,onu qovmaq istədi,lakin yerindən tərpənə bilmədi.Dünyada eşidib bildiklərindən başa düşürdü ki,hələ həngaməsi qabaqdadı.

Həyacan və qorxu ilə gözləməyə başladı,dilini hərəkət etdirə bilmədiyindən ürəyində dualar edir,yalvarırdı.Gözlərindən yaş axmağa başladı birdən,barmaqlarını da hərəkət etdirə bilirdi.İndi o daha məzarında deyildi,kitablarda deyildiyi kimi,qiyamətəcən nəfslərin gözləycəyi bərzah aləmində idi.Onu qiyamətəcən qorxu dolu bir yol gözləyirdi,elə ki,qiyamət qopacaq böyük məhkəmə qurlacaq o zaman oda ya cənnətə,yada ki ,cəhənnəmə gedəcəkdi.Dünyadakı həyatını xatırladıqca canına qorxu düşür titrəməyə başlayırdı,axı o dünyada Allahın buyurduğu heç bir əməli etməmişdi,bəlkə də burada tək tənha olmağı cəhənnəmə gedəcəyinin əlaməti idi,çünki Allah sevdiyi qullarını bu cür bir əzaba düçar etməzdi,yenə də ümidini kəsmirdi.

Diş ağrısı

Dişləri ağrıyırdı xeyli vaxt idi.Ancaq,o həkimə getməkdən nifrət edirdi.Sanki ,həkimə getsə başına nə isə bir şey gələcəyini hiss edir və acıdan qıvrandığı halda getmirdi.

Həkimlərin və polislərin can alıcı olduğunu duymuşdu uşaqlıqdan,harada bir polis və ya həkim görsə qaçıb gizlənirdi.Haqsızda deyildi yaşadığı yerdə həkim yanına gedən ölür ,polisin elinə düşən isə ölməkdən də betər bir hala düsürdü.

Hələ bir dəfəsində ağrıyan ,lakin müalicəsi mümkün olan bir dişini savadsız bir həkim əzab verə- verə çəkmişdi.Onun acısını günlərcə canında hiss eləmişdi.İndi necə gedəydi həkim yanına,necə eyni .şeyləri yaşayaydı.Bu, bilə- bilə ölümə getmək olardı onun üçün.Qəribə bir insandı eslinde,bir az romantik,xəyalpərəst duyqusal, kövrək bir sözlə yaşadığı zamanın insanı deyildi.İnsanlara inanırdı ,pislik əlindən gəlmirdi .Onun üçün daima əzab çəkirdi. Nəisə biz söhbətimizə qayıdaq,onun yaşadıqları ətrafındakı insanlara xoş gəlmədiyi kimi yaşadıqlarını oxumaqda sizə xoş gəlməyəcək.Bəlkə vicdanınız sızlayacaq hekayəni yarıda kəsib vicdanınızı bu yolla susduracaqsınız.

Günlərin bir günü internetdə işlədiyi yerə stomotoloq yazan bir qızın profili diqqətini çəkdi.dosluq atdI və qısa bir zaman sonra qəbul olundu dosluğu.

Ona harada islədiyini soruçdu öncə

-.........da işləyirəm ,cavabını aldı.

Bu cavab onu maraqlandırmışdı ,özü bir gənc kimi yaşlılardan başarılı idi öz sahəsində. Bu həkim qız da gəncdi və qəlbində ona özü qədər inandığını duydu

Bu necə ola bilərdi axı ,tanımadığı birinə varlığı necə bu qədər yaxinlaşar, ona qucaq açardı?

Bu sual onu çox düşündürdü .Lakin, o həkim qizla yazışdıqca düşüncəsini, özünü, hər şeyini unudurdu.Ruhu onun ruhuna namələr söyləyirdi gecələri rüyalarda.

Görmədiyi birinə aşiq olmuşdu.Sevirdi onu.

Aman allah bu necə ola bilərdi axi?

Insan görmədiyi ,səsini duymadığı birini necə seve bilərdi?

Bütün bunları düşüşnməkdən cılız bədəni xəstə düşmüşdü.

Gecələri qan tər içində oyanır səhərə qədər xəyallar qururdu.Yəmək belə yeməyi unudurdu çox vaxt.

Yazışdıqca qızda ona mehribanlıq göstərir ,iş yerine dəvət edirdi.

-Gəl qorxma canını acıtmaram,əllərim yüngüldü,həm bu qədər gözəl sözlər yazan oğlanı görmək, tanımaq ona bir şans vermək istəyirəm ve mən hər adama şans vermərəm deyə də , zarafat da edirdi.

Bu onu xeyli cəsarətləndirmişdi.Lakin, qorxurdu , sahib olmadıqlarını istəsəydi qiz necə olacaqdı halı.

Sevdiyini itirsə bu romantik oğlan yaşaya bilməyəcəkdi axi

Qorxa- qorxa qızdan boyunu soruçdu.

-170 sm deyə cavab aldı,xəyalları ilk zərbəni almışdı, qız ondan 4 sm uzundu.Bunu qıza yazmağa qorxdu.Gecələr boyunca özünə təsəllilər verirdi : “o qız elə qız deyil 4 sm boydan ötürü səni rədd etməz ,bu gözəl sözləri yazan romantik oğlanı üzməz “.

Aradan xeyli zaman keçəndən sonra nəhayət qızın işlədiyi xəstəxanaya gəldi,xəstəsi vardı yanında bir xeyli gözləməli oldu otaqda .lakin, isti olan otaqda nədənsə çox üşüyürdü.

Qızın necə olması əslində onu heç maraqlandırmırdı. Çunki, o qızın ruhunu,ürəyini sevmişdi. Lakin, okean mavisi gözlərini,saçlarını görəndən sonra daha da dəli oldu.Onu çox sevirdi,uğruna o an ölə biləcəyini düşündü və bir ömür onun uçun yaşaya biləcəyini.

Nəhayət qız işini bitirib, o gözəl əlləri ilə dişlərini yoxladı bir neçə dişinin mualicə olunması gərəkdiyini söylədi.İlk işini gördü,cani yanmırdı, ürəyindəki yanqın dişinin agrısını unutdurmuşdu ona.Qızın nəfəsi üzünə dəydikcə özündən keçir,dəqiqələr sonra harada olduğunu xatırlayırdı.

Iş bitmişdi .Ancaq ,o cəsarət edib qızdan onun haqqında düşüncələrini soruça bilmədi.Evə qayıtdı, bir az dincəldi və internetə girib qızla yazışmağa başladı.

- Salam,axşamın xeyir necəsən?

- Abadın xeyir,əlayam

- Əllərin dərd görməsin dişim heç ağrımadı,ayrıca çox gözəldin.

- Çox sag ol ,dişinin ağrımadığına sevindim.

- Bəs mən necəydim,bəyəndinmi məni?

- Normal oğlansan,lakin boyun qısadı.

- Bu sənin üçün problemdi eləmi?

- Hə mən uzun boylu oğlanla ailə qurmaq istəyirəm

O an sadəcə onu sevdiyini,özüdən isə nifrət etdiyini hiss elədi. Bu qədər sevdiyi insan necə ola bilərdiki 4 sm boydan ötürü onu istəməsin.Ancaq, bu həyatın acı həqiqəti idi.Bu romantik oğlanın real ölümü,tükənişi idi.O artıq yaşamırdı, sadəcə nəfəs alırdı.Özündən, həyatdan, hər şeydən nifrət edirdi.Daha qız onunla yazışmaq istemirdi, sadəcə həkim xəstə münasibətini saxlamağı istəyirdi.Onu sevirdi, ona necə sevirem deməyəydi,nece. Ölüm ondan yaxşı olardı. Son nəfəsini verənədək hayqıracaqdı onu sevdiyini.

Artıq dişlərinin müalicəsi bitmək üzrə idi.Yəni, onu görmək üçün bəhanəsi olmayacaqdı əlində.Onu görmədən,onsuz necə yaşayacaqdı ,bunları düşündükcə dəli olur, göz yaşalarını saxlaya bilmirdi.

Nəhayət qərarnı vermişdi.

Axırıcı dəfə gedirdi sevdiyinin yanina.Anlaşdıqları üzrə bir daha onu narahat etməyəcəkdi.Xəstəxanaya yaxınlaşanda cibindəki biçağını çıxarıb sol biləyini kəsdi, isti qanı damarına üsyan edərcəsinə axırdı,dəsmalı ilə biləyini bağlayıb əlcəyini də əlinə geyindi.Gecikmək olmazdı .Qızın işlədiyi otağa girdi və tələsdiyini söylədi.Son dişini müalicə üçün sevdiyi ona yaxınlaşdı.Əlləri dodaqlarında gəzdikcə son nəfəsinin yaxinlaşdığını duyurdu.Əlini gizlədirdi ki, görüb işini yarıda kəsməsin .Onun gözlərinə baxaraq ölürdü ,bundan gözəl ölüm ola bilməzdi .

Getdikcə yüngülləşdiyini hiss elədi, balaca bir qayıqda mas-mavi bir okeanda üzürdü.

Kim bilir bəlkə də o okean elə sevdiyinin gözləri idi.

Fəlsəfi dəcəllik

İnsanların ən çox danışanı O-dur... Anadangəlmə lal və kar olan O... Nədənsə həmişə də bizdən danışır. Biz-yəni, 2 dostla harda qarşılaşsa, mütləq “danışmağa” başlayırdı....
***
Anar:
...Dostumla mən 5-ci sinifdə oxuyuruq. Ancaq hamını bezdirməyi yaxşı bacarırıq. Eləmədiyimiz səfehlik qalmayıb. Siqaretin belə dadına baxmışıq. Deyirlər, pisdi, çəkməyin. Amma, biz hər kəsdən öncə atalarımızın əməllərinə inanırıq. Pis olsa atamız çəkməzdi ki? Hər axşam atamızın cibindən oğurladığımız iki siqaretlə qaçırıq yaxındakı boz təpəyə. Arxası üstə boz çəmənlikdə uzanıb günəşin qürubunu seyr etmək, onunla vidalaşarkən siqaretin acısını ciyərimizə çəkmək adətimizdi. Bu təpənin adda-budda bitən otları hər nə qədər sərt, möhkəm idisə, torpağı bir o qədər yumşaq idi. Yaxşı ki, coğrafiyadan aldığım “2”-ləri unutmamışdım. Yoxsa özümü bu təzadı dərk etmədiyimə görə çox qınayardım.
Hərdən günəşin son şüları səmadakı əlçim buludları sığallayırdı. Bu an mənə elə gəlirdi ki, səmada buludlardan hansısa hərflər yazılıb. Günəş öz şüasıyla məhz həmin hərflərin ardıcıllığını göstərmək istəyir ki, o sözü oxuya bilim...
Dostumla ən sevimli söhbətimiz gözaltı elədiyimiz qızlardan olurdu. O, eyni sinifdə oxuduğumuz Zərifədən danışanda mənə elə gəlirdi ki, nəsə uydurur həmişə. Çünki, qızın direktorun oğluna meyl saldığını yaxşı bilirdim. Dostum da bilirdi. Amma, nəsə elə bil xəyallarından əl çəkmək istəmirdi. Mən uşaq ağlımla ona elə təsllilər verirəm ki, elə bil böyüyüb dünyanı yorub yola salmışam, yenidən qayıdıb balaca olmuşam.
Mənsə 6-cı sinifdə oxuyan qızı düşünürəm həmişə. Dostuma baxanda mən daha pis vəziyyətdəyəm. Ümidim təkcə onadır ki, mən 11-ci sinifdə oxuyanda yaraşıqlı oğlan olacağam. Bunu nənəmdən eşitmişəm...Və özümə təsəlli etmişəm... Onda Arzu mənim “dərdimdən öləcək”... Xüsusi vurğuyla dediyim sözləri də nənəm deyirdi həmişə:
-Böyüyəndə qızlar sənin dərdindən öləcək....

Dayım deyir ki, bir az böyüsəm məni özüylə “urusiyət”ə aparacaq:
- Orda o qədər qız var ki, gündə biriylə kef çəkərsən-deyir.
Mənasını anlamasam da elə düşünürəm ki, qızlar mütləq məni xoşlayacaqlar. Orda çoxlu pul qazanacam. Ayda 200 manat da burda qoyduğum arvada bıs edəcək. Dayımın arvadı kimi. Arzu olacaq mənim arvadım. Ondan ona görə xoşum gəlmişdi ki, yaxşı qız idi. Mən birinci sinfə gələndə “Əlifba” kitabı tapılmırdı mənə. O, özünün keçənilki kitabını mənə verdi. Ona görə deyirəm o yaxşı qızdır.

***
Ayaz:
... Anarla çoxdan dostuq. Onunla dalaşmağı çox xoşlayıram. Çünki, tezcə də barışırıq. Hər barışıqda daha mehriban oluruq . Çərşənbə tonqallarını da birgə qalayırıq. Bir gün atalarımız sərxoş hallarıyla dalaşmışdı. Onlar danışmırdı. Elə biz də... Amma, özümüzü elə göstərirdik. Gizlində biz yenə dost idik. Mən Anarın bacısını xoşlayıram. Həmişə Anargilə gedəndə Allaha yalvarıram ki, kaş qapını bacısı açaydı. Amma, axı, bu dostluqdan olmaz ki, mən onun bacısını istədiyimi kimsə bilsin. Buna görə də həmişə Anara direktorun oğluyla idman dərsində axıra qalan Zərifədən danışıram. Anar bunu duysa ki, ona yalan danışıram, məni yaxşıca döyər. Axı o, davakardı.
Bir gün kəndimizin uşaqları qonşu kəndə davaya gedirdi. Anar bunu eşidən kimi dəstəyə qoşuldu. Oradakı davada qəşəng yumruq yeyən Anar zorla qaçıb özünü birtəhər hündür otların arasında gizləyir. Dava qurtaranda uşaqlar Anarı kəndə qucaqlarında gətiriblər. Ancaq bu da Anara dərs olmadı. O, hələ də davanı xoşlayır. Evdə də sirr açan deyil. Soruşanda ki, nolub, demişdi:
-Oynayanda yıxılmışam...
Bir dəfə də özündən çox balaca uşağı iki qatlayıb su çəninə salmışdı. Yaxşı ki, uşağa heç nə olmamışdı. Əslində, onun davalarından çox danışmaq olar. Amma, bir az da danışsam, Anar elə bilər xəbərçiyəm. Deyəsən, birini danışmasam dura bilməyəcəm. Keçən yay Anar yenə bir uşağı küçədə döydü. Anası onu danlasa da, vursa da olmadı. Anar anasının əlindən çıxıb uşağı bərk döydü. Xətrimizə dəyən adamların maşının təkəri altına şüşə qırıqları səpmək, mismar düzmək də sevimli peşələrimizdəndir. Elə bizim dostluğumuz da belə başlayıb. Təkərinə mismar batırdığımçün məni tutub aparan kişinin qolundan Anar dişləməsəydi yəqin ki, o gün atam kəmərini təzələməli olacaqdı. Ona görə də Anarla əlimizi kəsib qan qardaşı olmağı özümə borc bildim.
***
Anar:
...Yağışlı bir gün idi. Kəndimizdə yağış iki cür olur. Ya hava qaralır, elə bil ağlayır, ya da elə bil günəş gülümsəyir deyə utandığından çiçəkləri yuyur. O çiçəkləri yuyanda həmişə ləçəkləri parıldayır. Bu parıltı göy üzünə də düşür. Biz ona “Göy qurşağı” deyirik. Mən toyuq, ördək, qaz ətini xoşlayıram. Hələ yumurtalarını demirəm. Ancaq nədənsə qaz həmişə bizdə qışda, xüsusilə də, yeni il bayramında kəsilir. Elə yağlı ət olur ki. Nənəm hərdən qazın yağını süzdürüb qaba yığır. Sonra qışın soyuq günlərində o yağdan mənə qayğanaq bişirir. Elə ləzzətlidir ki...
Belə yağışlı günlərin biri idi. Yazın əvvəlləridi deyə toyuqlar kürt yatırdı. Yumurta qəhətə çıxmışdı. Ağlasam da yumurta tapılmadı. Qonum-qonşu da toyuqlarını kürt yatırmışdı. Qəribə adətlər vardı ey bu kəndə. Heç vaxt öz yumurtası ilə kürt yatırmazdılar toyuğu. Qonşuyla dəyişirdilər həmişə. Mən o qədər ağladım ki, yumurta üçün. Yenə tapılmadı. Bir həftə kürt yatan qazın altından yumurta çıxarıb bişirdilər. ancaq yeyiləsi deyildi... Yemədim, dişləyib atdım, getdim yatmağa. Daha bir də toyuq kürt yatan vaxtı yumurta sevdasına düşmədim... (Bu da nənəmin sözüdür, sevdaya düşmək... Mən nəyisə çox istəyəndə o həmişə belə deyirdi.)
Yenə bir gün yadıma ət düşdü. Anam bu istəyimi vecinə almadı. Mən də tənbəllik etmədim. Qaçıb çilli fərənin belinə daşla vurdum. Yazıq yerindəcə yırğalanırdı. Babamın yanına qaçdım ki, gəl bunu kəs, yoxsa öləcək, basını qapıya çırpıb. Babam toyuğu kəsəndən sonra dediyim sözün fərqinə varsa da, artıq gec idi. Deyəsən, mənim kələyimi elə təkcə o anlamışdı. Ancaq üzümə vurmadı.
Bir dəfə yenə yabayla toyuq vurmağa gedəndə qırmızı xoruz çığırdı. Qorxumdan yabanı ona vurdum. Bir də gördüm xoruz yabanın ağzındaca ölüb. Qorxumdan onu bağda basdırdım. Evdəkilər xoruzu çox axtardılar. Ancaq tapa bilmədilər. elə bildilər ki, tülkü yeyib. Mənsə bunu Ayazdan başqa kiməsə demədim... Yaxşı dostdur, sirrimi saxladı...

***
Axşamüstü Qəmbər kişi eşşəyinə minib meşədən qayıdırdı. Bir də gördü ki, boz təpədə iki qaraltı var. Öncə onların qurd-quş olduğunu düşündü. Yaxınlaşanda burada Anarla Ayazı ovcunda siqaret görüb pörtməyə, tüpürməyə başladı. Az sonra isə eşşəyinin səmtini kəndə çevirdi. Uşaqlar isə Qəmbər kişi susmasa evdə onları nə gözlədiyini düşünüb qorxudan əsirdilər. Ayaz:
-Fağır adamdı, bizi satmaz-desə də öz dediyinə zorla inanırdı.
Anar isə bilirdi ki, lal-kar olan Qəmbər kişini yaşlılar anlaya bilir. Hətta, babası Qəmbər kişiylə dəfələrlə tində durub söhbət edib... Əslində, bu lal-kar qoca heç də pis adam deyildi. Həmişə də hamıya yaxşılıq etməyə can atırdı. Onu üzən uşaqların əl boyda vaxtlarında siqaret çəkməsi idi yəqin ki... Və elə yəqin ki, deməyəcəkdi də...Axı, o pis adam deyildi...

***
İndi aradan illər keçib, Anarla Ayaz böyüyüblər. onlar bu kəndə az-az gəlirlər. Çünki, şəhərdə yaşayırlar. Qəmbər kişi isə hələ də onlarla rastlaşanda pörtür, əlini-qolunu ölçür, arada tüpürür. Sanki, bununla onların əməlini unutmadığını deyir. Vaxt olub ki, əliylə onları gpstərib yanındakılara da nəsə anlatmağa çalışıb, amma deyəsən, kənd camaatı bu işarələrin onlara yox, xarici avtomobillərinə ünvanladığını fərz ediblər.

Oğurlanmış şeir

Nə zamandır şeir yaza bilmirdi yaşlı şair. Qəlbindən oğurlamışdılar onun şeirini.
Ağ saçları, qurumuş dərisi ilə əslində özü bir şeir olmuşdu. Hər zaman təravətli olan bir sevgi şeiri. Yazdıqları dillər əzbəri olmuşdu...Gənc oğlanlar, qızlar onun şeirlərində tanıyırdı sevgini. Lakin indi o şeir yaza bilmirdi, sevgilisini itirmiş bir gənc kimi acı içində qıvranırdı.
Heç evlənməmişdi bu qoca. Uzaq və kimsəsiz bir qəsəbədə yalnız başına yaşayırdı.Gəncliyində sevdiyi,lakin ona qismət olmayan sevgilisinin xatirəsinə xəyanət etməmişdi bir ömür. Sadiq idi sevgisinə hələ də... Şeirlərində o günəş saçlı qız vardı. Ömrünün son baharında onu isidən günəş rəngində saçlar...Göz yaşları ilə keçən bir ömür... Milyonların sevgilisi olmaq, hər zaman doğrunu, gözəli anlatmaq...Bax, belə bir insandı yaşlı şair.
İndi düşünürdü: “Axı o heç kəsə pislik etməmişdi, kim oğurlaya bilərdi ki,onun qəlbindən sevgini? Belə bir pisliyi kim edərdi ona?”
Düşüncələr onu qəhərləndirir, lakin qoca çinarı yıxa bilmirdi.
Beynindən süzülən fikirlərlə yol boyu gedərkən birdən gözləri günəş qədər gözəl olan bir qızın ağlaya –ağlaya ona tərəf gəldiyini gördü. Qız onun yanına çatanda daha da hönkürdü. Gözləri ilə sanki şairə yalvarmağa başladı.
-Sənə nə olub qızım?
-Mə dünyaya gec gəlmişəm, onu üçün ağlayıram.
-Heç elə bir şey olarmı? Hər kəs zamanında gəlir bu həyata -dedi şair.
Lakin bu sözlər gənc ürəyi sakitləşdirmədi. Daha da alovlandırdı içindəki atəşi:
-Yox ,yox mən düz əlli il gecikmişəm bu həyata. Sən dünyaya gələndə gəlməliydim mən də. O sevdiyin qız mən olmalıydım, o zaman bir ömür acı çəkməzdin. Sənin də üzün gülərdi, şeirlərin bu qədər hüzün dolu olmazdı. Və mən də sənsiz bir ömrə məhkum olmazdım.
Şair artıq anlamışdı şeirini qəlbindən kim oğurlayıb. İçi yanırdı, bu gənc qızın sevgisi qarşısında tükənirdi. Axı bu nə işdi gəlmişdi, ömrünün son günlərini yaşadığı bir zamanda onun başına?
-Qızım sənin bu qocaya olan sevgin eşq deyil, sadəcə keçici bir həvəsdir.Sən sevə bilməzsən bu yaşlı insanı, sən özün kimi gənc birini sevəcəksən zamanı gəldiyində.
Qızın göz yaşları isə daha da artmışdı. Onun bu halı qocanın ürəyini parçalayırdı. Bilirdi qızın sevgisinin yalan olmadığnı. Ancaq qıza yazığı gəlirdi.Bir ömür onun kimi acı çəkməsini istəmirdi.
Lakin bunu ona necə anladacaqdı? Dağlardan axan sular kimi saf olan bu qızın qəlb yarasını necə sağaldacaqdı?
Bir anlıq keçmişə qayıtdı...Nə qədər yalvarmışdı sevdiyinə...Lakin onu istəməmiş,onu bir ömür zəlil qoyub getmişdi. İndi bu balaca qızın gözlərində özünü, gəncliyini görürdü. Ürəyində: “Ah, bə qızım, sən, həqiqətən, gecikmisən bu dünyaya gəlmək üçün, ya da ki, mən tez gəlmişəm”-dedi...
Artıq o da ağlayırdı. Qız yaşlı sevdiyinin göz yaşlarını incə barmaqları ilə silə-silə:
-Ağlama, sənin göz yaşların mənim sonum,ölümüm olar. Nə olar ağlama, mənim gecikdiyim baharım, ağlama-dedi.
Bir xeyli birlikdə ağladılar. Rüzgar onların göz yaşlarına üsyan edib özünü qarşıdakı qayalara elə bərk vurdu ki, qayalar param- parça oldu. Buludlar günəşin qabağını kəsdi, günəş parlaqlığından utandı. Heç bu qədər aciz qalmamışdı yaşlı çinar. Solğun barmaqları ilə qızın saçlarını oxşadı, ona ürəyini vermək, onu sevgi dənizində boğmaq istədi...Lakin ola bilməzdi. O yaxında öləcəkdi... Qızı isə qarşıda qocaman bir ömür gözləyirdi.
Sadəcə sevilmək istəmişdi bu yaşlı bədən. Həyat isə bunun qarşılığında ona əzab dolu bir ömür yaşatmışdı. İndi niyə bu qıza sevdirdi ki ,onu?
Aacısını artırmaq üçünmü?
-Bu ölümə yaxınlaşdığı vaxtda onu ölmədən məzara qoymaq üçünmü?-suallar ürəyində cığır açırdı acıdan...
İkisi də bilirdi, bu sevginin imkansız olduğunu... Onlara əzabdan başqa bir sey verməyəcəyini... Lakin sevirdilər, bu sevginin onların sonu olacaqlarını bilə- bilə.
Şairin dilində bu sətirlər dolanmağa başladı: “Sən yaşlı şairin son şeirisən ........” Sadəcə bu sətir... Sonu gəlmədi bu şeirin.
Yaşlı sevgilisinin gözlərində dünyanı gördü gənc qız. Heç bir yaşıdının gözlərində görmədiyi sevgi dolu bir dünyanı. Ancaq o dünyanın sonuna az qaldığını o da görürdü, bunun üçün də göz yaşlarını dindirə bilmirdi.
O da sevgisiz bir ömür keçirəcəkdi, daha doğrusu, sevgilisiz.

Ölmüş xəyalların kölgəsində

Bakıdan şəkiyə gedərkən avtobusun arxa yerlərindən birində əyləşib telefonuma yazı yazıram .Vaxt daraldıqca sanki ,avtobus tələsir ,içində əyləşən yolcuları sevdiklərinə qovuşdurmağa can atır.
Bəlkə bilmir bəzilərini sevdiklərindən yollar deyildə.elə sevdiklərinin gözləri ayırır.
Bəlkədə bilmir indi içində atıb tutduğu,sevdiyinə şeirlər yazan bir şairi getdikcə sevdiyindən ayırır. Bunları bilsə hər halda bu qədər sürətli getməzdi betonların torpağı öldürdüyü yollarda,bu qədər tələsməzdi ,bir ürəyi sevdiyinin nəfəs aldığı şəhərdən alıb,başqa bir şəhərə götürməyə
Axı avtobusun nə günahı var ki ,o haradan bilsin şairlərin ürəklərinin bir az daha dəli olduğunu,bir şairin başqa bir şairi sevməsinin isə fəlakıt olduğunu .Şairin sevdiyinə yazdığı məktubu çox vaxt sevdiyindən başqa hər kəsin oxuduğunu
Gecə oldumu nədənsə daha çox düşünməyə başlayır insan .Bir də yol gedirsə ,adəta zaman adamı düşünmək üçün zorlayır .İnsan yaşadığı və yaşamaq istədiyi həyatı düşünməyə başlayır .Düşünürsən görəsən adına şeirlər yazdığım şairə dosdum nə vaxtsa bir cümlə də olsa mənə yazacaqmı,yazdığım şeirləri bir ömür boyu ,ilk olaraq o mu yoxsa başqasımı oxuyacaq,görəsən o xəyallarımı öldürən ipək saçlar ,nə vaxtsa göz yaşlarıma məlhəm olacaqmı,gözlərimi qorxudan o baxışlar nə zamansa xəyallarımı oxşayacaqmı .
Bunların olacağına inanmasamda ümidimi itirmirəm . Çünki ümidsizliyin haram olduğunu bilirəm,ömürümü və sevdiyimin ömürünü yazanın dilərsə həyatlarımızı birləşdirməyə qadir olduğuna inanıram.
Getdikcə kürdəmirə yaxınlaşan avtobusda deyəsən oyaq olan tək mənəm,biri telefonda bu qədər yazdığımı görsə ,yəqin fikirləşər ki,bəxtəvər başına hər halda sevdiyi ilə mesajlaşır,haradan bilsinlər ki,olmayan sevgiliyə heç vaxt oxumayacağı məktubu yazıram.
Ancaq inandığım dəyərlər oxumasa belə o məktubu yazmağımı söyləyir.Çünki səhralara düşən dəlilər kralı qumlar üzərində gəzərkən düşünmürdü ki ,leyli gəlsində onun üçün etdiklərimi görüb afərin desin .Tək düşüncəsi sevgisini dağla daşla paylaşmaq ,aşiqlik dərəcəsini artırmaqdı.
Tərifi qarşılıqsız sevmək olan eşqin bizdən istədiyi də acı çəkməkdir.Amma sevgiliyə duyurmadan,sadəcə çəkdiklərimizi Allah bilsin Və aşiqlik dərəcəmiz artdıqca ,kim bilir bəlkə bir gün bizdə məcnun kimi leyla yerinə mövla dedik ,sevgilini bir bədənə həps etməkdən qurtulub,səmaların belə üstündə axtarmaq üçün yola düşdük. Hələlik isə axtardığımız leylidir və ona qovuşmaqdır ilahidən tək muradımız
Bu gecə yarısı şəkinin soyuğu qollarını sevdiyimin yerinə boyunuma dolarkən və barmaqlarını əvəz edən rüzgar oxşarkən saçlarımı düşündüm ki deyəsən aşiqlikdə bir köynək də qazandım. Çünki təbiətin yavaş- yavaş sevdiyimi əvəz etdiyini hiss edirəm. Avtobusun pəncərəsini yumruqlayan yağış damcıları sanki dodaqlarıma çatmaq üçün çırpınır,gecə ən soyuq nəğməsini söyləyir yuxu ilə mübarizə aparan gözlərimə.
Və mən səni düşünürəm sevgiyə çevrilən bir dostluğun ölümündən doğan nifrətin işığında.
Maşın çoxdan şəkiyə çatıb,indi mən soyuq və qaranlıq bir otaqda oturub yenə yazıram. Nə yazdığımı,kimə yazdığımı bilmədən.
Kaş şairə dosdum məndən nifrət etməsəydin, kaş səni nifrətin qədər sevməsəydim və sevgim qədər olan nifrətin yandırmasaydı xəyallarımı .Bəlkə o zaman səni sevdiyimi söyləyirdim əlimdəki telefona ,telefonda sənin səsinlə sevindirirdi qulaqlarımı.
Şeirlərindən birini bəyənən anamım \bu şeiri yazan kimdi\ sualına – dəli bir qız yerinə,məni dəli edən və inşallah sənin gəlinin olacaq dünyalar gözəli,baxışları qələmindən kəsgin olan bir qızdı deyə bilsəydim.
Kaş ki, barmağımda sənə aid bir üzük olsaydı və hər gecə göz yaşlarımla yuyulsaydı.Ancaq mən utanıram sənə aid olan bir üzüyün kölgəsinə sənsizlik adlı günəşin yandırıcı istisindən, sığınmayan barmaqlarla sənə sözlər yazmaqdan,o çox sevdiyin vətənin bir güşəsində yollara düşən yarpaq olmayıbda,o yarpağı əzib keçən ayaq olmaqdan,çox utandım şairə dosdum şəhid olmadan vətən torpaqlarına toxunmaqdan.
Bəzən düşünürəm kaş səndən öncə oxusaydım,oxuduğumuz fakültədə və hər kəsin şeirlər yazdığı şanlı şəhidlərdən biri olsaydım,səndə bir şeirinlə yad etsəydin məni.
O zaman məndə cəhənnəm atəşinin haram olduğu bədənimi sevdanla yandırsaydım.
Əgər bir gün gerçəkləşərsə xəyallarım və məni qurban qəbul edərsə müqəddəs vətən torpaqları,bil ki,türk qızı sahib olmadığı barmaqlarla ona şeir yazmağın olacaq bir şəhidin son arzusu.Bilirəm ki, sən bir şəhidin son istəyini yerinə yetirməyəcək qədər az sevmirsən vətənini .Nəsib olarda, o şəhid mən olsam belə

Ovçu


Gədəbəyin havası ,dağları bir başqa gözəldir.Yay aylarında şəhərdən gələnlərin,əylənməyi sevənlərin sevimlisi olan bu yerlər qış gəldimi zəhmətsevər insanların,qarın altından baş qaldıran qardələnlərə bənzəyən yerli camaatın olur tamamı ilə.Qışın ayrı gözəlliyi var bu torpaqlarda.Buz tutan dağ yollarında rəqs edən maşınlar,qaçıb gedən qaranquşlara inad yuvalarını tərk etməyən sərçələr bir də otaqda yanan odun peçi ...Bir çaydan çay dəmləyib qırağında əyləş və xəyallar qur, elə bil, indi dünyanın ən isti ölkəsində istirahət edirsən,ya da ki,elə öz kəndindəsən və yaydı,şəhərdən dincəlməyə gələn qızlarla platonik bir sevgi yaşayırsan........
***
Köhnə zamanlara,elə urusun vaxtına baxmayın indi ovçuluqla məşğul olanlar barmaqla göstəriləcək qədər azdır.Bu işlə məşğul olanlar isə bu peşəni sevən insanlardı.Əgər bircə dəfə qış fəslində bu dağlarda olmusunuzsa ,nə demək istədiyimi anlayacaqsız.
İndi gəlin sizinlə sehrli bir yolçuluğa çıxaq: Ayaz dayının həyatına,daha doğrusu ovçuluq həyatına.Onunla tez-tez söhbətləşirik,bu kənddə sözümün tutduğu nadir insanlardandır.Elə bu gündə xeyli dərdləşdik onunla,yenə olandan-olmayandan nağıl etdi mən də iştahla dinlədim onu.Bəzən elə şeylər deyir ki,yalan olduğunu bildiyim halda sözünü kəsib etiraz etmirəm.Sanki onun yalanları mənə çoxlarının doğrularından daha doğru gəlir.O,danışdıqca sanki məndə onunla o sərt qayalıqlarda gəzir,cüyür,dovşan izi sürür və axşama doğru muradıma çatır, bir ov ovlayıram.Evdə məni gözləyən uşaqlarımın yanına dolu gəlməyimin sevinci ilə döyüşdə qalib gəlmiş bir komandir ədası ilə dar meşə cığırlarını ləzzətlə addımlayıram.Evə çatan kimi arvadım qapını açır və gözlərimdən öncə əllərimə baxır.Bu baxışlar təbəssümlə bitirsə, demək, gecə işlər yolunda gedəcək.Gecə nə iş deyə soruşmayın deyə bilmərəm.Onu mən bilərəm birdə arvadım,yəni qısacası onun sizə dəxli yoxdu.
Daha sonra arvadım tez əlimdəki yükü alıb evə qoyur və gəlir mənim üstümdəki qarları təmizləyir,ayaqlarıma geydiyim uzunboğaz çəkməni çəkib çıxarır və mən isti evimə daxil oluram.Burada məni iki şey gözləyir .Biri masada hazır olan çay və onun yanındakı zoğal mürəbbəsi,digəri isə sabahdan yolumu gözləyən ,qapını açan kimi üstümə atılıb boynumu qucaqlayan uşaqlarım.Sizi inandırım ki,ikinci birincidən çox daha ləzzətlidir.Nə isə bu xəyaldan ayılım axı bu dediklərim mənim yox Ayaz dayının yaşadıqlarıdır.Adı da həyatı ilə uyğunlaşır: bu kişinin daima ayazda ,qarda olur.Yanaqları qıp-qırmızıdı.Bu qırmızılığı bəziləri dağ havasının təmizliyinə,bəziləri isə buralarda havanın seyrək olmasına yozurlar. Hər nə isə bu kişi bu yaşına gəlib,bu günə kimi heç vaxt həkim yanına getməyib, nə də ki iynə -dərmana möhtac olub.Buz baltası kimi canı var bizim buraların dili ilə desək.
Ayaz dayı o nağıllarda oxuduğumuz ovçulara heç oxşamır.70 yaşı olmasına baxmayaraq ,tüfəngi yerə qoymaq barədə heç düşünməyib.Yəni o nağıllarda rast gəldiyimiz ovçulara tüfəng atdıran hadisələr Ayaz dayının başına gəlməyib.O deyir ki,bu hevanları biz insanlar istifadə edək deyə yaradıb Allah,ancaq ovun da öz qayda-qanunları var.Məsələn,kişi deyir bu yaşıma gəlmişəm hələ yanında balası olan bir canlıya güllə atmamışam.Balalı heyvana güllə atıb,onun ətini balalarıma yedizdirə bilməzdim.
***
Ayaz dayı Qarabağ döyüşlərində də iştirak edib.Düzdü ,o yalnız Gədəbəydə döyüşüb,ancaq döyüşüb.Ovçuluğundan ağız dolusu danışan bu kişi müharibədən bir kəlmə də danışmır.Sadəcə deyir ki,mən vətənimi sabah özümü öymək üçün qorumamışam.Mən də ona hörmət edir ,bu məsələ haqqında çox şey soruşmuram.
***
Bu gün Ayaz dayı ilə yolla gedirdik,bir bulağın yanından keçəndə əyilib bulağın gözündən su içdi.Lakin bu su onun heç xoşuna gəlmədi ,deyir ki,hardadı o dağlardan axan sərin sular.Dağdan kəndə enənə kimi dadını –tamını itirir.Bir anlıq düşündüm ki,bu kişini şəhərə aparsan, elə susuzluqdanca ölər .Kənd bulağının suyunu bəyənməyən adam heç şəhərin suyunu içərmi?!


Ayaz dayının yadına yenə nələrsə düşdü ,başladı danışmağa.O danışdı, mən də onun danışdıqlarını başladım xəyalımda yaşamağa.
Soyuq bir qış günüdür Ayaz dayının söhətində ,mənim isə xəyalımda qar necə yağır bilirsizmi,sizin qağayıların xəzərə hücüm etməsi kimi.Külək-çovğunda kı öz yerində.Göz-gözü görmür.Səhərdən gəzməyimizə baxmayaraq əlimizə bir ov keçmir ki,keçmir.Qanımız qaralıb,dönüb it qanına.Yorğunluğumuz bir yana,evdə yolumuzu gözləyən uşaqları düşündükcə dəli oluruq,elə o uşaqlar olmasa , evə bu cür heç əli boş qayıtmazdıq,başımıza bir güllə sıxıb ,bizim kimi ov axtaran vəhşi heyvanlarısa sevindirərdik heç olmasa, ancaq ölə bilməzdik hələ böyütməli olduğumuz uşaqlarımız vardı. Nə isə hələ axşama bir xeyli vardı.Yəni hələ ümid vardı ki,nəsə qarşımıza çıxa.Bu arada suyumuz bitmiş,əməllicə susamışdıq.Bu meşələri,dağları əlimizin içi kimi bildiyim üçün bir 200 metr qabaqda bir Narzan bulağı olduğunu bilirdik.Addımımızı sürətləndirdik və tezliklə ora çatdıq.Bulağın üstünü qar- buz elə tutmuşdu ki,yerini güclə tapa bildik.Bir təhər buzunu qırıb o sərin suyundan doyunca içdik və qablarımızı da doldurduq.Onun söhbəti mənim də xəyalım bu yerdə bitdi.Ayaz dayı mənə” indi anlayırsanmı ki,bu suyu niyə bəyənmədim” sakitcə güldüm.Bəs deyə bilərsiz ov necə oldu,evə əlidolu qayıda bildilərmi.Hekayənin qalanını nə o danışdı,nə də ki mən soruçdum,çünki bilirəm həyat nağıllara bənzəmir.Çox böyük ehtimal ki,Ayaz dayı o gün evə əliboş qayıtmışdı,mənim hekayəm onu keçmişə qaytarar və üzə bilərdi ona görə də susdum.
***
Ayaz dayı həm də gözəl nərd oynayır.Bütün qış boyunca deyir ki, gəl nərd oynayaq . Mən də bəhanə edirəm ki,işlərim yaman çoxdu,hər gün işə gedib-gəlirəm yay gəlsin inşallah oynayarıq,yay gələndə də deyirəm qışda oynayarıq.Daha utanıb deyə bilmirəm ki,mən nərd oynaya bilmirəm.O gün yenə deyir:
--Nərd əsl kişi oynudu gəl oynayaq.
Mən də məcbur olub dedim ki,mən nərd oynaya bilmirəm.Məndən hansı oyunları bacardığımı soruşdu ,mən də şahmat,şaşki kimi oyunları oynaya bildiyimi dedim.Gülüb dedi ki,onları qızlar da oynaya bilir ,gəl sənə nərd oynamağı öyrədim.Ayaz dayı deyir ki,bax sənə kartın adını çəkirəmmi,heç?! Kart deyəndə elə hamının ağlına qumar gəlir,ancaq nərd həm kişi oynudu ,həm də ki milli oynumuzdu.Məcbur qaldım söz verdim ki,bir gün ,söz, gələcəm öyrədərsən mənə nərd oynamağı.Daha deyə bilmədim:- Ay Ayaz dayı, mənə Facebook nərd oynamaqdan daha maraqlıdır.
Ayaz dayı 70 yaşında məndən daha sağlamdı,çünki ömrü dağlarda təmiz havada keçib,mənim günlərimsə işdə və bilgisayarın qabağında keçir.Ayaz dayı o soyuq sudan içəndə məndə içsəydim, indi çoxdan ölmüşdüm .Bu yaşımda boğazımda farangit var,bir udum soyuq su içən kimi şişir və günlərcə yatmalı oluram.Bəlkə də ,bu həyatda hər kəsin öz rolu var.Ayaz dayı onları yaşayacaq,mən isə qələmə alacaqdım ki,insanlar elə bir kişinin yaşadığından xəbərdar olsunlar.İndi bizim buralarda yaydı,Ayaz dayı ov üçün qışı gözləyir,bu arada əkin –səpinlə məşğul olur və nəvələri ilə zamanını keçirir.
Yay dedim də,mən də deyəsən yavaş-yavaş böyüyürəm.Dünən axşam bir də görürəm məhləmizin cavanları harasa qaçır,birinin qolundan tutub hara getdiyini soruşuram.Cavab veriri ki,kəndimizə bir ceyran gəlib şəhərdən.Hey gidi günlər ,hey… Bir zamanlar mən də o gənclərin arasında olardım,gecə yarılarına kimi şəhərdən gələn o ceyranları bir dəfə görmək üçün küçələrdə gözləyərdim.Ancaq mən böyüdüm şəhərə oxumağa getdim,orada o qədər ceyran tanıdım ki,daha kəndimizə gələn ceyranlar məni o qədər də maraqlandırmır.Ancaq uşaqları belə həvəsli görüb ,mən də görmək istədim o ceyranı və gördüm.Sarı saçlı uzun ,arıq bir qızdı o qədər də gözəl deyildi mənim üçün,ancaq kənddə qız görməyən cavanlardan ötrü o ,qız dünyalar gözəli idi.Hə bax belə Ayaz dayı ceyranları güllə ilə,biz isə gözlərimzlə ovlayırıq. Bax onun üçün biz o köhnə kişilərin heç dırnağı da ola bilmərik.Fikrət Qoca demişkən”köhnə kişilər,köhlən atlara minib getdilər”
***
Bayaqları dedim axı indi yaydı.Yayda Ayaz dayının bir işi də kəndin toyq-cücəsinə qənim kəsilmiş tülküləri vurmaqdı.Kim bu tülkülərin əlindən bezib-cana gəlirsə Ayaz dayının yanına gəlir,o da etiraz etmədən sakitcə tüfəngini əlinə alıb,gizlənir bir ağacın arxasına və elə olur ki,saatlarala ,səbrlə tülkünü gözləyir və milləti bu bəladan xilas edir.Hərdən evimizə güllə səsləri eşidən də bilirəm ki,Ayaz dayı yenə iş başındadır.

Şairin arvadı!

Gəncliyindən gözəl sözlərin vurğunu idi və təbii ki,gözəl söz deyənlərin.Onun bu söz sevgisi zaman keçdikcə böyüdü və bir gün özü də bilmədən bir şairlə sevgili oldu,bir müddət sonra isə evləndilər.

İlk zamanlarda hər şey çox gözəldi,şair sevgilisi ona şeirlər yazır,gecələr qulaqlarına bu şeirləri fısıldayaraq onunla sevişirdi.Tək davaları uşaqlarının adını nə qoyacaqları olurdu,buna da dava deyilərsə.Şair ilk uşaqlarının qız olmasını istəyirdi,çünki bacısı yox idi,həm də qız uşaqları daha sevimli olurdu.Arvadı isə ailəsində o qədər əzilmişdi ,o qədər oğlanın qızdan üstün olduğunu görmüşdü ki,oğlu olsun istəyirdi.

Şairin özü də,arvadı da ölkədəki böyük universitetlərdən birinin filologiya fakültəsini bitirmişdilər.Oxuduqları üniversitetdəki maraqlı,eyni zamanda gülməli hadisəni xatırladıqca gülürdülər.Fakültənin girəcəyində “Filalogiya” yazılmasına baxmayaraq,bir az irəlidə”Filologoya” yazılmışdı.İndi yazıq tələbə qoçaqdısa da tapsın görək hansı düzgün yazılışdır.

Şair çox qısqanc bir kişi idi,arvadını işləməyə qoymurdu.Əslində haqsızda deyildi,şairin niyə belə düşündüyünü bir az sonra sizə deyəcəm,hələlik onun işindən dolanışığından danışaq.Arvadı işləməyə qoymayıb özü nəşriyyatlardan birində işə düzəldi,ayda 400 manat aylıq alır,onunda 2oo manatını verirdi ev kirayəsinə,qalan pulla isə güc bəla ayın sonuna çıxırdı.Şairin ən böyük arzusu kitabını nəşr etdirmək,arvadının isə ev almaqdı.Bu kasıblıqdan bezən arvadı işləmək üstündə elə hey dalaşırdı şairlə,şairsə bildiyini,bildiyindən arvadı işləməyə qoymaq istəmirdi.Həna isə,o hənadan deyildi .Kasıblığın üzü qara olsun,adamın üzünü arvadın yanında da qara edirdi.İndi isə gəlin danışaq şairin bildiklərindən,görək bu kişi nələr bilirdi də arvadı işləməyə qoymurdu.Deməli şair tələbə vaxtı,elə birincə kursda müəllimlərindən birindən belə bir söz eşitmişdi ki,burada işləyən müəlimələr ya kiminsə qızıdı,yada ki,kiminsə”qızıdı” bu ikinci qızının nə demək olduğunu o zaman anlamasa da ,sonradan anlamışdı.Sən demə burada işləmək üçün gərək kiminsə məşuqəsi olasan yoxsa işlər alınmırdı.Hələ iki dənə müəllim tanımış dı ki.,onları tanıdı üçün özündən və həyatdan irgənirdi.Müəllimlərdən biri qız tələbələrə işarət barmağı ilə toxunurdu “mənim balam deyə deyə” ,o birisi isə daha betərini edirdi.Bunları görəndə böyüklərindən duyduğu vaxtı ilə yaşamış “qoç Ramiz” ləqəbli bir kafedra müdri ağlına gəlirdi,deməli bu Ramiz müəllim qız tələbələrə qiymət yazmaq müqabilində onlarla yatırmış.Çox şükür oxuduğu yerdə belə bir şeylər eşitməsə də ,gördüyü bəzi şeylər onu narahat edirdi.

Bundan əlavə zaman elə korlanmışdır ki,müdirlər öz işçiləri olan qadınlara heç yaxşı gözlə baxmırdılar .Bir çox qadınlar da karyera xatirinə öz müdirlərinin könüllərini xoş edirdilər.İndi bunları bildikdən sonra ,siz şairin yerində olsanız arvadınızı işləməyə qoyardınızmı?

Haqlızınız,elə məndə şairin yerində olsaydım arvadımı işləməyə qoymazdım.

İndi deyəcəksiz ki,kişiləri tənqidlədiz bəz qadınlar mələkdimi?

Yox əzizlərim ,elə bu zamanın qadınları da kişilərinin tayıdır.Şairin başına gələn iki hadisə danışım sizə o zaman nə demək istədiyimi anlayacaq və mənə haqq qazandıracaqsız.Deməli biri şairin yaşından əvvəlin söhbətidir.Bu şairin çox yaraşıqlı bir əmisi olub.Bu kişi həm də çox savadlı kişi imiş və öz biliyinə yaxşı bir yerə qəbul olub Üç il alın təri ilə ,əlaçılıqla oxuyub dördüncü kursda özündən iki dəfə yaşlı bir müəlliməsi deyib ki:”bya məni alacaqsan,yadaki sən bu inistutda oxumayacan” yazıq kişi də başını götürüb inistutdan qaçıb və bir zavodda işə düzəlib başlayıb işləməyə.İkinci hadisə isə elə şairin öz başına gəlib.Bir dəfə müəllimələrindən biri kurs işi vermişdi və bu kurs işlərini öz otağında qəbul edirdi.Sıra şairə çatanda içəri keçdi və müəllimənin qarşısında əyləşdi .Aman Allah oda nəydi.Müəllimə dar və qısa bir yupka ,sinəsi və beli açıq bir kofta geyinmişdi ,qısacası görünməyən yerləri sadəcə məhrəm yerləri idi.İndi oğulsansa gəl burada dərsdən danış görüm ,necə danışırsan.Şair güc bəla ilə kurs işini təhvil verib ,özünü çatdırdı ayaqyoluna.

Bax indi yadıma düşdü bir şeydə deyim olsun üç.Deməli şairin dostlarından birinə müəlliməsi,onu saxlamağı təklif etmişdir.Yanlış anlamayın müəllimə tələbəsini saxlayacaqdı.Bütün bunlar onu həyatdan və işləməkdə soyudurdu ,imkanı olsa işləməzdi ,lakin baxmalı olduğu bir arvadı vardı.

Bayaqdan danışıram pisliklərdən,düşünə bilərsiz ki,heç şairin yaşadığı yerdə və zamanda heç yaxşı insan yoxdurmu?Var əzizlərim bu zamanda da yaxşılar var elə onlarda biri də şairin özü idi.Hər zaman yaxşılarla pislər arasında mübarizə getmişdir.Nizami də bunda ilham alaraq “ xeyir və şər” –i yazmışdır. Yəni elə bir zaman olmayıb ki,orada yaxşılar və pislər olmasın.

Şairin romantik sözləri daha arvadına xoş gəlmirdi ,əslində şairin özü də əvvəl ki,tək gözəl sözlər yaza bilmirdi.Arvadı qonşuluqda yaşayan Ayan xanıma baxır ,onun geyindiklərindən geyinmək istəyir,şair də məzarlığa baxır ,tezliklə bu dünyaya tüpürüb getmək istəyirdi.Ancaq gəl ki,nə şair ölür ,nədəki arvadı Ayanın donları kimi don geyinə bilirdi.Bax indi arvadının işləməyinə necə əngəl olacaqdı,qara- qara bunu düşünürdü.Bəlkə urusetə işləməyə gedəydi,lakin bu zaman arvadı kimə tapşıracaqdı.Urusetə işləməyə gedən qonşusunun arvadının nələr etdiyini yaxşı görürdü.Bəs nə etməliydi? Arvadı da əslində haqlıydı.O,nə istəyirdi ki,sadəcə insan kimi yaşamaq. Şair bunları düşünərkən arvadı da qəti qərara gəlmişdi ki,işləyəcək daha başqa yolları yox idi. Şair səhərcən iki paket siqaret çəkdi,lakin ağlına bir fikir gəlmədi.Səhər kor peşman razılıq verdi arvadının işləməyinə.

Arvadı tezliklə işə girdi ,hazırlıq kurslarından birində müəllimə işləyəcəkdi.Hadisələr heç də şairin düşündüyü kimi getmədi,arvadının müdiri ,iş yoldaşları millətini sevən,onların gələcəyi üçün çalışan insanlardı.Şair bu həyatda təkcə özünün yaxşı olmadığını gördü.Tezliklə onun özünü də işləmək üçün oraya dəvət etdilər.İndi hər ikisi işləyirdi.Arvadı Ayanın donundan da gözəl donlar geyinir və torpaq alıb ev tikmək parədə planlar qurur,Şair isə arzusunda olduğu kitabını artıq nəşr etdirmişdi.

İndi deyəcəksiz bu hekəyədə bir natamamlıq var,gərək şairin arvadı da onu aldadaydı,şairdə bunu bilib afvadını öldürə,özünün isə ürəyi partlayıb öləydi .Yox əzizlərim bu hekayə bax elə bu cür bitdi.Şair sadəcə qısqancdı və arvadını itirməkdən qorxurdu.Ancaq arvadı öz hərəkəti ilə anlatdı ki,hər kəs eyni deyil,namusu ilə işləyənlər də var və bu həyatda başarılı olmaq ,ailə ola bilmək üçün qadın da kişi ilə bərabər çalışmalıdır.

Şeytanın elçiliyi

Qız onu bəyənməmişdi... Boyuna görə... Ondan cəmi 4 sm balaca idi. Əgər bir sehr öyrənsəydi, bu sehri edib bir neçə gün ərzində boyunu uzatsaydı, qız “hə” cavabını verəcəkdi. XIX əsrdə yaşamırdı ki, Oskar Uayldın bülbülü ona yardım etsin. Zaman XXI əsrdi... Ağılın, intellektin, məntiqin hökm sürdüyü XXI əsr...
Özlüyündə bu əsrə bir tərif daha tapmışdı: “Ürəklərin buz bağladığı, sevginin son anlarını yaşadığı XXI əsr”... Öz tapdığı tərif özünü də güldürdü... Bu əsrə də, bu zəmanəyə də, hardasa balaca boyuna da ikrah dolu hisslər yarandı içində... Özündən bixəbər... Bir sual isə beyninin içindəki labirintdə ilişib qalmışdı:
-İndi nə edəcəyəm?
Bir neçə günün içində 4 sm boy atmaq imkansızdır... Yəni, aşiqi olduğu gözəl onu nağıllardakı “gedər-gəlməz”ə, özü də birbaş Qara divin sehrli mağarasına göndərmişdi. Bu qara cığırdan qayıtmaq istəyirdi əslində... Gedib 4 sm boy üşün Qara divlə savaşmaq yerinə öz dünyasında öz sevgisi naminə savaşmaq istəyirdi... Qara divin qurşağından yapışıb onunla tutuşmaq yerinə sevdiyinin əllərindən tutmaq istəyirdi... Daha bir sual düzümləndi əvvəlki sualın arxasına:
-Axı necə?
İndi tibb inkişaf edib, bəlkə cərrahi əməliyyatla boyunu uzada bilər?Bunun üçün də pul lazımdı... O isə kasıbdı...Bir də ki, zəngin olsa boyu ölçülməzdi ki... Puluna görə istədiyi qızla evlənərdi...
-Offf...Offf...Necə çıxım bu işin içindən?
Sevgiyə, romantikaya lənət oxuyub bu qızı qaçırsa nə olardı? Öz sualına cavanı çoxdan hazır idi.. Bunu edə bilməzdi... Sevgisini ürəyində olduğu kimi yaşadardı, özü buqələmun kimi o qızın olduğu hər yerdə olardı, onun istədiyi hər rəngə düşərdi, ancaq onu sevməyən birisi ilə məcburi evlilik yaşamazdı... Bunu özünə hörmət sayırdı...Guya... Məntiqlə düşünəndə onu sevməyəni sevmək də özünə hörmətsizlik sayılırdı. Ax, bu məntiq!!! Məntiq ona yad idi...
Qadınlar onu heç vaxt anlamasalar da, o qadınları sanki kitab kimi oxuyurdu... Onların halına belə acıya bilirdi... Ailəsi dağılmış qadınlar düşündürürdü onu... Yazığı gəlirdi içində o qadınlara... Gəlin dedikləri... subay oğlanların bircə dəfə belə qucağında yatmaq üçün şam işığında axtardıqları “gəlin” damğası vurulmuş qadınlar... Subay oğlanlar nə etməzdilər bu gəlinlərdən bircə gecə almaq üçün... Sonrası isə... Sabahısı o gəlin onunçün sadəcə tində durub tay-yşlarının içində yekələnmək mövzusu idi... O qadının nələr çəkdiyi, kiçik ürəyilə nələr yaşadığı heç kimə maraqlı deyildi...
Ailəsi dağılmış bir qadın heç vaxt subay oğlanla evlənə bilməzdi... Heç vaxt... HEÇ VAXT!!! Bu kəlməyə vurduğu vurğu özünü də ürpəndirdi... “Gəlin” damğası vurulan qadın gərək dişləri tökülmüş bir qocaya ərə gedəydi... Zəmanənin qara damğasını çiynində daşıyaydı... Yaxud da, Kardinal Rişelyenin qanunlarına uyğun onun çiynində ağ zanbaq döyməsi olmalıydı ki, adının əvvəlində “boşanmış” kəlməsi var...
Bütün bunları düşündükcə canının acıdığının fərqinə varırdı... Bir ömür beləcə, babası yaşda kişinin qurumuş qollarından asılı qalacaq gəlinlərin töküləcək göz yaşları onun ürəyini dağlayırdı...
İnsanlar qəlbsizləmişdi... Bu zamanın insanları ürəyi saya salmırdılar... Hər kəs evlənəcəyi insanda əvvəlcə var-pul, sonra isə yar-yaraşıq, uca boy, gözəllik axtarırdı... Və ailələr qısa zaman sonra boşanma ərizələri yazırdılar... Özü də min cür bəhanə ilə... Atasız qalan uşaqların, ərsiz, arxasını söykəyəcək kişisiz qalan qadınların halını düşünən yox idi... Əsr XXI əsr idi...
Kim dur deyəcəkdi bu sevgisiz zamana,
Kim həyatını sevgiyə qurban verməklə xoşbəxtliyi qazanmağı öyrədəcəkdi insanlara?
Kim yaşayacaqdı insane kimi? Sevəcəkdi insane kimi? Heyvani hisslərə yox deyəcəkdi? Kim?
Bu suallarına bir ünvan, yaxud bir cavab tapmaq da iki-üç günə 4 sm boy atmaq qədər çətin idi… Ancaq sevirdi… İnsanların onu anlamayacağı qədər… Sevdiyinin belə onu duymayacağı qədər ürəyində sevgisiylə hayqırırdı.
Sevdiyi üçün hər şeyə razı idi… Zamanı və məkanı unutmağa da… Əgər 4 sm, cəmi 4 sm boy ata bilsəydi… Bu möcüzəyə ümid etməkdən özünü güclə saxlayırdı… Amma, əgər boyu uzanmasaydı sevdiyi ucaboy bir oğlanla evlənəcəkdi…

Ağzı üstə yatağına uzanıb ürəyinin gzö yaşlarını axıdırdı. Çox çarəsizdi, canı yanırdı… Şamın gündüz vaxtı boşuna yanması kimi… “Duanı səssiz edərlər”-deyə eşitmişdi… Bağıraraq dua edirdi… Allahına yalvarırdı ki, əgər ona cəmi 4 sm boy daha versə, yaxşı insan olacaq… Ən yaxşı insan… Sadəcə 4 sm boy…
İnamlı insan idi… cəmi üç gün ürəkdən dua etsəydi, boyunun uzanacağına əmin idi… Ona görə də ümidsizliyə qapılmaq istəmirdi… Ümidlə dua edirdi… Möcüzəyə ümidlə…
Otağında kitablarından, bilgisayarından və telefonundan başqa səsini eşidəcək heç nə yox idi… Kitabları sevirdi… Amma, eyni kitabları… 50-yə qədər sevimli kitabları vardı… Elə hey onları oxuyurdu, təkrar-təkrar… Kitablardan oxuduğu, ürəyindən keçən bütün duaları dilinə gətirirdi… Ancaq boyu uzanmırdı ki, uzanmırdı…
Artıq ümidini itirmək üzrəydi…Yatağından üzüaşağı döşəmədəki xalçanın üstünə yıxıldı… Hıçqıra-hıçqıra yerdə qıvranırdı… Ancaq nə duyan vardı, nə də ki, eşidən bu fəryadları… Öləcəyinə inanırdı bu ümidsizlikdən… Dodaqları quruyub göyərmişdi… Sadəcə göz qapaqlarını tərpədəcək qədər gücü qalmışdı. Sevgisi də sanki ruhu ilə birgə içində sovrulurdu kül kimi…
Sevdiyi qız da savadlı idi… Özünü bu bəstəboy oğlanın qollarında təsəvvür edə bilmirdi… Ona uzun boylu, enli kürəkli, lap elə Koroğlu kimi bir kişi lazım idi… O da bilirdi ki, üç günə boyu uzatmaq imkansızdır… Bunu oğlanı başından eləmək üçün demişdi… Əslində, sonuncu söhbətdən az keçmədən sevdiyi öz istədiyi kimi birini tapıb… Hətta, sevginin ən dərin şəhvətini də yaşayıb… Onu unutmuşdu… Çoxdan unutmuşdu… Qəhrəmanımız isə bunu bilmirdi… Ayrılıq qorxusuyla can çəkişirdi…
Son nəfəsini verdiyini düşünərkən gözlərinə ağ paltarlı bir varlıq göründü… Ölüm anında olduğuna əmin idi… Lakin, bilmirdi ki, bu mələk onun canını almağa deyil, yardım əlini uzatmağa gəlmişdi…
Mələk sözə başladı:
-Sənin duan qəbul olundu… Çünki çox qiymətli bir ürəyin var… Allah göz yaşlarının axmasını dayandırmaq üçün məni göndərdi. Ancaq həqiqəti bilməlisən. Sənin sevdiyin sənin qəlbinə heç layiq deyil… Mənim cənnətə layiq olmadığı kimi…

Çox təəcübləndi… Axı bu necə ola bilərdi ki, bir mələk cənnətə layiq olmasın?
Sanki ağ paltarlı varlıq onun ürəyindən keçənləri üzündən oxuyurdu…
-Bax, oğlan, mən Şeytanam… Sevdiyin mənə bənzəyir… Onun üçün Tanrı sənə yardım üçün məni göndərdi… İndi sənə bəzi şeylər göstərəcəyəm… Onları gördükdən sonra fikrini dəyişməsən, Allah duanı qəbul edəcək, boyun uzanacaq…
Hələ də çaşqınlıq içərisində olan oğlan Şeytanla razılaşdı.
Bir andaca bir neçə il keçmişə qayıtdılar… Sevdiyi qızın tələbə olduğu illərə… Xəzərin sahilində sevdiyi oğlanla sarmaşıb söhbət edirdilər… Səsləri eşidilmirdi… Ürəyindən onları eşitmək keçirdi… Elə o dəqiqə də səslər gəlməyə başladı… Eşitdikləri heç də xoşuna gəlmirdi… Qızın bədənində şəhvət qoxan əllər gəzirdi… Daha artıq dayana bilmədi… Çığırdı… Gözlərini yumdu… Açınca da öz otağında idi… Şeytan gülümsəyirdi… Sanki kinayəli təbəssümlə ona deyirdi:
-Necə idi? Xoşuna gəldimi?
Başını aşağı salıb Şeytana lənət oxuyurdu… Sevdiyinə də…
-Görürsənmi, dostum? Sevdiyin mənə çox bənzəyir… İndi də gəl gələcəyə gedək…
Görəcəklərindən qorxsa da gələcəyə getməli idi…
…Yenə səslər gəlməyə başladı… Özünü sevdiyinin yataq otağında gördü… Sevdiyi əri ilə dalaşırdı… Cinsiyyət orqanının yetərincə böyük olmamasına görə…
-O kişinin yerində olmaq istəyirsənsə boyunu uzadaq!-Şeytan qəhqəhə çəkirdi…
Qızı istəmədiyini əvvəlcə birnəfəsə söylədi… Ardınca da sakitcə əlavə etdi:
-Boyum uzansaydı…
Bir neçə dəqiqədən sonra başqa bir otağın qapısını açırdı… Qız sevgilisi ilə içəridə öpüşürdü… Onun gəlişinin fərqinə belə varmadılar… Bir qədər içini ağrıdan mənzərəni seyr etdi… Sonra telefonu açıb onu sevən balaca bir qıza mesaj göndərdi… İkicə kəlməlik… “Səni sevirəm”…
Qapını açıb eşiyə çıxdı… Artıq ürəyi acı çəkmirdi… Beynində yazacağı romanın cümlələri dolaşırdı… Ürəyində isə o balaca qızın gec cavab verdiyi sevgisi…

Sərxoş olan eşşəyin nağılı

Biri vardı, o biri də vardı. Bax, belə bir qəribə zamandı. Nə kənd vardı, nə şəhərlər salınmışdı. İnsanlar şad -xürrəm, insanlar mehribanca dolanırdılar. Bu zamanın içində heyvanlar da özünə yer tapıb, insanların kölgəsində yaşayırdılar. Uzaq bir yerdə insan keçməz, qorxuducu meşələrdən birinin qırağında Məmiş dayı adlı qoca bir kişi yaşayırdı. Məmiş dayının var –dövlətdən Firəngiz adlı arvadı, bir də xallı adlı bir eşşəyi vardı. Arvadı qısır olduğundan uşaqları olmur, buna baxmayaraq o , arvadını boşayıb, başqa arvad almaq fikrinə heç bir vaxt düşməmişdir. Arvadını çox sevir və Firəngiz xala tərəfindən də sevilirdi. Səhər tezdən Xallını palanlayıb meşəyə gedər, meşədə olan bitgilərdən, meyvələrdən yığar, babasından yadigar qalmış qoşa lüləli tüfəngi ilə quşdan, dovşandan ovlayar və gələndə də bir az odun qırıb , bunları xallıya yükləyib geri qayıdardı. Firəngiz xala da Məmiş dayı meşədən gələnəcən yerdən ocaq qalayıb yemək bişirərdi. Evlərində soba var idi, lakin qış olmayanda yeməyi çöldə, yerdən qurulmuş ocaqda bişirirdi.Bunun dadını bir dadan bilir. Hər ikisinin yaşı altmışı keçməsinə baxmayaraq bu təmiz havanın hesabına gümrah qalmışdılar. Bunu ehtirasla keçən gecələrdən demək olardı.

***

Bu meşədə bir də heyvanlar yaşayır, onlar insanların əksinə olaraq savaşır bir birini öldürür, yuvalarını dağıdırdılar.Güclü olan şah olur və ölənə qədər bu meşəyə hökmranlıq edirdi.Əgər, güclü olan ədalətli olmasa , yazıq olurdu meşədəki heyvanların halına. Qan su yerinə axır, zəiflər işləyib, güclülər onların ovlarını əlindən alıb yeyirdi, ancaq indi heyvanların kefi kök idi. Meşənin şahı boz rəngli bir Qurd idi. O, meşədəki heyvanların ən güclüsü və ən ədalətlisi idi. Bu meşədə çoxlu heyvanlar yaşayır, hərəsinin də öz işi vardı. Savaşmaq işinə də qurdlar baxırdı. Meşəyə hücüm çəkən olanda, onlar canları bahasına meşəni qorumalı idilər. Bunun əvəzində isə meşə heyvanları onları qida ilə təmin edirdi. İndi şah olan boz rəngli Qurd da bax bu savaşçıların başçısı idi. Sonuncu şah olan Aslan şahın ölümündən sonra, aslanların soyu bu meşədə kəsildi. Bu zaman çaqqallar şahlıq taxtına keçdi. Nə ədalət qaldı , nə də ki bərəkət. Belə bir zamanda meşəni qoruyacaqlarına and içmiş olan qurdlar çaqqallarla müharibə edib, onları meşənin kənarına qovdu və heyvanların istəyi ilə yaşlı Qurd şahlıq taxtına əyləşdi. İllərin yara izləri boz rəngli Qurda düşmənlərinin qəlbinə vahimə salacaq bir görkəm vermişdi. Gözlərindən birinin üstündə bir xətt vardı, bax bu xətt onun həyatının ən şanlı səhifəsindən xəbər verirdi. İllər öncə boz rəngli Qurd gənc bir savaşçı idi və meşənin qərb sərhədlərini qoruyurdu. Bir gecə hündür bir qayanın üzərində dayanıb , ətrafa göz gəzdiridi. Tək idi, ancaq tək başına bir orduya yetdiyindən hər kəsin könlü rahatdı. Elə bu zaman ay işığında onlarca yaban donuzunun meşəyə tərəf gəldiyini gördü. Elə bir uladı ki, ay qorxusundan qaçıb buludların arasında gizləndi, qayalıqlardan iri daş parçaları qopub dərəyə doğru yuvarlanmağa başladı. Qurdlar qaranlığı sevdiyindən, donuzlarınsa qaranlıqdan ödləri partladığından ayın gizlənməsi donuz ordusunun içində qarışıqlıq yaratdı. Və savaş başladı, sabaha qədər Qurd iyrimi donuz öldürdü, özü isə başdan –ayağa yara içində idi. Boz rəngli kürkü qızıl rəngə boyanmış, sol gözü isə çapılmışdı. Bax bu yara izi belə bir şərəfli gecədən yadigar qalmışdı.

***

Meşədən qovulan çaqqallar, çox uzağa getmədilər. Məmiş dayının evinin və odun edib, ov ovladığı ərazilərdə məskunlaşdılar. Qurdlar bunu bildi, ancaq mərhəmətli olduqlarından bu işə izn verdilər. Çaqqallar, Məmiş dayının eşşəyi xallı ilə yaman dostlaşdılar. Məmiş dayı xallını otlamaq üçün meşəyə buraxır , özü də işləri ilə məşğul olurdu. Bu fürsətdən istifadə edən çaqqallar yavaş –yavaş xallının qanına girməyə başladı. Bu meşədə bir bitgi bitirdi ki, onu yeyən heyvanlar hallanırdı, bax çaqqallar bu bitgini çox yaxşı tanıyırdılar və ondan tez-tez istifadə edirdilər. Bir gün xallı otlaqda otlayırdı. Bu gün o çox yorulmuş və halından şikayətləməyə başlamışdı. Bu necə bir həyatdı, o yaşayırdı. Görəsən bir ağ gün görəcəkdimi? Bu suallar onu xeyli düşündürürdü. Nə zamana qədər bu Məmiş kişiyə qulluq edəcəkdi, axı? . Onun da könlündən digər heyvanlar kimi azad yaşamaq keçdi. Çaqqallar necə də xöşbəxt idi,heç kimə qulluq etmədən, azad bir həyat yaşayırdılar. Xallını belə düşüncəli görən Qara çaqqal: Sənə nə olub belə, Xallı qardaş?

-Yaman yoruluram çaqqal qardaş, bezmişəm bu həyatdan.

-Bəs niyə üsyan etmirsən, niyə dözürsən Məmiş kişinin zülümlərinə?

- Qorxuram, Məmiş kişin əlində bir şey var hansı heyvana tərəf tutsa öncə bir gurultu gəlir, sonra həmin heyvan ölür, bax məndə ölməkdən qorxuram.

-Xallı qardaş, gəl sənə bir ot deyim, ondan otla. O, ot cəsarət verir heyvana. Ondan otlayan kimi bir aslan qədər güclü və cəsur olursan.

Xallı sevinə- sevinə :

” çaqqal qardaş, tez de o, otu mənə” dedi. Xallının gözlərinə işıq gəlmişdi, özünü bir aslan qədər güclü olaraq düşünürdü, axşam tövləyə geri qayıdanda bir dəfə kükrəyəcək, Məmiş kişinin qorxudan rəngi qaçacaq və onu azadlığa buraxacaqdı, lakin Qara çaqqal onu aldadırdı. Bu bitgi heyvana müvəqəti cəsarət versə də , güc vermirdi. Hiyləgər Qara o , otu Xallıya görsətdi. Xallı axşama qədər doyunca bu otdan otladı, indi o özünü bir aslan qədər cəsur hiss edirdi. Fikirləşdi ki, elə Məmiş kişinin boynundan tutub başını qopartsın və intiqamını alsın.

Günəş buludların üstü ilə addımlaya-addımlaya qarşıdakı qarlı dağların arxasında gözdən itdi. Uzaqdan çaqqalların səsi gəlir, bu da Xallıya güc verirdi.

Elə ki, Məmiş kişi gəldi ki, onu aparsın , Xallı uca səslə başladı anqırmağa . O , çirkin səsi elə bildi ki, aslan səsi kimi gəlir. Məmiş kişi buna yaxınlaşıb tutmaq istəyəndə yazıq kişiyə qoşa bir təpik atdı. Təpiyin təsirindən Yerə yıxılan Məmiş kişi yerindən qalxa bilmədi. Yazıq kişinin qarnı cırılmışdı. Xallı anqıra-anqıra meşənin dərinliklərinə, çaqqal dostlarının yanına qaçdı.

Ərinin qayıtmadığını görən Firəngiz xala onu axtarmağa gəldi və cəsədi ilə üzləşdi. Kimsəsi olmayan yazıq arvad kişinin cəsdini evə apara bilmədiyindən elə oradaca qəbir qazıb basırdı. Tək qalan Firəngiz xala da bu dərdə bir gecədən artıq dözə bilmədi və həmin gecə öldü. Bir –iki gündən sonra çaqqallar cəsəd qoxusunu alıb Məmiş dayının daxmasına gəldilər və Firəngiz xalanın cəsədini parçalayıb yedilər.

***

Artıq azad idi Xallı. O, gecəni sevinclə başa vurdu. Qara çaqqal onun nazı ilə oynayırdı. Beləcə aradan bir xeyli zaman keçdi. Gündüzləri birlikdə o , sərxoş edici otdan yeyir , gecələri isə bir-birilərinə qəhramanlıq nağılları danışırdılar. Xallı artıq, həqiqətən bir aslan qədər güclü olduğuna özünü inandırmışdı. Elə ki, Firəngiz xalanın cəsədindən çaqqallarla birlikdə o da yemişdi.

Bir gün Qara :

“ Xallı qardaş, biz savaşa hazıralaşırıq və istəyirik ki, qurdlarla edəcəyimiz bu savaşda bizim liderimiz olasan “ .

Xallının sevincdən və qürurdan qulaqları yuxarı qalxdı. Qaranın isə planı başqa idi. O, Xallını rəngləyib aslana oxaşadacaqdı və savaşda aslanın üzərlərinə gəldiyini düşünən qurdlar qorxub, təslim olacaqdılar. Bu savaşda qurdlarla yanqısı olan donuzlar böyük bir ordu toplayıb Qaraya yardıma gələcəkdi. Əslində bu savaşın lideri Qara özü idi, bunu da Xallıdan savayı hər kəs bilirdi.

Güclü hazırlıq gedirdi savaşa. Qurdlardan biri gəlib çaqqalların savaşa hazırlaşdığını gördü və bunu boz rəngli Qurda xəbər verdi. Qurd da savaş əmri verdi. Nə zamandı ki, savaş gözləyən Qurdun bir oğlu vardı. O, atasından izn istəyib gecə çaqqalların üstünə getmək istədi. Yaşlı şah da buna izn verdi. Gecə ay buludların arxasına gizlənəndə Qurd hücüma keçdi. Belə bir şeyi gözləyən Qara donuzların və çaqqalların ən say- seçmə döyüşçülərini sərhəddə cəmləmişdi.

Qurd sərhəddi keçən kimi savaş başladı. Gənc, təcrübəsiz Qurd ilk savaşı olmasına baxmayaraq düşmənlərinin qanını içirdi, lakin özüdə ağır yaralandı.Bədəni al qana boyanmışdı. Bu savaş səhərəcən davam etdi. Səhər tezdən ətraf donuz və çaqqal leşləri ilə dolu idi, ancaq onlardan bir qədər qıraqda gənc Qurdun da cəsədi vardı. Qəhramanlıqla döyüşməsinə baxmayaraq , Qurd da bu qeyri-bərabər döyüşdə ölmüşdü. Günəş onun qanı üzərinə düşdükcə xoş bir mənzərə yaranır, qurdun ölüsü də məğrur və qürurlu idi. Qurd son gücünü toplayıb oradan bir qədər kənarlaşmış və tək başına yatırdı indi yerdə.

***

Donuz ətini xoşlayan tülkülər bu savaşda qurdların tərəfində döyüşəcəkdi. Çünki bilirdilər ki, Qaranın ordusu bu savaşdan məğlub ayrılacaq və ləziz donuz ətlərini qurdlar əsgərlərinin arasında böləcəklər. Ancaq bilsəydilər ki, qurdlar məğlub olacaq, o zaman qurdları çox asanlıqla sata bilərdilər. Bunu yaxşı başa düşən yaşlı şah onları ordunun ön tərəfinə yerləşdirdi, öz savaşçı qurdlarını isə hilal şəklində düzdü. Beləlikə ortadakı tülkülərə hücüm edən qaranın ordusu mühasirəyə alınacaq və məhv ediləcəkdi.

Qurdlar da belə bir adət var idi. Savaşda ölən qurdun arxacına yas tutmazdılar. Ona görə də boz rəngli Qurd oğlunun ölümünə üzülmədi onu ən yüksək bir dağın zirvəsinə qaldırdılar və qurd ordusu üç dəfə uladı. İndi qabaqda qazanılacaq bir savaş var idi.

Çaqqallar Xallını bəzəyib asalana oxşatdılar . O, ordunun arasında donuzların əhatəsində gedirdi. Qara ona bircə anqırmamasını tapşırmışdı. Əgər anqırsaydı qurdlar onun eşşək olduğunu anlayacaqdı və bu, onların sonu olacaqdı. Bu zaman qonşu dağların döşündə bir sürü it göründü. Qurdlarla yanıqlı olan itlər də bu savaşda Qaranın ordusunda olacaqdı. Qara hiylə işlətdi öncə donuzları, onların arxasına itləri ən sonda isə öz çaqqal ordusunu düzdü. Beləliklə donuzlar tez bir zamanda qurdlar tərəfindən parçalanacaq və qurdların başı donuzları yeməyə qarışacaqdı. Bu zaman itlər hücüm edib qurdları xeyli yoracaq və axırda çaqqallar gəlib yaralı qurdların işini bitirəcəkdi.

Qaranın ordusunda aslanı görən yaşlı Qurd, tez qurdlardan birini elçi olaraq ora göndərdi ki, bu nə məsələdi. Aslan gəlibsə gəlsin taxtına əyləşsin, daha çaqqallarla gəzməsin. Qurd, Qaranın ordusuna yaxınlaşan kimi donuzlar onun üstünə hücüma keçdi. İki güclü it də donuzlara köməyə gəldi. Qurdu yıxdılar yerə və Qara gəlib onun iliyini kəsib qanını içdi. Bunu görən boz rəngli Qurd uluyaraq özünü donuzların içinə vurdu ordusu da arxasınca. Donuzların arasından keçib başladı itlərlə savaşmağa. Tülkülər və bir neçə yaşlı qurd da donuzlarla döyüşürdü. Yaşlı şahın planı aslana ulaşmaq idi, çünki aslanı yəqin ki, aldatmışdılar. Həqiqəti bilsəydi heç vaxt çaqqallarla bir sırada olmazdı. Bir neçə saatlıq döyüşdən sonra itərin hamsı öldürülmüş, qurdlar da xeyli itgi vermişdi, ancaq döyüşün taleyi demək olar ki, həll olunmuşdu. İtlər qurdların ən ciddi düşmanı idi. Bu zaman Xallı dayana bilməyib anqırdı. Bunu görən Yaşlı şahı elə bir uladı ki, eşşək qorxusundan meşəyə tərəf qaçmağa başladı. Bu zaman donuzlar tülküləri savaşda məğlub edib yaşlı qurdları da öldürüb, arxadan qurdlara yaxınlaşmağa başladılar. Qurdlar mühasirədə qaldılar, ancaq bunun bir mənası yox idi artıq. Yaşlı şah bir aslana qarşı döyüşmədiyinə əmin olmuşdu. Qurd ulayıb özünü vurdu donuzların içinə. Axşama yaxın bir dənə də olsun sağ donuz və çaqqal yox idi. Qurdlar Xallını bir kolun dibindən tapıb şahın hüzuruna gətiridilər. Boz rəngli Qurd onu öldürmədi , sadəcə quyruğunu və qulaqlarını qopardın, dedi.

Yaralı xallı kor peşman Məmiş kişinin daxmasına qayıtdı, lakin indi onun yarasını saracaq bir Məmiş dayı yox idi. Ona çaqqalların öyrətdiyi cəsarət otu da xeyir eləmirdi.

Atəş və su

Atəşi su ilə yandıranların hekayəsi.

Bu atəşlə suyun, varlıqla yoxluğun, əzəli iki düşmənin hekayəsidir. Bu atəşlə suyu eyni zamanda sevənlərin, ürəyinə atəşi salanların, bir gün batımında Günəşlə birgə batanların hekayəsidir.

Zaman dəmirin qızıldan qiymətli olduğu bir vaxt. Mərdliyin ölmədiyi, mərdliyin öldürülmədiyi bir çağ. Dükanlar var insanların yaşadığı hər bölgədə. Qılınc ustalarının dükanı bunların içində ən çox alıcısı olanı idi. Savaşlar qılıncla qazanılır, torpaqlar qılıncla fəth olunurdu.

Dəmiri atəşlə döyür, su ilə tərbiyyə edirdilər. Qılınc düzəltmək bir sənətdi. Öncə böyük bir atəş yandırılır, atəş hazır olanda dəmiri içinə qoyardılar. Atəş kimi qızaran dəmiri döyərdilər. Döyülən dəmir suya salınar, yetəri qədər canına su çəkdikdən sonra isə yenidən atəşə qoyulardı. Bu hal kobud dəmir qılınc olana qədər davam edirdi. Dəfələrlə ocaqla və su ilə imtahan olan kobud dəmir ən sonunda zərif qılınca çevrilirdi.

Maraqlı olan isə qılınc ustalarının da kobud dəmir kimi sərt görsənmələri, ancaq incə bir ürəklərinin olması idi, sanki atəş və su ilə imtahan olunan həm də onların özləri idi.

***

Aləmi titrədən böyük sultanın qızına vurulmaq, ölümün alnından öpmək idi. Adi bir qılınc ustasının sahibinin, hökmdarının qızını sevməsi bu qaranlıq zamanlarda imkansızın üstündə bir hadisə idi. Kişilərin sevgisi silahları, savaşları idi. Sevən, aşiq olan bir kişi zəif sayılardı. Bir qadının isə sevməyə haqqı yox idi, kimə versələr onun savaşdan dönməsini gözləyəcəkdi.

İndi gənc qılınc ustası sevirdi. Bu böyük bədənin, güclü əzələlərin sevə biləcəyini desəydilər yəqin ki, kimsə inanmazdı. Daşı sıxsa un kimi əzilərdi deyib, aldatmayacam sizləri, çünki daşı un kimi əzmək bu arş üzərində heç bir qəhrəmana qismət olmamışdır. Sadəcə o güclü idi. Uşaqlıqdan atasının yanında, qılınc dövməklə məşğul olduğundan atəş onu bişirib olqunlaşdırmış, su isə ürəyini yuyub təmizləmişdir. Dəmir kimi bir biləyi, ipək kimi ürəyi olan bu igid indi sevirdi.

Ürəyi yanan gecələrdə atəşə dəmirlərin ən sərtini, qalınını qoyar, sabaha qədər döyərdi. Sevdiyinə qarşı olan sevgisi, dəmirə qarşı olan nifrətə dönürdü bu dumanlı gecələrdə.

Əlindəki çəkic dəmirə dəydikcə, ürəyindən qopan qıvılcımlar az qalırdı yanındakı suyu söndürsün. Düşmənə qalib gələn bəlkə də cahangirlərin qolundakı gücdən daha çox onun ürəyindəki nifrəti idi.

Sevgini heç sayan bir topluma qarşı savaşmaq istəyirdi. Dəmir, çəkic və nifrət. Su ilə atəşin sevgisindən doğulan bir sevgi, bir igid. Usta olduğu üçün döyüşlərə qatılmırdı. Ancaq qılınc oynatmağı, at minməyi ilə bir qəhrəmanı xatırladan bu oğlan şölənlərdə igidlərə qan qusdururdu..

Bir zərbəsindən sonra ayaq üstündə dayana bilən biri yox idi bu torpaqlarda. İgidlərin ən igidi, ustaların əs ustası olmuşdu. İndi bir sevda düşmüşdü ürəyinə, igidlərin bükə bilmədiyi biləyini gözləri yoxluq qədər gözəl olan, incə belli qız bükmüşdü. Sevgi atəşlə suyun birləşməsi, ancaq suyun atəşi söndürməməsi idi. Su atəşi söndürmək üçün yaradılsa da sevən bir ürəkdəki atəşi daha da alovlandırdı. Atəş düşən bir ürəyi dünyanın ən sərin suları söndürə bilmirdi. İndi hazırladığı qılıncları ürəyindəki atəşlə qızdırıb, gözündən axan sularla döyürdü.

Şöləndi, yenə bu məmləkətdə. Uzun sürən bir savaşdan sonra əyləncələr, oyunlar, döyüşlər keçirilirdi. Ölkənin ən yaxşı oyunbazları, rəqqasları və igidləri dörd bir tərəfdən mərkəzə gəlmişdilər. Öncə döyüşlərdən əldə olunan qənimətlər bölündü igidlərin arasında, sonra ziyafətlər verildi. Oyunlar keçirildi, yeyildi- içildi. Ən nəhayət sıra gəldi igidlərin yarışmasına. Əllərində qılınc, at belində onlarla cəngavər meydanda o baş- bu başa gedib- gəlir, öz görünüşlri ilə bir- birilərinin ürəklərinə vahimə salmaq istəyirdilər.

Bu döyüşləri böyük hökmdar və onun ailəsi də izləyirdi. Ailəsi deyəndə onun oğlu yox idi, övladdan, ancaq bir dünyalar gözəli qızı vardı. Bu qızın gözəlliyi dillərə dastan olmasa da, çox gözəldir. İndiyə kimi qonşu məmləkətlərin sultanları elçi düşsə də, kimsəyə verməmişdi yaşlı kral qızını. Heç kimə layiq bilmirdi qızını, onun fikirincə bu küreyi- arzda qızına layiq bir oğlan yox idi. Elə qızın özü də hələ bilmirdi nədir sevgi, necədir bir kişinin xəyalı ilə yuxulardan olmaq. Atəş dəmirə dəyməmişdi hələ. Bu dəmir torpağın altında onu kəşf edəcək ustanı gözləyirdi, bu xəzinə onu tapıb aləmə göstərəcək sənəntkarı. Qızın tək sevgisi atası idi bir də atasının sahibi olduğu böyük krallıq.Yaşlı kral ədalətlə idarə edirdi ölkəsini, bu ucu bucağı görsənməyən torpaqlarda ondan narazı kimsəni tapmaq olmazdı. Tarix kitabları belə bir məmləkətin, belə bir hökmdarın varlığından heç vaxt yazmayacaqdı, çünki ondan sonra gələcək qaniçən krallar belə bir düzənin varlığını insanların bilməsini istəmədi, bilsələrdi onlarda ədalət, bərabərlik istəyə bilərdilər. Ancaq tarixin yazmadığını, kitabların asi olduğunu insanlar ürəklərinə yazdılar, nəsildən- nəsilə ötürüb yaşatdılar. Bir şeir kimi yayıldı, ürəklərdə yaşadı hökmdar və onun məmləkəti. Bəlkə də bu sevgi hekayəsi yaşanmasaydı, unudula bilərdi bütün bunlar, ancaq olmadı, unudulmadı. Bir sevgi dastanı bəxş elədi tanrı bu insanlara və bu sevgi onları unudulmağa, yox olmağa qoymadı.

Gənc qılınc ustası da qatılırdı bu döyüşlərə. Özünün dövdüyü qılıncı, atasından yadigar qalan boz atı ilə meydanı titrədən bu oğlanda qorxmayan, çəkinməyən yox idi. Döyüşlər başladı, yel kimi düşməninə yaxınlaşır, tək zərbəsi ilə onu atından salırdı. Meydan toz duman içindəydi, bir döyüşün içində olduğu kimi həyacan və nifrətlə vururdu qılıncını. İndi ayaq üstə heç kim qalmamışdı bu döyüşlərin qalibinə tacını sultanın qızı özü təqdim eləmək istədi. Yaxınlaşdı, digəri isə hörmətlə əyildi. Əlləri ilə tacı başına qoydu, ayağa qalxanda bir an göz- gözə dəydilər.

Atəş və su qovuşdu, bir anın içində sonsuzluğu yaradıb, gizlədən tanrı, bu bir anın içində də iki ürəyə atəşi saldı. İndi bu ölkədə ilk dəfə bir kişi sevməkdən, bi qadın isə sevilməkdən qorxmurdu. Gözlərini görəndən sonra ölümü qılıncı ilə doğraya biləcəyini düşündü isə biri, o biri ölümün qılıncı ilə doğranmağa razı olmuşdu. Dünyada bir gözəllik var olacaqsa bu gözəllik onun gözünə bir kəz daha baxa bilmək, dünyada bir cənnət varsa da, bu cənnət onun səsini eşitmək olacaqdı. İndi qılınclar sevgi ilə döyüləcək, indi düşmənlər sevgi ilə öldürüləcəkdi. Düşünə bilirsizmi sevgi ilə öldürülmək ölümlərin ən acısıdır. Sevgi gözəllik olsa da yanan bir atəşdir. Hər an onun düşünmək, onunla yaşamaq, ancaq onsuz nə deməkdir. Qılınca vurulan hər çəkic onun adını söyləyirdi, düşmən başını gövdəsindən ayıran hər qılınc da bu sevgidən danışırdı.Bir də səsizcə yaxan su vardı, atəş yanıb, yandırıb qəzəbini söndürməyə çalışsa da, su sakitcə axırdı. Dünyadakı bütün alovları söndürəcək qədər güclü görünsə də, bu atəş onu qurutmaq, bitirmək üzrəydi. Atəş su ilə yanırdı, su isə atəşlə. Bir külək alovlandırdı bu atəşi, bir quşun qanadlarında sultanın sarayına qədər gəldi qılınc ustasının sultanın qızını sevməsi xəbəri. Adil, sevgi dolu kralın rəngi dəyişdi birdən- birə. Necə ola bilərdi, bir başqa kişi onun qızını necə sevə bilərdi, bu sevgi dillərə necə düşə bilərdi. Ürəyindən oğlanı öldürmək belə keçdi, ancaq yox bu ola bilməzdi, axı o ölkəsinin adil hökmdarı, böyük sultanı idi. Sevgi haram olsa da bu məmləkətdə sevir deyə birnin başını vurdurmaq olmazdı.

Və qərar verildi; gedib qonşu ölkənin hökmdarının başını gətirməliydi qılınc ustası, sevdiyinə qovuşmaq üçün. Bu ölümün mədəni forması ola bilərdi, ancaq aşiqlərdən ötrü ölüm toy gecəsi sayılır. Son gecəsi idi bu, öz məmləkətində. Sabaha qədər yeni bir qılınc düzəldib o qılıncla yola çıxmağı düşünürdü. Və gecə, dumanlı, sisli bir gecəydi. Öncə atəşi yandırdı, alovlar yüksəlməyə başlayanda, dəmirlərin ən möhkəmini alova qoydu. Dəmir getdikcə qızırdı, ürəyindəki atəşdən də dəmirə od verib, əlinə çəkici aldı. Bu gecə vurulan hər zərbə onun ürəyindən bir parça qoparırdı. Döyülən dəmirə verilən su, ən sərin bulaqların suyu idi, içinə göz yaşlarından qatdığı.

Qurdlar ulaşırdı uzaqlarda. Bu dumanlı gecənin sabahında bəlkə də onu ölüm gözləyirdi, bir sərhəddi keçmək, bir ölkənin ordusuna tək başına hücum etmək dəlilikdi. Sevgi isə elə dəlilərin işi idi. Sabah qonşu ölkənin hökmdarı bir bölük əsgəri ilə sərhəddə yaxın bir yerdən keçəcəkdi, bu məlumatı bilirdi. Bir təhər sərhəddi keçə bilsə, hücum edib, şansını dənəyəcəkdi.

Gecə artıq son nəfəsini verməyə başlayanda, qılınc ustası da axırıncı zərbələrini vururdu. Qılınc hazır, qılıncı tutan qol hazır. İndi günəş də hazır oldu, ətraf işiqlandı. Boz at da hazırdı, bu böyük savaşa. Xəfif bir rüzigar əsirdi, atın belinə qalxdı. At yerişini artırdıqca saçları havada rəqs edirdi. Bəlkə də şeirlərdə yazılan son savaşçı o idi. Son dəfə o bir ordu ilə savaşmağa gedirdi, ancaq yox bu dünya var olduqca, sevda deyilən bir atəş ürəklərdə yandıqca ordulara tək başına baş qaldıran igidlər hər zaman var olacaqdı.

Boz atlı oğlanın şeirini yazacaq bir şair doğulmalıydı, onun şəklini çəkəcək bir rəssam olmalıydı. Atəşin, buludlardan qopan ildırımların yerə şığımasına bənzəyirdi onun gedişi.

Bəs su, heç düşündünüzmü atəş yanmağa, yanarkən yandırmağa gedəndə bəs su neynədi. Sakitcə axırdı öz yatağı ilə, saf təmiz bir dağ bulağından qopan bir suydu, o. Coşub sel ola bilməzdi. Sakit, səsizcə axacaq, axacaq və bir gün quruyacaqdı. Sultan qızı bilirdi atasının sevdiyini hara göndərdiyini, ancaq bilə- bilə inanmaq istəyirdi onun geriyə qaydacağına. Siz heç ölümə gedən birinə gülən gözlərlə baxıb, baxışlarınızla son vədanızı etdinizmi?

Boz atlı oğlanın getdiyi yol, sanki onun damarlarından ürəyinə doğru gedirdi. Ürəyi döyünürdü, atın ayaq səslərində. Bir azdan ürəyində bir savaş qopacaq, sonunu düşünmək istəmirdi bu savaşın. Atlı isə getdikcə yaxınlaşırdı sərhəddə doğru. Bütün ölkə bu işin sonunu gözləyirdi. Yaşlı kral uzun zamandı hücum etmək istədiyi bu ölkəyə girmək üçün fürsət gözləyirdi. Ordu hazırlanmış qılınc ustasından xəbər gözləyirdi. Bilirdilər ki, bu suiqəsdən qəzəblənən qonşuları mütləq savaş üçün meydana çıxacaqdı. Sevgi ilə nifrətin savaşı olacaqdı bu, əgər sevginin orduları olsaydı. Bu sadəcə atəşin sevgi ilə birləşib nifrətin bağrına bir xəncər təki saplanmaq istəyi idi. Tarix bu savaşı da tam yazmayacaqdı, nə o boz atlı oğlan olacaqdı tarix kitablarında, nə də bu savaşın gerçək səbəbi. İki ordu qarşılaşacaq və biri məğlub olacaqdı. Bir insan, bir döyüşün taleyini dəyişə bilərdimi? Onu bu döyüş maraqlandırmırdı, belə bir döyüşün olacağından da xəbərsizdi. O, sadəcə sevdiyi üçün bir ordunun üzərinə gedirdi. Kralın yanına çatmağa cəhd edəcək, tək zərbə ilə onun başını bədənindən ayıracaqdı. Çünki ikinci zərbəni vurmağa imkanı olmaya bilərdi.

Sərhəddi keçirdi indi, uzaqdan bir toz dumanı kimi görünürdü. Qarşıdakı dağı aşıb, ovunu gözləməyə başladı. Kralın bu yoldan keçəcəyini bilsə də, neçə mühafizəçi ilə olacağını bilmirdi. Nə dəyişəcəkdi ki? Bir ordu da olsa, özünü o orduya vurmağa məcburdu.

Bax budur bir bölük əsgər gəlir, bu əsgərlər xüsusi olaraq kralı qorumaq üçün yetişdirilmiş savaşçılardı. Gənc hökmdar isə döyüşçülərinin arasında, ağ atının üzərində məğrurcasına addımlayırdı. Havada sis qoxusu, qan qoxusu vardı. Uzaqlarda bir sürü çaqqal səsləri gəldi, sonra bir qurd səsi ilə kəsildi səsləri. Günəş buludların arasından izləyəcəkdi bu mənzərəni.

Bir qılınc ustası vəzifəsi, ancaq savaşmaq olan yüzlərlə əsgərin arasına vuracaqdı özünü, az sonra. İndi o da anlayırdı həqiqəti. Sonun başlanğıcı idi. Qılınclarını iki əlinə alıb, tərs tutaraq savaşa hazırlaşdı. Boz at sahibinin son istəyini yerinə yetirmək üçün yaman tələsirdi. Və o an gəlib, çatdı. Boz atın başını buraxan kimi özünü qarşıdakı əsgərlərin arasına vurdu. Çox sürətli olmalıydı, başarılı olmaq üçün. Əlliyə yaxın döyüşçünü keçib kralı bir zərbə ilə endirəcəkdi.

At sürətlə yaxınlaşırdı, artıq qılınclar da hazırdı, onları tutan əllər də. Toz duman içində ölümə doğru qaçan bir savaşçı qədər gözəl ola bilməzdi dünyanın heç bir şeiri. Bax indi boz at özünü qorxmadan əsgərlərin arasına vurur, daha nə olduğunu anlayana qədər düşmən on- on beş əsgərini qılınc ustasının biçib, keçdiyini görür. Hər iki əlindəki qılınclar yuxarı qalxıb, endikcə bir savaşçının son nəfəsi, son fəryadı yüksəlirdi göylərə. Bax budur ilk zərbəni alır, bir ox sol çiyninə dəyir. O, isə irəlləyir, dayandıra bilmirlər onu. Çox az qalıb, hökmdara çatmağa. Bax bir ox da sağ çiyninə dəyir. On- on beş əsgər qalır arada, onları da məhv etmək, verilən əmri yerinə yetirmək lazımdır. Nifrəti artır, atəş alovlanır indi tək zərbə ilə bu savaş ustaları parçalanır. Çox az qalır, laz az. Bir az daha dayanmalıdır, bir az daha...

Bir zərbə baldırından qoparır qılçasını, oluq- oluq axan qanı onu gücdən salır, kürəyinə dəyən oxların isə sayı – hesabı yoxdur. Bir neçə əsgər qalır krala çatmaq üçün. Atın belindən yıxılmamalıdır, bir az daha Tanırm güc ver, izn ver- bir az daha deyə yalvarır.

Külək bu atəşi son dəfə alovlandırmaq üçün uzaqlardan bir damcı su gətirir onun dodaqlarına. Son bir zərbə üçün havaya qalxır sağ qolu və enir kralın başını bərabərində yerə endirərək. Bir zərbə daha gəlir, ancaq bu dəfə o qılıncı tutan qol kralın başının yanına düşür. Bir nizə zərbəsi daha gəlir kürəyinə, ancaq atdan düşmür. Boz at sahibini oradan uzaqlaşdırır, sərhəddə doğru qaçmağa çalışır, bacarmır. O da oxlardan, qılınc zərbələrindən nəsibini alıb. Yıxılır boz at, belindəki sahibi ilə birgə. Və sönür atəş.

Bu hekayə atəşlə suyun hekayəsi olduğundan, atəşi yandıran suyun, suyu sərinlədən atəşin öyküsü olduğundan atəşin sönməsi, suyun quruması idi.

Yaşlı kral orduları ilə hücuma keçib, qonşu ölkənin torpaqlarını da işğal edir. Qalib ordu bir neçə gündən sonra al bayraqlarla geriyə qayıdır.

Bu gecə yağmur yağmağa başladı, sellər yuyub, apardı qan izlərini. Sabah isə Günəş doğacaq.

Heç nə dəyişməycək.

Bülbülün ölümü!!

Yalan adlı bir həqiqət can verir, həqiqət adlı yalanın qollarında.

Sabah yeni- yeni açılır, insanlar həyacan içində qaçışırlar. Hər kəs bir parça çörək üçün Günəşin doğuşu kimi gözəlliyi qaçırır. Avtobuslar ildırım kimi o tərəf, bu tərəfə şığıyır, metrolar yer altında yaşayan nəhəng bir ilanı xatırladır. Həyat başlayır, insanlar yox olmamaq üçün yox olur, insan olduğunu unudur, əslində və nə yazıq ki, bunu heç biri anlamır. Bir çay kənarında sabahın təmiz havası onlara sevinc vermir, yarpız, nanə qoxuları xöşbəxt olmalarına yetmir, qaçıb gəlirlər bu binaları yüksək, ümidləri qaranlıq olan şəhərə.

İnsanlar gülməyi unudub, insanlar sevməyi, sevgi hekayələrini dinləməyi unudub. Və ən acısı insanlar Gülün, Bülbülün nağılnı unudub. Daşdan, daş heykəldən fərqsizləşiblər insanlar.

Bax bu qaça- qaça işə gedən cavan oğlan kəntdə yaşlı anasını atıb, gəlib buralara. İndi bir tikintidə fəhlə işləyir. Ya da o qəşəng qız kəntdə onu sevən cavan oğlanın qəlbini qırıb, burada yaşamaq arzusu ilə qaçmışdı evlərindən, indi çay evlərinin birindəki işinə tələsir.

Sabah təzə- təzə açılır bu şəhərdə. Quş səslərindən, yamyaşıl ağaclardan məhrum olan bu şəhər yoxluğun nəğməsini bəstələyir indi, ancaq bunu yalnız parklarda mahnı oxumağa qorxan göyərçinlər anlayır, duyur.

Səhər açılır, qovub qaranlığı göy üzündən, insanların gözlərindən. Metronun qarşısındakı balaca dəzgahını hazırlayır ağ saçlı baba. Siqaret, saqqız, alışqan satır özündən razı gənclərə. Niyə bu yaşında işləməkdən, savaşmaqdan vaz keçmir görəsən? Mən deyim övladı yoxdu bu babanın, bir tək yataq xəstəsi olan xanımı var həyatında. Onun üçün yaşayır, onun üçün savaşır bu qoca yaşında. O qadın ki, gəncliyində onu yalnız qoymamışdı, hər kəsin sözünü yox, yalnız onu dinləmişdi. Nə qədər demişdilər “ Getmə ona, at onu” , ancaq o, tək qoymamışdı həyat adlı qısa yolda sevdiyi insanı. İndi anladınızmı? Bəlkə də yox, anlaya bilməzsiniz.

Yenə metronun yanına baxaq, polislərdən qorxa- qorxa göy satan xalanı görürsünüzmü? Yaxşı baxın o xalaya, onun soyuqdan donan əllərinə. Bir qadın üçün bu saatlar ailəsinin yanında, isti ocağında olan zamanlardır. Ancaq onun əri uzun illərdir dünyasını dəyişib, iki uşaq oxdur o əlləri öpüləcək ana. Baxın bir polis nəfəri ona yaxınlaşıb, acılayır onu. Sonra yaxınlıqdakı bahalı restoranlardan birinə girib, ən bahalı kababı sifariş verir. Ana isə bu gün çox işləməlidir, axı məktəbdə uşaqlarından pul istəyib, müəllimələri. O pulu tapıb, verməlidir uşaqlarına. İstəmir uşaqlarının pis olmasını.

Bir gənc boynunu büküb, səhər tezdən siqaretlə zəhərləyir özünü. Yanından keçənlər lənətləyirlər onu ürəklərində. Daha bilmirlər bu gün o gəncin sevdiyi qızın toyudur. Bir evi, normal bir işi olsaydı itirməyəcəkdi sevdiyini. İndi yaşamır o, sadəcə ayaq üstündə gəzməyə məcburdur.

Sabah təzə- təzə açılır bu şəhərdə bir qız da metroya düşür nazlı addımlarla, bu gün sevdiyi oğlanla görüşəcək. Nə qədər də həyacanlıdır, ürəyi titrəyir balaca sinəsində. Addımları ən tanınmış bəstəkarların bəstələrindən daha gözəl, daha ahəngli bir səs verir.

Günəş indi hiss elətdirir özünü yavaş- yavaş. Bir qəşəng qız tələsərək çıxır metrodan. Hündür daban geyməyib ayaqlarına, üzündə makyajı da yoxdur. Sadə bir gözəlliyi var, lap yazları çay kənarında bitən yarpızlar kimi. Elə qoxusu da yarpız qoxusunu xatırladır. Metronun yanında balaca bir gül dükanı var. Bahar yağmurları kimi incə barmaqları ilə açır dükanın kilidini.Yavaş- yavaş gülləri dükanın qarşısına düzür. Dükanda, ancaq qırmızı güllər var. Özü bunu belə istəyir, yalnız sevginin rəmzi olan qırmızı güllər satır bu gözəl qız. Bu şəhərdə yalnızdı, ailəsini uşaqlıqdan itirib, yaşamağı tək başına, yalnız öyrənib. Kimsə deyə bilməz ki, bu qız nəsə yanlış bir iş görüb, bir oğlanla danışıb, görüşüb.

***

Bülbülün meşədə gözəl bir həyatı vardı. Hər səhər Günəşdən öncə oyanar, şehli otların bərabərliyində nəğmələr söylərdi. Bir Qaratikan kolnun arasındaydı yuvası. Xöşbəxtdi, sevincliydi. Dünyanın ən gözəl sevgi nəğmələrini oxuyardı. Bu meşədə Qaratoyuqların səsi heç gəlməzdi o oxuduğu zaman. Bülbülün nəğməsinə sayqı duyardılar. Onun nəğməsi bitdikdən sonra tık- tık səsələri meşəni bürüyərdi, Qaratoyuqlar, Bülbülün kövrəltdiyi gülləri matəm havasından çıxarır, adəta onları rəqs elətdirirdi. Göy guruludayıb, yağmurlar yağanda isə sadəcə Tanrının nəğməsini dinləyirdi bütün meşə sakinləri: ağaclar, çiçəklər və quşlar və heyvanlar. Sadəcə Tanrının nəğməsini.

Bir gün insan deyilən bir yaratıq gəldi bu meşəyə, Tanrının nəğməsini korlamaq üçün. Öncə ağacları kəsməyə başladılar, sonra gülləri ayaqladılar. Bülbülün nəğməsi ilə kövrələn çiçəklər indi ayaq altında qalıb, inləyirdi. Heyvanlar qaçıb, meşənin dərinliklərinə doğru getdilər, Qaratoyuqlar da hürküb, yaxınlıqdakı kəndə pənah apardılar. Bir tək Bülbül tərk etmədi evini, o çox sevdiyi Qaratikan kolunu. Hələ ki, onun evi lazım deyildi insanlara. Onlar ağacları kəsib, böyük maşınlarla harasa, çox uzaqlara aparırdılar.

Və bir gün onlardan biri sırf əyləncə üçün od vurdu Qaratikan koluna. Yandırılar Bülbülün evini, özünü isə əsir edib bir qəfəsə saldılar. Qəfəsdə əldən ələ düşdü, ona baxıb gülümsədilər. İnana bilirsizmi, hətta insanlardan biri onu sevgilisinin ad günündə ona hədiyyə etdi. Qəfəsdə olan Bülbülü sevdiyi qadına hədiyyə etdi. O an susdu bütün bəstələr, alnından yox ürəyindən vuruldu şairlər. Qəfəsə salındı bütün gözəl sözlər. Onun üçün nə zamandı ürəklərdə iz qoya bilmir şeirlər, onun üçün ancaq sevgilinin gedişinə bəstələnir bütün nəğmələr.

Bülbül sevginin adı idi bir zamanlar, indi isə pafoslu sözlərin, yalan yanlış sevgilərin adına deyilirdi.

Bülbülün qəfəsini pəncərədən asdı, gənc qız. Şəhərə baxan bir pəncərədən. Bülbül nə edəcəyini, hansı nəğməni oxuyacağını bilmirdi.

Sabah açılırdı bu şəhərdə. Və birdən o dükanın qarşısına güllər düzən qızı, daha doğrusu o qırmızı gülləri gördü. Ümidsizlik yerini birdən ümidə verdi. Ən böyük ümid, elə ümidsizliyin özü deyildimi?

Qırmızı güllər o qədər gözəl görsənirdi ki, bir an havaya qalxdı, pəncərəyə doğru uçmaq istədi. Olmadı, qəfəsin dəmir barmaqlıqları əngəl oldu uçmasına. Ona yemini gətirdi sahibəsi, ancaq o nə yemə, nə dəki suya baxırdı. Gözləri ancaq qırmızı güllərdə idi, ən çox da boynunu əyən o yekə, qırmızı güldə.

***

Hər gün bir cavan oğlan tezdən gəlib, qırmızı güllərdən birini seçib, alırdı. Bu gün də gələcəkdi, gələcəkdi gəlməsinə də, bəs o niyə həyacanlanırdı, sanki onun gəlişini, yolunu gözləyirdi. Anlamırdı, anlaya bilmirdi özünü. İlk dəfə belə duyqular axırdı ürəyindən barmaqlarına doğru. Deməyə, özünə etiraf eləməyə belə qorxurdu. Güllərin ən gözəlini hazırlayırdı onun üçün, ən gözəl güllə etiraf edirdi qorxduqlarını. Görəsən bu gülləri kimin üçün alırdı, bir sevdiyi varmıydı?

Bax, budur o yenə gəlir sakin addımlarla dükana yaxınlaşır, hər zamanki, adəti üzrə salam verib, əhvalını soruşur qızın. Gülərək salamını alır, gənc qız. “Buyurun, gülünüz hazırdır”- deyir titrək səsi ilə. Oğlan isə təşəkkürünü bildirib, gəldiyi kimi uzaqlaşır oradan. Arxasınca baxan, gözlərimi, yoxsa ürəyidimi anlaya bilmir. Oğlan yavaş- yavaş gözdən itir, bahalı maşınına minərək. Qırmızı işıqda dayananda uşaqlar gəlib maşının şüşələrini silməyi təklif etmirlər, gecə olmadığı üçün.

Kimi sevdiyinə gül alır, kimi sevdiyi insanın məzarına qoymaq üçün. Hər kəsin niyyətini anlayırdı, hər kəsi gözlərindən oxumağı bacarırdı, lakin indi acizdi. Bilə bilmirdi, oğlanın o gülləri kimə aldığını, kimin üçün hər səhər bu dükana gəldiyini. Sevgi ağlın iflası idi, bəlkə də dünyanın belə olması bunun üçündür, axı sevgi ilə yaradılmışdı bu dünya. Bir gün günəşli, elə həmin günün axşamı qara buludlu, yağmurlu. İnsan da düz beləydi sevdiyi zaman. Tam hər şeyin gözəl olduğunu düşündüyü, xöşbəxtliyin gəldiyinə əmin olduğu zaman, birdən birə hava qaralar, bir vəda ilə bitər bütün ümidlər. Ya da əksinə, tam hər şey bitdi dediyimiz zaman, artıq ölümü gözlədiyimiz bir zamanda sevgi gülümsər bizə və yenidən yaşamağa başlayarıq. İndi bilmirdi bu hava günəşli, yoxsa buludlu olacaq. Günəşli olsa belə, bu Günəş onun tellərini isidəcəkmi, heç nə bilmirdi?

Hava yavaş- yavaş qaralırdı, artıq insanlar evlərinə doğru qaçır, yorğunluqlarını sevdiklərinin gözlərinə baxaraq çıxarmaq istəyirdilər.

Ağ saçlı baba, göy satan xala indi sevdiyinin toyu olan cavan oğlan, sevdiyi ilə görüşdən sevinclə ayrılan o nazlı qız hamsı evinə tələsirdi. O da dükanı bağlayıb, evinə doğru addımlamağa başladı, dükanın bağlanmağı isə bir tək Bülbülü ağlatdı, bir tək onun canını acıtdı. Qız sevdiyini görmək üçün, Bülbül də gülünü sabahın açılmasını gözləməyə başladılar.

Hava qaralır indi bu şəhərdə, Günəş yox olur, yenidən doğa bilmək üçün

***

Yenə sabah açılırdı, ayrılıq qoxuyan bir gecənin sonrasında. Bülbül qəfəsdə nəğmə oxuyarmı, oxuyar ürəyində sevgi adlı bir atəş varsa, əgər. Azadalıq ürəklərdə bəstələnən bir nəğmədir, yoxsa kim deyə bilər, hansı birimiz deyə bilərik, Qara qarğanın azad olduğunu, nəğmələr söylədiyini. Bəli, nəğmələr söyləyirdi, sevgi nəğmələri bizim Bülbül. Sahibəsi onun səsi ilə oyandı yuxusundan, sevimli Bülbülü ilk dəfə idi ki nəğmələr oxuyurdu. Bu nəğmədən ruhlanıb, açdı pəncərəsini. Pəncərənin açıldığını görən Bülbül daha bir həyacanla oxumağa başladı.

O, da sevgi ilə oyandı yuxusundan. İlk öncə balaca otağının pəncərəsini açıb, təmiz hava ilə sevindirdi varlığını. Güzgüyə baxdı bir xeyli, həqiqətən çox gözəl görsənirdi, saf bir gözəlliyi vardı, vardı da o, bunun fərqinə indi varırdı. Özünə də qəribə gəldi bu hal, necə ola bilərdi, axı indiyə qədər öz gözəlliyini duymamışdı. Gözlərinə baxdı daha sonra, rəngi nəydi gözlərinin? Yaşıl, qəhvəyi yoxsa başqa bir rəngdə, seçə bilmədi gözlərinin rəngini. Gözləri bilinməz bir rəngdəydi. Biri yaşıl deyərdi, bir başqası qəhvəyi. Bu qədər fərqli, bu qədər əsrarəngiz bir rəngi vardı, gözlərinin. Çox düşünmüşdü, sabaha qədər. Bu gün izləyəcəkdi oğlanı, izləyəcək və hara gedtiyini öyrənəcəkdi. Bəlkə xəyal qırıqlığına uğrayacaq, bir daha gülə bilməyəcəkdi, lakin daha yalançı ümidlərlə özünü aldatmaq istəmirdi.

Yeni bir sabah açılırdı, bu şəhərin uca göydələnlərindən çəkinə- çəkinə. Günəş yenə eyni qayda ilə baş qaldırdı dağların arxasından. Günəş xəbərsizdi bu göydələnlərin içində gizlənən acılardan, ölümlərdən.

Dünən gecə yeni bir körpə gəldi dünyaya, sevinə bilmədi atası. Sizə qəribəmi, gəldi bu hal? Bir ata necə sevinə bilməz ki, övladının dünyaya gəlməsinə? Sevinə bilməz, əzizlərim əgər doğum zamanı sevdiyi qadını hansısa savadsız həkimin ucbatından itirərsə, sevinə bilməz. Dünyaya yeni gələn körpənin atasının qucağında ağlaması, Bülbülün qəfəsdə sevgi nəğməsi oxumasından belə, daha acılıdır.

Dünən sevdiyi qızın toyu olan oğlan da bu gün siqaret çəkə- çəkə yaxınlaşmadı metroya, saat on iki xəbərlərində qısa bir anons keçildi “ Gənc oğlan, bu gecə damarlarını doğrayaraq, intihar etmişdir. Polis açıqlama verir: İntiharın səbəbi araşdırlacaq, bu haqda cinayət işi açılmışdır” Bu qədər. Saat on ikidə oyanır təzə evlilər yuxudan, qızın heç xəbəri də yoxdur, onun ölümündən. O, tez oyanır ərindən və sabah yeməyi hazırlayır onun üçün.

Ağ saçlı baba yenə hər zamanki tək tezdən gəlib, qurur dəzgahını. Siqaretə yeni başlamış bir tələbə yaxınlaşır ona, dəzgahın üzərinə 20 qəpik atıb, bir siqaret yandırır. Tüstünü ciyarlarına çəkib, ona üç ildir “hə” cavabını verməyən qızı düşünür. Siqaret bitir, o metroya enir və itir gözdən.

Bax budur göy satan xala da gəldi, bu gün nə yaxşısa polislər görsənmir. Rahat sata bilər göylərini. Deyəsən bir az irəlidə hansısa tədbir var bu gün. Bütün polis təşkilatı oradadır.

Yeni bir sabah daha doğulur dünyanın bətnindən. Baxın o qız da tələsə- tələsə gəlir yenə və incə barmaqları ilə açır kilidini dükanın. Bülbülün qəlbi az qalır dayansın, həyacandan. Bir az sonra sevdiyini, gülünü görəcək. Həyacandan daha gözəl nəğmələr oxuyur, sahibəsi valeh olur bu nəğməyə, elə ki, yemini verəndən sonra qəfəsin ağzını bağlamağı unudur, lakin Bülbül hələlik bunun fərqində deyil, sadəcə nəğmələr oxuyur.

Gülləri dükanın qabağına düzür. Gülləri gözləri bəzəyir, gənc qızın. Bu gülləri neçə oğlan sevdiyinə almaq istəyir, bu güllərin neçə qız, sevgilisinin ona almasını istəyir. Həyacandan qəlbi titrəyir, bir az sonra gələcək, gələcək və gülünü alıb, gedəcək. Və saniyələr asta- asta uzaqlaşır həyatdan və ağır- ağır keçir zaman. Ancaq ağır da olsa keçir. Bax, budur gəlir. Maşını metronun yanında saxlayıb, düşür və dükana yaxınlaşır. Hər zamanki kimi gülər üzlə salam verib, əhvalını soruşur qızın. Qızın yanaqları qızarır salamı alarkən, amma bunu görmür oğlan. Və gülünü istəyir gənc qızdan. Bülbülün nəğmələr söylədiyi gülü seçib, oğlana verir. Gülün uzaqlaşdığını görən Bülbül havaya qalxır və özünü pəncərədən çölə atır. Ancaq indi anlayır qəfəsin açıq olduğunu. Uçur metroya doğru, daha doğrusu oğlanın ardınca. Maşınına əyləşir oğlan və örtür qapını, qapıya dəyən Bülbülün səsini belə eşitmir və uzaqlaşır oradan. Cansız bədəni düşür betonun üstünə Bülbülün. Daha nəğmə oxuya bilməyəcəyini, bilmədən yatır betonun üzərində. Bir azdan küçənin təmizliyindən sorumlu olan qadınlardan biri gəlib, onu götürür yerdən və atır zibil qabına, axı Bülbülün cəsədi narahat edə bilər insanları. Dirisindən belə xoşlanmayanlar, ölüsünü neynəsinlər ki?!

***

Qız tez oğlanı izləmək üçün dükanı qonşularından birinə tapşırıb, bir taksi saxlayır. “ Zəhmət olmasa qarşıdakı maşını izləyin” deyir gözəl qız. Maşın öndə, taksi arxada xeyli yol gedirlər. Maşın dayanır və düşür cavan oğlan, düşür və qarşıdakı birinci bloqa daxil olur. Qız da onu izləməyə davam edir, gizlənir binanın arxasında və baxışlarını növbətci qoyur bloqun qarşısında.

Pilləkənləri tək- tək çıxır cavan oğlan və beşinci mərtəbədə, sağ tərəfdə olan qırmızı qapılı evin zilini sıxır. Bir az sonra yaşlı bir qadın açır qapını və onu evə dəvət edir. İçəri girir, etiraz eləmədən. İçəri girir və pəncərənin qarşısına yaxınlaşır. Əlil arabasında əyləşən gözəl bir qız pəncərədən çölə baxır. Qıza yaxınlaşır, diz çökür qarşısında, əllərini əlinə alır öncə, sonra ehtiyatla dodaqlarına apırır o incə əlləri. Xeyli dərdləşirlər, nə qədər çox sevdiyini deyir qıza, gənc adam. Sonra qız o, olmasa yaşaya bilməyəcəyini deyir ona. Oğlanın aldığı qırmızı gülü pəncərənin önündəki güldana qoyur yaşlı qadın.

Anası ilə tək yaşayırdı bu gözəl qız, yenə də yaşayır, lakin bir zamanlar yeriyə bilirdi, indi ona gül gətirən cavan oğlanla evlilik xəyalları qurur, onu çox sevirdi. Bir gün atasının maşını ilə bir uşaq çiynədi onu, vurdu və qaçdı. Polis tapa bilmədi, ya da tapmaq istəmədi günahkarı, olan qıza oldu ayaqlarını, xəyallarını itirdi. Nişanlısı onu atmadı, ancaq o da bu halı ilə yük olmaq istəmədi sevdiyi oğlana. Oğlan hər gün sabah tezdən bir qırmızı güllə çalır onların qapısını və yeniləyir evlilik təklifini, sonra onu gəzməyə, çox sevdiyi qağayılarına aparır.

Bu sabah da heç nə dəyişmədi, öncə qızı qucağına alıb, aşağı endirdi və maşına əyləşdirdi. Sonra geri dönüb, onun arabasını da gətirib, qoydu maşının baqajına. Və sahilə doğru yol aldı.

Məsələ aydındı, indi bildi qırmızı güllərin kimə alındığını. Əlil arabasındakı bir qızın sevdiyini, sevdiyi üçünmü, yoxsa sevgisinin itdiyi üçünmü ağlasın anlamırdı. Yanlış bir sevginin ətrafında bitən alaq otu kimi hiss etdi özünü, lakin o güldü, Tanrının bağında bitən gözəl bir gül, ancaq neynəyəsən ki, yanlış gözlərdə həps olmuşdu baxışları. Yavaş- yavaş geri qayıdırdı, piyada ayaqlarından alırdı, sanki ürəyinin itiqamını, ancaq sevincliydi, ancaq ümidliydi həm də. Çünki belə bir sevgi vardı yer üzündə, sevdiyini atmayan bir oğlan, sevdiyinə yük olmaq istəməyən bir qız. Həyat vardı bu hekayədə, bir az da ümid. Gözlərində sevinc və acını eyni anda yaşayaraq, addımlayırdı. Az qalmışdı. Dükanına çatmaq üçün sadəcə bu yolu keçməliydi, hansı ki, oğlan maşınını bu yolun kənarında saxlayırdı hər zaman. Maşın gəlmirdi yolun sağ tərəfindən, yol boşdu. Başını qaldırıb, işiqfora baxmaq yadına belə düşmədi. İlk addımını atdı, sonra ikincini, daha sonra üçüncünü ata bilmədi. Nələr olduğunu anlaya bilmədən, bayaqları Bülbülün yatdığı betonda uzandığını gördü. Göy üzü nə qədər də gözəl görsənirdi. Günəş və ulduzlar eyni zamanda tamaşa edə bilirdi dünyanı. Bir yanda yağmur, yağmurun kölgəsində göy qurşağı hər şey çox gözəldir. Bir Bülbül ona yaxınlaşır indi və uzadır ona qanadlarını. Tutur qanadlarından, tutur və onunla birlikdə göy üzünə yüksəlir. Yüksəlib göy üzünün maviliyində yox olurlar. Yağmur dayanır, ulduzlar yox olur. Göy qurşağımı, o bu şəhərdə heç vaxt görsənməyib, görsənməyəcək də.

Və bir sabah daha açılır bu şəhərdə. Ağ saçlı baba, göy satan xala hər ikisi işinin başındadı. Bir maşın yaxınlaşır və dayanır hər zamanki yerində. Oğlan düşüb, gül dükanına yaxınlaşır. Dükan bağlıdır, ətrafdakılar dünən satıcı qızı yolu keçərkən maşının vurduğunu söyləyirlər. Çox pis olur, bu dükan onun yaşama səbəbi olan qızın gülüşü üçün önəmlidir. Sonra ağlına bir fikir gəlir. Tez dükanın sahibini axtarıb, tapır və onu icarəyə götürmək istədiyini söyləyir. Razılaşırlar. Oğlan tez sevdiyi qızın evinə gedir. Gülü görməyən qız qəlbində bir üzüntü duysa da susur. Maşına minib yola düşürlər. Maşının sahilə getmədiyini görüb, yenə üzülür və yenə susur. Dükana yaxınlaşırlar. Bu gün ona bir gül yox, gül dükanı hədiyyə edir. Evdə qalıb, darıxmasın deyə bu dükanda işləməsini istəyir, sevinərək razı olur və “ hə” deyir onun evlənmə təklifinə.

Evlənirlər. Bu şəhərdə gözəl hekayələr də olur bəzən. Qırmızı güllər heç əksik olmur dükanın qarşısından.

Bir ikindi vaxtıdı indi, o əlində siqaret sabah tezdən buradan keçən oğlanın sevdiyi qız gəlir gül almaq üçün, deyəsən bilir artıq o oğlanın öldüyünü.

Canavar ovu!!

Yanvarın sonları idi, yaxşı yadımdadı. Qış bütün namərdliyi ilə qonaq gəlmişdi kəndimizə. Rayonla bütün əlaqələr kəsilmiş, həyat donmuşdu. Bütün gözəlliyi ilə yağan qar, bütün nifrəti ilə donduran şaxda və ən dəlisov halı ilə əsən soyuq külək təzadlar simfoniyası yaradırdı. Kənd evlərinin bacalarından çıxan tüsdü göy üzünə doğru uçan yaralı bir durnanı xatırladır, evlərdə sobanın kənarında isinən uşaqlar yazın əvvəllərində çıxan Qargülləri kimi utanqac bir cəsarət göstərirdilər. Həyətlərdə qardan adamlar da görsənmirdi hələ, uşaqların əyləncəsi yox qorxusu olmuşdu bu qar. Gecələri soyuq küləyin səsi vahiməli bir hal alır, hələ bir də uzaqlardan kəndə yem tapmaq ümidi ilə enən canavarların səsi də küləyə qoşulduqda yataqda yatmağa qorxurdu insan. Balaca uşaqlar tək yatmağa qorxduqları üçün baba, nənələrinin yatağına sığınır, illərin təcrübəsi alında qırışa dönən baba nəfəsi körpələrə laylay deyir və onları yuxuya verirdi.

Gecələrin birində hər zaman bizi qoruyan itimizin səsin yaman boğunuq gəldi, çölə çıxıb, nə qədər hay-küy eləsəm də olan, olmuşdu. Vəfalı dosdumuz bir ac canavarın dişlərində zingildəyə- zingildəyə gedirdi. Arxasınca çarəsizcə bir xeyli baxdım, evimizin yanındakı dərəni keçəndən sonra onun səsi daha gəlmədi, çox güman ki, canvar onun şah damarını dişləri ilə kəsib öldürmüşdü. Daha həyətimizdə səsi ilə balacalara dayaq olan, itimiz yoxdu. Bu qarlı qışda başqa bir it tapmaq da qeyri- mümkün olduğundan, bu itgi bizi daha çox üzdü. Ən çox üzülən də uşaqlarım oldu. Yeddi yaşlı oğlum özünü kişi kimi aparmağa səy göstərsə də, beş yaşlı qızım günlərcə ağladı. İti küçüklüyündən həyətimizə gətirmişdim, uşaqlar ona baxır, onunla oynayırdı. Böyüyəndə də bu vəfalı it, balaca uşaqlarıma toxunmadı, sanki dil bilirmiş kim onları qoruyurdu. Böyüklərin zəncirindən tutmağa qorxduğu bu it, oğlumun əlində balaca bir küçük kimi davranır, quyruğunu qısır, mehribanlıqla hürürdü.

O qış canavarların qəzəbinə tuş gələn təkcə bizim itimiz olmadı, onlarla iti canavarlar apardı. Bu ciddi bir təhlükə idi, çünki kənd əhlinin əsas dolanış qaynağı olan heyvanları itlər qoruyurdu. Tövlələrdə saxlanılan heyvanları hər an təhlükə gözləyirdi. Heyvanların ölümü isə insanların ac qalması, fəlakəti demək idi. Qar yağmağa başlayanda camaat birləşib bir inək kəsər, aralarında paylaşardılar. Ət bitdikdə isə başqa bir heyvan kəsilirdi. Bu kəsilən heyvanlar əsasən qocalıb, bir daha bala verməyəcək olan heyvanlardan seçilirdi.

İndi insanların qida, gəlir mənbəyi olan heyvanları canavarlar parçalasaydılar, vəziyyət heç yaxşı olmayacaqdı. Canavar sürüyə daxil olduqda içindən birini aparıb, getmirdi. Bütün sürünü öldürür daha sonra isə birini dişləri ilə belinə atıb, aparırdı. Canavarın yaraladığı heyvan da heç vaxt sağalmırdı, nədəki kəsilirdi. Canavarın xəsdə ola biləcəyindən ehtiyatlanan əhali yaralı heyvanı öldürüb, itlərə yem edirdi. Qurulan tələlər də bir işə yaramırdı. Hava pis olduğundan kəndin qırağına çıxa bilmirdik, tələni kəndin içində qurur, lakin heç bir nəticə əldə edə etmirdik. Sanki dil bilən canavarlar tələyə düşümür, yenə öz işləri ilə məşğul olurdu. Gecələri heyvanlara keşik də çəkmək olmurdu, gündüzləri soyuq olan kənd, gecələri adəta bir cəhənnəmə çevrilirdi. Kim bu soyuqda çöldə dura bilərdiki, heç kim. Çöldə beşcə dəqiqə qalmaq donmaq üçün bəs edərdi. Sabaha qədər yanan sobanın yanına qoyduğumuz yataqlarımızda güclə soyuqdan qorunurduq. Anacaq fikrimiz çöldə, heyvanların yanında qaldığı üçün yuxumuz gözümüzdən gəlirdi.

Və bir gün qorxduğumuz başımıza gəldi, canavar qonşumuz Cəfər kişinin tövləsinə girib, beş qoynunu öldürdükdən sonra, birini də aparıb, getmişdi. Daha gözləmək olmazdı, canavarlara göz dağı verməsək, kənddə bir tək canlı qalmayacaqdı yaza qədər.

Kəndin ağsaqqalları bir yerə yığılıb, çox dərdləşdilər, danışdılar. En sonunda qərara gəldilər ki, canavar ovuna çıxıb, onlara dərs vermək lazımdır.

Kəndin bütün silahlı, ürəkli kişiləri bir yerə yığılıb ov planları qurmağa başladılar. Mən də onların içində. Belə qərara gəldik ki, ovun ilk günü bir neçə iz bilən adam kəndin girəcəyindən başlayaraq, dağların ətəyinə qədər tələlər quraq. Daha sonraki günlərdə isə hücuma keçib, canavarlardan külli miqdarda öldürüb, kəndin girəcəyində hündür ağaclardan asaq. Bir inanışa görə belə edərsək canavarların gözləri qorxar və bizim kənddən uzaq olarlar. Canavarlar yırtıcı olsalar da ailə sistemi ilə yaşayan tək- tük heyvanlardan biridir. Onlar burada itgi ilə üzləşərlərsə bir daha yoldaşlarından birini itirməmək üçün uzaqlaşacaqlar bu obadan. Axşamdan vədələşib, evlərimizə dağıldıq. Səhərin ilk aydınlığı ilə Mən, Cəfər kişi və digər bir neçə adam yola çıxacaqdıq. Yatdıq, gecə yel qanadında keçdi və sabah açıldı.

Sabah açıldı. Günəş görsənmirdi, lakin öz işığı ilə, aydınlığı ilə özünü hiss elətdirirdi. Qar yağması dayansa da, soyuq şaxda qarın əriməsinə izn vermirdi. Qar az qala belimizə qədər çıxırdı bəzi yerlərdə. Bir izlə getməyə başladıq. Hamıdan güclü və böyük olan Cəfər kişi öndə iz aça- aça gedir, bizdə onun ardınca, onu izləyirdik. Ağ saqqalları olan bu kişi üzündə illərin təcrübəsini, cəsarətini daşıyırdı. Soyuq külək qarı onun üzünə vurduqca, cod üzü, mənalı saqqalı ilə daha da cəsarətli görsənir, bizə də ürəkli olmağımızı deyirdi mimikaları ilə. Gündüzlər heç vaxt canavar olmazdı buralarda. İnsanların canavarlardan qorxduğundan daha çox qorxurdu canavarlar insanlardan. Ancaq nə yazıq ki, başqa yolları yoxuydu. Kəndə gəlməsələr aclarından öləcəkdilər.

Yavaş- yavaş yol gedir, harada canavar izlərinə rast gəlsək, ora bir tələ quraşdırırdıq. Çox maraqlı olan yalnız bir canavar izinin olması idi. Bizə bu hal qəribə gəlsə də Cəfər kişi gülərək, canavarların da bizim kimi tək bir izlə, öz liderlərini izlədiklərini dedi. Düşməni tanıdıqca, onun ağlı, cəsarəti bizi qorxutmurdu, deməyəcəm. Qəribə bir vahimə bürüyürdü canımızı. Babamdan eşitdiyimə görə canavarla qarşılaşan insanın bədənindəki bütün tükləri biz- biz olarmış. Bu düşüncələrlə addımlayırdım. Axırıncı tələni bir qayanın dibinə quraşdırdıq, kənddən xeyli uzaqlaşmışdıq, qar da yağmağa başlayırdı, geri qayıtmalıydıq. Gəldiyimiz izlərlə geriyə qayıtdıq. Kəşfiyyat xarakterli ilk ovumuz uğurlu olmuşdu, tələləri başarı ilə istədiyimiz yerlərə quraşdırmışdıq.

Gecəni yata bilmirdim, bir canavarı tələdə görmək mənə çox maraqlı gəlirdi. Azadlığına bu qədər vurğun olan bir canlını tələdə görmək, bu düşmən belə olsa məni incidirdi. Bir təhər yuxuya getdim. Gecə sabaha qədər qəribə- qəribə yuxular görür, tez- tez ayılırdım. Həyat yoldaşım həmişə deyirdi ki, insan ən çox nədən düşünürsə, yuxusunda da onu görür. Mənim düşüncəm də , ancaq canavarlar olduğundan, gecə yuxularım da canavarlarla bağlı idi. Bir təhər gecəni sabah elədik, sabah ovun ikinci günü idi. Dayanmaq olmazdı. Bu gün canavarlara ilk zərbəni endirməliydik. Sabah tezdən dünənkilər birdə bir neçə adam yola çıxdıq. Bu gün hava dünənkindən betərdi. Güclü qar yağır, göz- gözü görmürdü. Küləkdəki bir yandan əsəblərimizlə oynayırdı. Yenə öndə Cəfər kişi, arxada biz gedirdik. Tələləri bir- bir yoxlayırdıq hələ ki, heç birində ov yox idi. Bu hal bizi bir az üzsə də, rudan düşmədən irəlləyirdik. Tələyə düşən bir canavar bizim üçün çox önəmliydi. Onu sağ salamat kəndə gətirməliydik, çünki yaralı canavarı kəndə yaxın bir yerdə ağaclardan hazırladığımız qəfəsə qoyub, gecə canvarların onun səsinə gəlməsini gözləyəcəkdik, gəldikləri zamansa onlara heç vaxt unuda bilməyəcəkləri bir dərs verilməli idi, plana görə.

Bir az getdikdən sonra üzümüz güldü tələyə bir qara canavar düşmüşdü, yaralı olsa da hələ yaşayırdı. Onu hələlik orada qoyub, yolumuza davam etdik, çünki bütün tələlər yoxlanmalıydı. Nəhayət ki, axırıncı, qayanın dibinə qoyduğumuz tələnin də yanına çatdıq. Burada da bir canavar vardı. Bu dişi bir canavardı döşlərindən anladıq, dişi olduğunu. Yoxsa bu çovğunda onun cinsinə baxmaq barədə kimsə düşünməzdi. Sağ, ön ayağından tələyə düşüb, yaralanmış çoxlu qan itirmişdi, lakin hələ yaşayırdı. Azad etsək bu yaradan ona ölüm olmazdı. Bir an qəlbimdə mərhəmət hissi baş qaldırsa da, elə o dəqiqə itimizin son zingiltisi qulaqlarıma gəldi. Tez fikrimdən vaz keçdim. Canvara yaxınlaşıb, onu tutmaq, tutmaq və kəndə gətirmək istədik. Lakin bizi görən yaralı canavar ətrafa qorxu saçmağa başladı. Onun ulaması bizi vahimələndirdi. Tələdə olan o azad və silahlı olan bizləri qorxuda bilirdi, özü isə bizdən qorxmurdu, bunu gözlərində oxumaq olurdu. Yaxınlaşmaq istəyəndə dişlərini elə şaqqıldadırdı ki, ən cəsarətlimiz Cəfər kişi belə yaxınlaşmağa qorxurdu və geri çəkilirdi. Vaxt itirmək olmazdı, əlimizdəki ucunda biz dəmirlər olan ağaclarla ona yaxınlaşmağa başladıq. Onun olduğu yer üç yanı uçurum , sadəcə bir çıxışı olan bir qayanlıqdı. Yəni buradan xilas olsa belə əlimizdən qurtula bilməzdi. Getdikcə ona yaxınlaşırdıq. Birdən qəribə bir hal baş verdi. Yaralı canavar cəld bir hərəkətlə yaralı ayağını dişlədi, öncə nə baş verdiyini anlaya bilməyib, bir az duruxduq. Bu ona az da olsa zaman qazandırdı. Canavar tələdəki ayağını dişləri ilə kəsib, özünü hündür qayalıqlardan aşağıya atdı.

Heç kim danışmırdı, geriyə dönərkən. Tələdə olan digər canvarı götürüb, kəndə qayıtdıq. Onu qəfəsə salıb, gecənin gəlməsini, böyük ovun başlamasını gözləyirdik. Mənsə hələ də özümə gələ bilmirdim, birdən bir xəyal məni ildırım kimi vurdu. Uşaqlığıma, keçmişimə qayıtdım bir anlıq və babamın; - oğlum dişi bir canavarı sağ ələ keçirmək olmaz- sözləri beynimdə dolandı. Gözlərimdən axan yaşlara əngəl ola bilmədim. Qızım – ata niyə ağlayırsan ? sulanı verdikdə verəcəyim bir cavabım yoxuydu, yaxşı ki, xanımım araya girib; - qızım atan ağlamır, sadəcə gözləri ağrıdığı üçün gözlərindən yaş gəlir, dedi. Məni böyük bir yükdən xilas eləmişdi.

***

Günəş sonuncu nəfəslərini də soyuq havada alıb, dağların arxasında gözdən itdi. Gecə gəlmişdi, bir azdan canavarlar kəndə enəcək, insanlarla savaşları başlayacaqdı və bu savaşda insanlar qazanacaqdı. Bir canavar nə qədər cəsarət göstərsə də insan oğluna qalib, gələ bilməzdi. Qəfəsdəki canavar durmadan ulayır, yoldaşlarını yardıma çağrırdı. Onun səsində qorxan uşaqlar yataqların altında gizlənirdilər, qız gəlin isə rəngi qaçmış halda bu işin bir an öncə bitməsi üçün dua edirdi. Canavar isə dayanmadan ulayırdı. İsti nəfəsi soyuq havada bilinir, o uladıqca sanki alovlu bir ocağın tüsdüsü arşa doğru yüksəlirdi. Qəfəsi düz kəndin girəcəyinə, evlərin yaxınına qoymuşduq və evlərdə pusquda gözləyirdik. Bir az sonra canavar sürüsü qəfəsin yanına gələcək, biz də atəş açaraq onları məhv edəcəkdik. Birdən kənddə hay- küy başladı, kəndin digər tərəfində canavarlar bir tövləyə hücüm etmişdilər. Biz, bütün silahlı ovçular tez həmin tərəfə qaçdıq, havaya atəş açır və onları heyvanlara zərər vermədən qorxudub, qaçırmaq istəyirdik. Biz ora çatanda artıq canavarlar çoxdan kəndi tərk etmişdilər. Heç bir heyvana toxunulmamışdı. Bizə buna çox sevindik, ancaq bu hay- küydə qəfəsdəki canavarı unutmuşduq. Tez qəfəs olan yerə qaçdıq, bir də nə görsək yaxşıdır?- Qəfəsdəki canvar ölmüşdü. Bunun necə olduğunu ancaq ora yaxınlaşanda anladıq. Yoldaşlarını qəfəsdən xilas edə bilməyəcəklərini anlayan canavarlar onu bizlərin əlində qoymaqdansa, şah damarını kəsərək öldürmüşdülər. Bizlər bir dəfə daha, canavarla məğlub olmuşduq. İndi içimizdəki qorxu daha da artmışdı. Şüursuz dediyimiz heyvanlar, ağıllı savaşçılar kimi davranır və qalib gəlirdilər. Daha doğrusu onlar müdafiə taktikasi uyqulayır və hər dəfəsində pusqudan xilas ola bilirdilər.

Bu insanlarla canavarların savaşı deyildi. Bu canavarların həyat uğrunda, elə bizlərində yaşamaq üçün apardığı mübarizə idi. O heyvaları aparmasalar onlar, aparsalar da bizlər acından ölərdik. Yəni canavar sürüsü hələ bizləri çox narahat edəcəkdi. Bu arada qar azda olsa ərimişdi. Mən də gedib, qonşu kənddən bir qoyun əvəzində canavarlarla döyüşə biləcək bir it alıb, gətirmişdim. Bu çox maraqlı bir itdi. Ayağının biri tələyə, canavar tələsinə düşmüşdü. İlk öncə bu üç ayaqla neynəyə biləcəyini düşünsəm də, tezliklə bu fikrimdən azad oldum. Adı Qanıxdı, bu ağ itin. Yolda gələrkən birdən qarşıma boz bir tülkü çıxdı. İndi onun bir qoyuna dəyib, dəyməyəcəyini anlamağın tam zamanı idi. Zəncirini açıb, onu ovunun arxasınca göndərdim. Üç ayaqlı Qanıx bir göz qırpımında tülkünü tutub, öldürdü. Boynundan tutub, sürüyə- sürüyə yanıma gətirdi.

Bu kəndin itləri balacalıqdan, ancaq savaş üçün yetişdirilirdi. Sahibi onun zəncirini açıb, kimə versə yeni sahibi o olurdu, ona itaət edirdi. Beləliklə Qanığı həyərimizə gətirdim. Balcaların sevincinin həddi- hüdudu yoxuydu. İndi yenə bizim həyətdən it səsi gələcək, balacalarım da rahat yata biləcəkdilər.

Ovçular isə daha diqqətlə hazırlanırdı ova. Canavarları gündüz tapmaq olmazdı. Günəş doğan təki, bu yırtıcılar çox uca zirvələrə qalxır, gecə isə ov üçün kənddə gəlirdilər. Artıq hər kəs əlində tüfəngi sabaha qədər gözləyirdi. Yenə gecəydi. Ay işığı qarın üzərinə düşür, biz tərfdə şavaşlıq deyilən bir hal olurdu. Mən də gündüz yatmış, indi isə pəncərənin kənarında canavarları gözləyirdim. Qanıx isə həyətdə hürür, bizlərə həyan olurdu. İt səsindən qorxmurdu canavarlar. Bu kənddə çox iti apardıqları üçün elə it səsi gələn tərəfə gəlir, iti aparırdılar. Yəqin ki, bu dəfə də Qanığı aparmaq üçün gələcəkdilər, ancaq bu dəfə onlara izn verməyəcəkdim. Balacalarımın bir dəfə daha ağlamasına, pis olmasına razı ola bilməzdim. Birdən vahiməli bir səs kəndi başına bürüdü. Bəli, onlar gəlirdilər, özü də bizdən qorxmadıqlarını göstərərcəsinə uluya- uluya. Əynimi geyib, hazır dayandım. Qanıx da daha hrümür, sakitcə gözləyirdi. Elə bu an bayırda boğuşma səsləri gəldi, tez həyətə qaçdım. Kəndin dörd bir yanından atəş səsləri eşidilirdi. Mən həyətə çıxanda üç canavarın Qanıxla boğuşduğunu, onu aparmağa çalışdığını gördüm. Bu dəfə canavarlar da deyəsəcən şoka düşmüşdülər, ilk dəfə birisi onlardan qorxmur, bir neçə canavarla savaşacaq qədər cəsarət göstərirdi. Qanıx canavarlardan birinin boğazından yapışdı, canavar nə qədər zingildəsə də it onu buraxmır, ayaqlarının altına salıb, boğurdu. Digər ikisi isə iti parçalamağa çalışırdı. Tez atəş açdım, canavarlardan biri zingildəyib, yerə yıxıldı. O biri canavar qaçmağa çalışsa da, Qanıx da onun arxasınca gözdən itdi. O biri canavar isə yerdə xırıldayırdı. O gecə bütün kənddə canavarlara qarşı amansız bir mübarizə oldu. Onlarla canavar öldürüldü.

Bu bir yaşamaq mübarizəsi idi və biz yaşamaq üçün oları öldürməyə məcbur idik. Sabaha qədər Qanığın gəlməsini gözlədim, canavarların onu kəmdin qırağına aparıb, öldürəcəyindən qorxurdum, lakin səhərə yaxın qanlar içində o gəlib çıxdı. Buna çox sevindik. Sabah onun yaralarını bağladıq və o, tezliklə sağaldı. O gecədən sonra bir daha bizim kəndə gəlmədi, canavarlar. Ov bitmişdi, lakin mən yırtıcı da olsa, bu heyvanlardan çox şey öyrənmişdim. Onu da deyim ki, nə qədər ac olsalar da, biz atəş açsaq da, onlar heç vaxt bizə hücum eləmədi, sadəcə yaşamaq istəyirdilər.

Dənizlərin göz yaşı

Kimsə bilməz, bilməz kimsələr balıqların dənizlərin göz yaşı olduğunu, quşların isə göz üzünün və insanın Tanrının göz yaşı olduğunu. Ən gözəl şeirlərin ölümlərin və ayrılıqların ayaq izlərinə yazıldığını, aşiqlərin özünü ay işığından asıb, öldürdüyünü kimsələr bilməz. Qanlı savaşların şeytanın insan qəlbinə üsyanı olduğunu, hər bir mələyin köksündə bir şeytan gizləndiyini.

Ayrılaq dedi gözəl qız sevdiyi oğlana və ayrıldılar bütün hekayələrdə olduğu kimi, bütün şeirlərdə yazıldığı kimi. Ən çox birlikdə dəniz kənarında gəzməyi, qağayıları seyr etməyi xəyal edirdi, halbuki, ancaq olmadı. Ən gözəl ümidini söküb aldılar ürəyindən.

Bağçası olan bir ev, balaca uşaqlar bir sözlə hər kəsin xəyal etdiyi bir həyat, ancaq olmadı. Daha böyük xəyalların ayaqlarının altında qaldı onun xəyalları. Ən çox düşündüyü, görəsən tək bir gün sevmişdimi onu, ürəyinin coğrafiyyasında dövlət quran o gözəl, ancaq inanmırdı. Çünki az- çox tanıyırdı bu həyatı, bilirdi insanları. Sevgi böyük şəhərlərdə yaşamaq, bahalı maşınlara minməkdi onlar üçün. Ən çox oxunan yazarlar belə aclıq və sevgisizlik içində ölürdü, həyatda bir kitabı əvvəldən sonacan oxumayanlar isə ən gözəl qadınlarla evlənir, ən gözəl evlərdə yaşayırdılar. Bax, belə bir həyatdı onun yaşadığı.

Dənizin kənarında yerləşən balaca bir qəsəbədə, böyük xəyallar qurmağın bədəlini indi çox acı ödəyirdi. Sevdiyi qız bahalı maşında, gözəl bir evə gəlin köçdü gözlərinin qarşısında. Heç nə edə bilmədi, hətta özünü o dənizə atmağı belə.

Hər axşam bu balaca qəsəbədə batan Günəş sabahı gün tezdən bütün dünyanı aydınlatmaq üçün doğurdu. O da yenidən doğa biləcəkdimi?!- bax indi tək düşündüyü bu idi. Bu dünya bu qədərmi mənasızdı, bu qədərmi hər şey ucuzdu?- bütün bu suallar az qalsın onun ağlını başından alacaqdı, artıq ayaqları bədənini daşıyacaq qədər qüvvətli deyildi. Hər səhər tezdən qalxır nəfəsi kəsilənə, gücü tükənənə qədə dənizin sahilində qaçır, daha sonra isə yarıqaranlıq otağında masanın arxasına keçib kitablarını oxuyurdu, hər kitabı yenidən, dönə- dönə. Sanki beynindəki bütün sualların cavabını kitablarda tapmaq istəyir çəkdiyi bu dərin acılardan xilas olmağın yollarını axtarırdı. Ancaq bu kitabları da insanlar yazmışdı ax, onun üçün Allahın göndərdiyi kitabları da tək- tək oxudu. Orada Zəkəriyyənin dorğandığını, Yəhyanın başının kəsildiyini, İsanın çarmıxa çəkilmək istədiyini oxudu. Anladı ki, Allahın elçilərinə daş atanlar ona heç vaxt gül atmayacaq. Hələ insan oğlu bədənə bürünməmişdən öncə Allaha söz vermişdi, dünyada ona qul olacaq deyə, ancaq sözünü unutdu dünyanın gözəlliklərini görüncə. Allaha verdiyi sözü unudanlardan nə gözləyə bilərdi ki?- heç nə, ancaq bu insanlardan intiqamını almaq istəyirdi. Günlərcə, aylarca düşündü. Hər səhər qaçması ayaqlarını gücləndirdi, daha ayaqları onu daşıya bilirdi, çoxlu kitab oxuması beynini gücləndirdi, daha bədənini idarə edə bilirdi.

Və qərarını vermişdi. Yazacaqdı, dünyanın ən gözəl əsərini yazıb hər kəsi məftun edəcək, ən böyük bükafatları qazanacaq- adından öldükdən sonra belə söz etdirəcəkdi. Bu balaca qəsəbədən bir gün getməyi xəyal edirdi. Axı nə vardı böyük şəhərdə ki, hər kəs ora qaçırdı. Sevdiyi belə sırf orada yaşayır deyə birisinə ərə getdi. Bəli, yazacaq və bir gün çox zəngin olacaqdı. Bilirdi insanların pula sitayiş etdiyini, Allaha qulluq edənləri azadlığa çağırıb, özlərinin isə nəfislərinə qul olduqlarını. Bu insanlardan intiqam almağın tək yolu zəngin olmaqdı.

Bəli, başladı yazmağa. Böyük hekayələri uzun fikirlərlə yazmağı xoşlamırdı, hələ- hələ roman yazmaq onun üçün bir işgəncə idi. Səbri çatmazdı uzun- uzadı yazmağa. Başladımı bitirmədən qalxmazdı masasından. Yenə elə edəcəkdi, ancaq bu dəfə günlərcə yazmalı idi, gecə - gündüz demədən, yuxusuz gecələr keçirərək.

Və başladı yazmağa, yazarkən ürəyindəki bütün zəhərin barmaqlarının ucundan kağıza axdığını duyur, daha acımasızca yazırdı. Sanki bütün düşmənlərindən intiqam alarcasına, yazdığı hər hərf bu həyata, sevgini nifrətin qucağına əyləşdirdikləri bu həyata onun üsyanı idi. Günəş batandan sonra yorğunluq hiss etsə də masadan qalxmadı, bədəni yorulduqca beyni, düşüncələri daha yaxşı işləməyə başladı. İndi bir süvarinin düşmən kralını qovması kimi qovurdu sözləri, çox az qalmışdı qələbəyə. Dayanmadan qaçmalı idi boz küheylan, bəlkə çatlayacaqdı bu yolda, ancaq çatacağı yer ölümnən gözəl olacaqdı. Bax bu kövrək düşüncələrlə günlərcə, gecələrcə yazdı. Yazılan sevgi hekayələrinin ən gözəlini yazırdı, ancaq burada acı çəkən o çox sevən, canından çox sevən deyildi. Ona gözəl bir ölümlə unutdurdu yaşadığı bütün acıları, sonra cənnətdə təsvir elədi onu, en sevgilin- ən gözəlin hüzurunda. O az sevəni isə uzunca yaşatdı, sözlərində. Evləndi, uşaqları oldu, mal- pul, şan- şöhrət hər şeyi verdi ona. Sonra bir gün payızı gətirdi yavaş- yavaş ömrünə. Hani o ormanlarda yalnız ağaclar olur ya, yazın yaşılında məğrurca, tək başına dayanan, kimsəyə ehtiyac duymadan yaşayacağını düşünən, ancaq payızın acı romantikasında beli bükülən, qış gəldiyi zaman isə torpağa başa əyən....

Bax onu da o cür etdi. Tək başına qoydu ömrünün payızında. Hər şeyi vardı, ancaq tənha bir ağacdı o, ömür adlı ormanda. Yaşadıqca yaşadı, ölmək üçün çox dua etsə də yaşadı. Alnındakı qırışları artdı, beli büküldü, ancaq yenə yaşadı....

Onun hər anını, hər peşmanlığını yazdı, sevgilərin ən gözəlini yaza bilməsə də acıların, peşmanlıqların ən böyüyünü yaza bildi, bunu bacardı. Ətrafda olanlara qısa həyat mənasız gəlirdi, ancaq o, uzun bir həyatın acılarını qələmə almaqla insanlara balaca bir dərs keçmək istəyirdi. O, ölümün son olmadığını, sadəcə bir başlanğıc olduğunu, ölmək üçün belə yalvaranların olduğunu və ən nəhayətində bu həyatın o qədər də uzun olmadığını, lakin bəzən hər anının əsrlərə bədəl olduğunu, insanın ölmək üçün yalvardığını, ancaq ölümün belə son olmayıb, hesabın davam edəcəyini anlatmaq istəyirdi.

Və ən nəhayətində bitmişdi hekayə olan bu roman. Başı yavaşca masasına düşdü. Xöşbəxtdi, elə bu an ölə bilərdi, ancaq görəcəyi işlər bitməmişdi. Roman çap ediləcək, mükafat qazanacaq, o büyük şəhərdəki evi alıb buralardan gedəcəkdi...

Romanı çap etdirmək üçün pul lazımdı, pul tapa bilmədi nə qədər axtarsa da, ancaq olmalıydı, bu roman çap olunmalı, o insanlardan intiqamını almalı idi, böyrəyinin birini satıb romanını çap etdirdi, qısa zamanda məşhurlaşdı roman, kitab oxumağı sevən hər kəs oxudu yazdıqlarını, xarici dillərə tərcümə edildi, mükafatlara namizəd göstərildi, hətta mükafatlar qazandı..

İndi pulu vardı, böyük şəhərdə o istədiyi evi ala bilərdi, çox düşündü nə etsin, necə etsin. Məşhurdu, pulu, şöhrəti yerində bir insandı, digər insanlardan qisasını almışdı bəlkə də, ancaq ən yaxın olduğu zaman intiqamına vaz keçdi. O böyük şəhərdəki evi alsa, ora getsə, orda ölsə o insanlardan deyil, insanlar ondan intiqamını almış olacaqdı, çünki onların istəyi kimi yaşamaq onlara məğlub olmaqdı...

Canı cəhənnəmə bütün şan-şöhrətin deyib yaşadığı qəsəbəyə, çox sevdiyi dənizinin sahilinə gəldi. Uzun uzadı seyr etdi mavi sonsuzluğu, dənizin göy üzü ilə birləşdiyi yerləri

Artıq vaxt yaxınlaşırdı, evinə gedib masasının arxasında əyləşdi. Heç nə düşünmədən yazmağa başladı, artıq dünya tam başqa cür görsənirdi gözlərində. Ən gözəl sözləri istədi Tanrıdan, ən gözəl hekayəni yazdı. Özü də təəccüb içində idi, bu yazılanların ən gözəli idi axı, sanki bu dünyaya aid deyildi...

Yavaş – yavaş hekayə bitirdi, balaca bir sandal yaxınlaşdı sahilə.

İndi Günəş batmaq üzrəyindi, Günəşin və Dənizin qırmızısında balaca bir sandal Dənizlə göy üzünün birləşdiyi yerdə gözdən itdi

son

XS
SM
MD
LG