Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:38

Yeddi beynəlxalq təşkilat Xalid Qarayevə azadlıq tələb edir


Xalid Qarayev
Xalid Qarayev

-

Bir neçə beynəlxalq təşkilat «Azadlıq» qəzetinin reportyoru və «Azərbaycan saatı» telekanalının prodüseri Xalid Qarayevin azad olunmasını tələb edən bəyanat yayıb.

Bunlar «Article 19», Avropa Jurnalistlər Federasiyası, «Freedom House», Senzura İndeksi, KİV-ə Beynəlxalq Dəstək, KİV Müxtəlifliyi, Sərhədsiz Reportyorlar, Dünya Qəzet və Xəbər Naşirləri Assosiasiyası təşkilatlarıdır.

Həmin təşkilatların birgə bəyanatında Xalid Qarayevi azad etmək və Azərbaycanda fərqli düşünənlərin təqibinə son qoymaq tələb olunur:

«Oktyabrın 30-da Bakıda məhkəmə müxalif jurnalist Xalid Qarayevi uydurma xuliqanlıq və polisə tabe olmama ittihamı ilə 25 gün müddətinə həbs edib. Bununla da vətəndaş cəmiyyətinə misli görünməmiş təzyiq fonunda Azərbaycanın müstəqil KİV-lərinə də yeni zərbə endirilib. «Azadlıq» və «Azərbaycan saatı» çoxdandır hakimiyyətin təzyiqinə məruz qalır, onun əməkdaşları isə dəfələrlə həbs cəzasına məhkum edilib».

XS
SM
MD
LG