Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

Freedom House: «Hökumət öz vətəndaşlarından qorxur»


Freedom House-un prezidenti David J. Kramer
Freedom House-un prezidenti David J. Kramer

-

Hüquq müdafiəçisi Leyla Yunusun vəkillərinin müdafiə işindən uzaqlaşdırılması ilə bağlı Freedom House hüquq-müdafiə təşkilatı bəyanat yayıb:

«İnsan haqları fəalları ciddi cinayətlərdə ittiham etməklə, Azərbaycan hökuməti hüququn aliliyinə kobud hörmətsizlik, eləcə də müstəqil vətəndaş cəmiyyətindən qorxduğunu göstərir,» Freedom House-un prezidenti David J. Kramer deyib.

«Hökumət Yunusa və digər siyasi məhbuslara qarşı şübhəli ittihamlar irəli sürməklə, hüquq müdafiəçiləri barəsində uzun müddətli həbs qətimkan tədbirləri seçməklə, təkcə öz ədliyyə sistemini ələ salmır. İndi isə Yunusun vəkillə təmin olunmaq haqqını da alır. Bu, hakimiyyətin öz vətəndaşlarından qorxduğunu göstərir».

Freedom House hökuməti Yunus və digər siyasi məhbuslara qarşı ittihamları ləğv etməyə, onların hüquqlarını tam bərpa etməyə çağırır.

Freedom House təşkilatı Azərbaycanı qeyri-azad ölkələr sırasına salır. Hakimiyyət təmsilçiləri bu qurumu qeyri-obyektivlikdə, ikili standartlarda ittiham edir.

Casusluqda ittiham olunan Leyla Yunusun bir neçə vəkili onun müdafiəsindən uzaqlaşdırılıb.

XS
SM
MD
LG