Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:05

Novella Cəfəroğlu: «Hökumətlə sövdələşib oğlumu işə düzəldəcəyəm?»


Azerbaijan – Novella Jafaroglu, president of the Society for protection of women's rights, 10Dec2009
Azerbaijan – Novella Jafaroglu, president of the Society for protection of women's rights, 10Dec2009

-

Gözlə

No media source currently available

0:00 0:04:31 0:00
Direct-ə keçid

"İnsan hüquqları üzrə Birgə Qrup"un nümayəndəsi Novella Cəfəroğlunun AzadlıqRadiosuna müsahibəsi.

"İnsan hüquqları üzrə Birgə Qrup" işə başlayıb. Qrupun işinə Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovla Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sədrlik edir. Deputat Əli Hüseynli, vətəndaş cəmiyyətindən Əliməmməd Nuriyev, Mirvari Qəhrəmanlı, Eldar Zeynalov, Sahib Məmmədov, Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənənyarlı da sözügedən qrupda təmsil olunurlar.

AzadlıqRadiosu təmsilçilərin birindən – Novella Cəfəroğlundan müsahibə alıb.

– Yeni yaradılan işçi qrupunda hansı işlər görülür?

– İndi texniki məsələlər müzakirə edilir. Noyabrın əvvəlindən iş başlanacaq. Bildiyiniz kimi, bu qrupun əsas məqsədi siyasi məhbusların azadlığına çalışmaq və hüququ pozulan vətəndaşlara yardım göstərməkdir. Üç aydan sonra yenidən əlaqə saxlasanız, işimizin nəticəsi haqda daha geniş danışarıq.

– Sizin qrup kimləri siyasi məhbus sayır?

– Bu barədə ətraflı məlumat verəcəyik. Hələlik, texniki məsələlərlə məşğuluq – hədəflərimizi, kimin hansı işi görəcəyini müəyyənləşdiririk. Noyabr ayından insanlar haqda müzakirələr başlanacaq. Hələ ki, həmsədrlər seçilib, işlər bölüşdürülür.

– Həmsədrlərdən söz düşmüşkən, onların hər ikisi dövlət qurumlarının təmsilçisidir. Sədrlikdə vətəndaş cəmiyyətinin nümayəndəsi niyə təmsil olunmur?

– Vətəndaş cəmiyyətinin nümayəndəsi kimi mənə sədrlik təklif edilmişdi, amma özüm imtina etdim. Axı sədr iclası idarə etməklə kifayətlənir, işi budur. Qrupda üzərimə daha çox öhdəlik və iş düşdüyündən imtina etdim.

– Həbsdəki NİDA-çı və bəzi digər məhbuslar iyulda bir neçə hüquq müdafiəçisinin, o sıradan sizin müdafiənizdən imtina etdiklərini bildirmişdilər. Bu amil qrupa etimadı azaltmır?

– O uşaqlar həbsdədirlər. Dışarıda nə baş verdiyindən, kimin nə edib-etmədiyindən xəbərsizdirlər. Kimsə bizim hansısa iş görmədiyimizi, onların hüquqlarını qorumadığımızı bir kağıza yazıb, o uşaqlara imzalatmışdı. Onlardan heç bir incikliyimiz yoxdur. Qapıları açılsın, biz onların da azadlığa çıxmaları üçün əlimizdən gələni edəcəyik. Bizim iradımız onu təşkil edənlərə, o kağızı onlara imzaladanlaradır.

– Yeni işçi qrup barədə rəylər də birmənalı deyil. Hətta qrupu hakimiyyətlə sövdələşmədə qınayanlar da var...

– Sövdələşməyə gedib, nə edəsiyik? Oğlumu işə düzəldəcəyəm? Eləcə də qrupun digər üzləri.

Başlıca amalımız siyasi dustaqların azaldığına, pozulan insan haqlarının bərpasına nail olmaqdır.

– İşçi qrupun adının dəyişməsi nədən qaynaqlanır – əvvəlki qrup – 2005-2008-ci illərdə çalışanlar siyasi məhbuslarla bağlı işçi qrup adlanırdı. İndi ad dəyişib, insan haqları ilə bağlı birgə qrup olub.

– İstədik daha əhatəli, daha geniş olsun və təkcə siyasi məhbuslarla kifayətlənməyək. Bizim cəmiyyətə minlərlə müraciət daxil olur. Sadə insanların da pozulan hüquqlarını bərpa etmək lazımdır.

– Avropa Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılmasına dair qərar çıxarıb. Aylar öncə keçmiş səhiyyə naziri Əli İnsanovla da bağlı da eyni qərar açıqlanmışdı, amma o, hələ də həbsdədir. Bu barədə nə düşünürsünüz?

– Biz Avropa Məhkəməsi qərarının icrası üçün hökumət qarşısında məsələ qaldıracağıq. Bütün bu məsələlərin həllinə çalışacağıq.

XS
SM
MD
LG