Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

500 min dollar hansı fonda köçürüləcəkdi?


money.home
money.home

-
ƏLƏTDƏ YENİ PAYTAXT SALINIR

“Yeni Müsavat” qəzeti 2030-cu ilə qədər dövrü əhatələyən “Böyük Bakının Regional İnkişaf Planı”ndan yazır. Belə ki, plana əsasən, iri sənaye müəssisələrinin, ali məktəblərin, bəzi nazirliklərin paytaxtdan köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, paytaxtın köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir. Bu proses hüquqi baxımdan vaxt aparsa da, məlumata görə, hakimiyyət paytaxtın köçürülməsi ilə bağlı ciddi düşünür və bu istiqamətdə bəzi müzakirələr intensivləşib.

“Yeni Müsavat”ın xəbərinə görə, hökumət yeni paytaxt üçün yer də seçib. Bu, Ələt ərazisindəki geniş dağətəyi sahədir. Hacıqabul yolunun Nəvai hissəsinə (Qazax istiqamətinə gedərkən, yolun sağ tərəfi) düşən Bakının peyk-şəhəri olacaq yeni paytaxtın adı barədə dəqiq qərar verilməyib. Mənbənin iddiasına görə, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılıb. AES-in tikintisi üçün keçən əsrin 80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq idarələri, xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki apardıqdan sonra obyektin tikintisinə razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacağı barədə proqnoz verilib.

“BÖYÜK İNVESTİSİYA LAYİHƏLƏRİ ARXADA QALDI”

İqtisadçı ekspert Vahid Məhərrəmov “Bizim Yol”a müsahibəsində deyir ki, Azərbaycan özünü əsas qida məhsulları ilə təmin edə bilmir.

Arxiv foto
Arxiv foto

"Ölkənin ərzaq buğdası idxalından asılılığı 100 faizdir. Son vaxtlar ət idxalı ilə yanaşı kəsim üçün xaricdən gətirilən diri mal-qaranın baş sayı ciddi olaraq artıb. Ölkə özünün süd və süd məhsullarına olan təlabatını daxili istehsal hesabına ödəyə bilmədiyi üçün əvvəlki ilə nisbətən süd idxalı keçən il 35,5 faiz artıb. Həmçinin diri mal-qaranın idxalı 47 faiz, buğda ununun idxalı 194 faiz, buğda idxalı isə 16 faiz artıb. Azərbaycan 2013-cü ildə 1 milyon 451 min ton buğda, 18 min ton düyü, 46,4 min ton buğda unu, 107,4 min ton bitki yağları, 37 min 300 ton unlu qənnadı məmulatları, 5 min 919 ton makaron, 32 min ton süd və süd məhsulları, 745 ton ət kolbasası, 5 min 147 ton mal əti, 2 min 550 ton quş əti, 133838 baş iribuynuzlu heyvan, 6 milyon 942 baş diri quş, 46 milyon 183 min ədəd quş yumurtası və sair idxal edib".

“İCRA BAŞÇISI ALVERİNİN YENİ GİZLİNLƏRİ"

“Azadlıq” qəzeti Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən məhkəmə işindən yazır. Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. “Azadlıq” Ramazan Səlimova istinadla yazır ki, Həsən Əliyev ona hansısa fonda pul köçürməyin vacib olduğunu deyib. Onun sözlərinə görə, bunu keçmiş hakimə işlə bağlı görüşdüyü şəxslər deyib. Ramazan Səlimov söhbətin hansı fonddan getdiyini bilməyib:

“O, söhbəti konkretləşdirib mənim icra başçısı təyinatım üçün razılaşdığımız məbləğin yarısının, yəni 500.000 dolların fonda köçürülməsi üçün verməyimi israrla tələb etdi. Həsən məni o qədər nüfuzlu, yüksək vəzifəli şəxslərlə görüşdürdüyündən ona inanırdım. Bu səbəbdən ona dedim ki, 500.000 dollar yox, 300.000 manat verə bilərəm”.

ANA ABİDƏSİ

“Azərbaycan” qəzeti Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun məqaləsini dərc edib. Müəllif yazır ki, “şərqşünas alim Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabr ayının 10-da Bakı şəhərində - ziyalı ocağında dünyaya göz açmış, ailəsində gördüyü yüksək mənəvi-əxlaqi dəyərlər onun xarakterinə, ruhuna hopmuşdu.

Aida İmanquliyeva
Aida İmanquliyeva

Aida xanımın hələ erkən yaşlarından yüksək bilik, savad almaq, yazıb-yaratmaq, cəmiyyət üçün faydalı insan kimi yetişmək istəyi elə kökdən, gendən gəlirdi. Özünütəsdiq əzmi, bir də həyatda layiqli mövqe tutmaq arzusu ilə orta məktəb illərindən gecəsini gündüzünə qataraq səylə çalışan, ən müxtəlif fənləri eyni səviyyədə mənimsəyən gənc Aidanın bu zəhməti hədər getmədi: gələcəyə böyük ümidlərlə yanaşıb təhsil aldığı 132 saylı orta məktəbi qızıl medalla başa vuraraq həyatının daha bir uca mərhələsinə qalxmağa, tələbə adını daşımağa nail oldu”.

XS
SM
MD
LG