Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:29

İlham Əliyev: «Ötən 9 ayda Azərbaycanda 100 min yeni iş yeri açılıb»


İlham Əliyev
İlham Əliyev

-

Gözlə

No media source currently available

0:00 0:03:09 0:00
Direct-ə keçid

“Biz iqtisadi cəhətdən tam müstəqilik, kimsədən aslı deyilik. Bu da bizə imkan verir ki, siyasi, eləcə də xarici siyasətdə müstəqil siyasət aparaq. Bizim əsas güc mənbəyimiz, istinad mənbəyimiz iqtisadi müstəqilliyimizdir”.

Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. Prezident ötən 9 ayda Azərbaycanın qazandığı uğurlardan danışaraq 2014-cü ilin ilk 9 ayında Azərbaycana 19 milyard sərmayə qoyulduğunu vurğulayıb. Qoyulan sərmayənin 11 milyardı daxili investisiyaların payına düşür.

ƏHALİNİN PUL GƏLİRLƏRİ ÇOXALIB

“Dünyada maliyyə böhranı getdiyi bir ərəfədə ötən 9 ayda Azərbaycanda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 6 faiz artıb. İnflyasiya 1,5 faiz olub. Əhalinin pul gəlirləri 5,4 faiz çoxalıb”.

İlham Əliyev çıxışında regionların sosial-iqtisadi inkişafına dair, Bakı və ətraf qəsəbələrin inkişafına dair dövlət proqramlarının uğurla icra olunduğunu söyləyib. Əlavə edib ki, ötən 9 ayda Azərbaycanda 100 min yeni iş yeri açılıb. Bununla da son 10 ildə açılan yeni iş yerlərinin sayı 1 milyon 300 minə çatıb.

Prezident Davos İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycanın rəqabətdə ölkələr sırasında 38 yeri tutduğunu xatırladıb. 2014-cü ilin əvvəlindən maliyyə resurslarının 3 milyard 600 milyon dollar artdığını, 53 milyarda çatdığını qeyd edib.

“BİZİM ƏSAS VƏFİZƏMİZ ƏVVƏLKİ İLLƏRDƏ İQTİSADİ MÜSTƏQİLLİYİMİZİ YARATMAQ İDİ. BUNU DA YARATMIŞIQ”

İlham Əliyev ötən ay təməli qoyulan Cənub Qaz dəhlizi layihəsindən də söhbət açıb:

“Cənub Qaz Dəhlizinin tikintisi, istifadəyə verilməsi Azərbaycanın 10 illiklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq. Kəmərin tikintisi zamanı minlərlə azərbaycanlı iş yeri tapacaq, yüzlərlə yerli şirkət podratçı kimi işlərə cəlb olunacaq. Bu kəmər ölkəmizə gəlir, siyasi divident gətirəcək”.

İlham Əliyev təəssüflə Dağlıq-Qarabağ münaqişəsinin həll olunmayaraq qaldığını bildirib.

Prezident 2014-cü ilin sonuna kimi investiya proqramının təsdiq edilməsinin zəruriliyini vurğulayaraq, eyni zamanda müasir emal müəssisələrinin yaradıldığını, qeyri-neft sektorunun inkişafında xidmət və turizm sektorunun yerindən danışıb.

Yaxın 2 ildə Ələt Ticarət Limanın istifadəyə verilməsi ilə Xəzərdə ən iri limanın yaradılacağından, I Avropa Olimpiya Oyunlarına hazırlıqlardan söz açan İlham Əliyev 2015-ci dövlət büdcəsində hərbi xərclərə də xüsusi diqqət yetiriləcəyini söyləyib.

XS
SM
MD
LG