Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:31

Leyla Yunusun ailəsi BP və rəsmi Londonu işə qarışmağa çağırır


Leyla Yunus
Leyla Yunus

-

1992-ci ildə Leyla Yunusun Bakıda Margaret Tetçerlə görüşdüyünü qeyd edən Britaniya qəzeti, L.Yunusun ailəsinin onun həbsilə bağlı BP və Britaniya hökümətini işə qarışmağa çağırdığını bildirir.

“Mən BP və Britaniya hökümətini bu məsələyə münasibət bildirməyə, Leyla və qardaşım da daxil olmaqla, bütün siyasi məhbusların azadlığa buraxılması üçün Azərbaycan hökümətinə təzyiq göstərməyə çağırıram”, hazırda ABŞ-ın Baltimor şəhərində yaşayan L.Yunusun qayını Ramiz Yunus The Telegraph qəzetinə bildirib.

Qəzet yazır kı, R.Yunus Avropa hökümətlərinin onun yaxınlarının məsələsinə "göz yumduqlarından" təəssüfləndiyini deyib.

Human Rights Watch təşkilatı Leyla və Arif Yunusa qarşı ittihamların "tam saxta olduğu və onları sudurmaq məqəsdi daşıdığını" hesab edir, Azərbaycan höküməti bu ittihamların siyasi motivli olduğu barədə iddiaları isə rədd edir, The Telgraph qeyd edir.

Qəzet yazır kı, keçmiş müdafiə naziri və ixtisaslı linqvist Leyla Yunus 1992-ci ildə Margaret Thatcher-in Bakıya səfəri zamanı onu müşayiət edib.

"Həmin hadisədən 2 il əvvəl Baş nazir vəzifəsindən istefa vermiş xanım Thatcher yenicə müstəqillik əldə edən Azərbaycana Xəzər neft yataqlarına görə BP adından $30 mln məbləğində ilk ödəniş kimi iki çek çatdırıbmış. O zaman əldə olunmuş anlaşma 1994 –cü ildə "Əsrin Sazişinin" imzalanmasına və BP-nin beynəlxalq konsorsiuma liderlik etməsinə yol açmış oldu", The Teleqeraph davam edir.

Qəzet Leyla Yunusun məhkəmə qabağı məhbəsdə saxlandığını qeyd edərək, onun şəkər, hepatit və görmə qabiliyyətinin zəifləməsindən əziyyət çəkdiyini, bu ilin əvvəlində hipertonik kriz keçirmiş L.Yunusun əri Arif Yunusun isə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlandığını qeyd edir.

Qəzet yazır kı, onların həbsini "təhlilçilər gələn il Bakıda BP sponsorluğu ilə keçirilcək ilk Avropa Olimpiya Oyunları ərəfəsində" Azərbaycanda "müxilifətin axırına çıxmaq" cəhdi kimi yozurlar.

"BP bu cəhdlərin qarşısını almalı və Oyunlara sponsorluqdan imtina etməlidir", A.Yunusun qardaşı, AXC hakimiyyəti dövründə hökümətdə yüksək vəzifə tutmuş Ramiz Yunus qəzetə bildirib.

2009-cu ildən Hollandiyada yaşayan Leyla və Arif Yunusun 29 yaşlı qızı Dinara Yunus isə Amsterdamdan telefonla qəzetə bunları söyləyib: "İqtisadi maraqlar insan haqlarından daha vacibdir? BP Azərbaycan hökümətinə siyasi məhbuslarla bağlı addım atmağı desə, bu, BP-ə hörməti artırar və onun etik şirkət olduğunu göstərər".

"Mənim valideynlərim də daxil olmaqla BP siyasi məhbusların dərhal və şərtsiz azad edilməsinə çağırmalıdır. Belə bir addım atmaq üçün BP kifayət qədər qüdrətlidir", Dinara Yunus deyib.

The Telgraph Azərbaycanda müxaliflik əleyhinə kampaniyanın yay aylarındada zirvəyə çatdığnı qeyd edərək, o cümlədən, avqust ayında vergidən yayınma ittihamı əsasında gənc fəal Rasul Cəfərov və veteran hüquqşünas İntiqam Əliyevin həbs edildiyini, Naxçıvanda isə jurnalist İlqar Nəsibovun qanı çıxanadək döyüldüyünü yazıb.

The Teleqraph qəzetinə verdiyi bəyanatda BP, "harada iş gördüyündən asılı olmayaraq insan haqları və insan ləyaqətinə hörmət göstərilməsinə davamlı şəkildə sadiq olduğunu" bildirib.

"İnsan haqlarının qorunmasına ilk növbədə Azərbaycan höküməti məsuldur, biz bu sahədə onun müəyyən etdiyi qaydaları tətbiq etməyə hazırıq", BP vurğulayıb.

"Eyni zamanda BP şirkəti gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına sponsorluğu ilə bağlı məsələyə şərh verməkdən yayınıb", The Telegraph qəzeti qeyd edib.

Mənbə: BBC Azərbaycan

XS
SM
MD
LG