Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

Tacikistandan Suriyaya könüllü göndərənlərin ofisi Moskvadadır


Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Akram Amonov deyib ki, Suriyada vuruşanlar arasında, o cümlədən İslam Dövləti yaraqlıları sıralarında 300 tacik var.

Amonov noyabrın 21-də parlamentə bildirib ki, taciklər Suriyaya Rusiya və Əfqanıstan vasitəsilə gedirlər.

Onun sözlərinə görə, Suriya üçün könüllü yığan ofis Moskvada Prospekt Mira küçəsində yerləşir.

Rusiyanın Avropa regionları müsəlmanlarının Dini İdarəsinin sədr müavini Damir Mukhetdinov Azadlıq radiosuna deyib ki, Orta Asiyadan işçi miqrantlar Moskvada könüllü axtaranların asanlıqla hədəfinə çevrilir.

Bundan əvvəl Tacikistan hakimiyyəti Suriyada 200 tacikin vuruşduğunu bildirirdi. 50 tacik Suriyada döyüşlərdə ölüb.

XS
SM
MD
LG