Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:48

Avropanı Qafqaza yönəldən 12 sirr...


«Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlu verilişə bələdçilik edir.
«Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlu verilişə bələdçilik edir.

-

İz - Avropanı Qafqaza yönəldən 12 sirr...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

«Bu kitabın yazılmasında siyasi bir məqsəd gördüm – bu da Avropanın diqqətini ruslardan daha çox Qafqaza cəlb etməkdir».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının Əsəd bəyin yenicə çapdan çıxmış «Qafqaz sirləri» kitabına həsr olunmuş sayında «Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlu söylədi.

«ONLAR BARBAR DEYİL!»

Onun sözlərinə görə, kitabı oxuyarkən müəllifin belə bir niyyət duyduğunu aydın hiss edib: «Kitabda birincisi, gözəl nağılçılıq müşahidə olunur. Əsəd bəy çox gözəl nağılçıdır. İkincisi, Qafqaza xüsusi bir sevgi hiss edirsən. Elə bir sevgi ki hətta biz qafqazlıların içərisində az-az tapılar... Bir də, hiss edirsən ki, sanki Qafqazı hara isə, kiməsə göstərmək istəyir. Demək istəyir ki, siz düşünməyin ki, Qafqazda yalnız barbarlar yaşayır. Elə deyil! Burada çoxsaylı xalqların öz mədəniyyətləri var. Sadəcə, biz onlara bir az yaxınlaşmalıyıq... Mənə elə gəlir ki, müəllifin siyasi məqsədi də var. Bu da Almaniyanın – Avropanın diqqətini ruslardan daha çox Qafqaza cəlb etməkdir. Xüsusən qızıl mədənləri, neft, almaz yataqları barədə bilgilər diqqət çəkir. «Sanki neft Qafqazın damarı kimi ötüb keçir» deyir və bu, bir biznesmeni bura cəlb etmək üçün güclü bir ifadədir. Stalinə olan münasibəti, Rusiyanın dəfələrlə vəhşi üsullarla Qafqazı əldəetmə cəhdlərinin qabarıq şəkildə yazması – müəllifin məqsədinin Qafqazı Avropaya yaxınlaşdırmaq olduğunu göstərir. Bu xoş niyyət əsərboyu hiss olunur».

ƏSƏD BƏY VURĞUNU –FRANKFURTLU HANS

Aparıcının: «Əsəd bəyin bu məşhur əsəri hansı özəllikləri ilə diqqətinizi çəkdi» sualı belə cavablandı: «Mənim bir dostum var, Hans. O, Frankfurtda yaşayır, almandır. 10 ildir ki, Əsəd bəyin – Qurban Səidin əsərlərini toplayır. Hətta arxiv sənədlərini də yığır. Təsadüfən Almaniya kitabxanalarının birində Əsəd bəyin «Məhəmməd» əsərinə rast gəlib və ondan sonra araşdırmalara başlayıb. Əsəd bəyin bütün kitablarını onun evində gördüm. Düşündüm ki, bu əsərlər bizim oxucularımıza da maraqlıdır və onları tərcümə etmək lazımdır».

«ALMANCA VƏ İNGİLİSCƏ BİR MƏTN SƏVİYYƏSİNDƏ DƏYƏRLƏNDİRİLİR»

«Əsər nədən yazıldığı alman dilindən deyil, ingiliscədən tərcümə olunub» sualına verilişin bələdçisi belə cavab verdi: «Tərcüməni daha tez etmək üçün ingilis dili tərcüməçimiz vardı. Mən məsləhətləşdim Hansla. Məlum oldu ki, almanca və ingiliscə eyni mətndir və bir mətn səviyyəsində qavranılıb-dəyərləndirilir. Ona görə də, ingilis variantını seçdik və fikrimcə, tərcümə gözəl alındı. Firudin Ağazadə çevirib əsəri. Uzun illər tərcümə ilə məşğul olub. Bizim 3 yaxşı tərcüməçimiz varsa, biri odur! İngilis dilindən tərcümədə böyük təcrübəsi var. Dilin ustasıdır. Sevinirəm ki, belə tərcüməçimiz var».

ƏSƏD BƏYİN KİTABLARI «QANUN»DA

Şahbaz Xuduoğlu indiyədək bu müəllifin bir neçə əsərini nəşr etdiklərini bildirdi: ««Əli və Nino», «İstanbullu qız»ı çap etmişik. İndi «Qafqazın 12 sirri»ni rus dilinə çeviririk. Maraqlıdır ki, bu əsər indiyədək rus dilində çıxmayıb. Əsəd bəyin Məhəmməd peyğəmbərlə, Stalinlə bağlı kitablarını da həm Azərbaycan, həm də rus dilinə çevirib edib nəşr edəcəyik».

Qurban Səid
Qurban Səid

ƏSƏD BƏY ÖZ XATİRƏLƏRİNİ YAZIB, YA...

Verilişin bələdçisi əsəri gənc bir müəllifin yazmasının sezildiyini deyir: «Əsəri gənc yaşında yazdığı hiss olunur. Çox qıvraq yazıb. İti və sürətli yazıb. Hiss edirsən ki, ya bunu bir nağılçının dilindən eşidərək yazıb, ya da bir kitabxanada oturub araşdırma aparıb... Bəlkə də müəllif uşaq yaddaşında qalan bütün hadisələri kitaba köçürüb... Uşaq yaddaşı geniş olur, axı... Müəllif bu genişliyin içərisində asanlıqla gəzişib. Kitabda Qafqaz haqqında çox zəngin informasiya var və hər halda 25 yaşlı bir gəncin belə əsər yazması cəsarətli addımdır».

«KİTABDA AZƏRBAYCAN SEVGİSİ VAR!»

Şahbaz Xuduoğlu kitabda Azərbaycan sevgisinin olduğunu bildirir: «Avropaya yeniyetmə yaşlarında getsə də, Qafqaza, Bakıya, Azərbaycana çox böyük sevgi hiss olunur. 3-4 yerdə adı keçsə də, sevgini duya bilirsən. Bu kitabın da qəhrəmanı Əlidir. Eynən «Əli və Nino»dakı kimi».

«BİZ ETMƏDİK, ƏSƏD BƏY ETDİ!»

Verilişin bələdçisi əsərin onu həyəcanlandıran özəlliyindən də söz açdı: «Müəllif mifologiyamız – əsatirlərimizlə də tanışdır. Özü yazır ki, bu məlumat arxiv sənədlərinə əsaslanmır. Bu, eşitdiklərim, gördüklərim, dərk etdiklərimdir... Tanımadığımız, bilmədiyimiz adətlərimiz var kitabın içində. Doğrudan da, Qafqazda çox xalqlar yaşayır və bu xalqlar bəzən bir-birinin dilini bilmirlər... Amma onların ortaq mədəniyyətləri var... Bütün bunları böyük ustalıqla yazıb. Doğrudan da, təsirlidir. Biz yan-yana yaşasaq da, öz coğrafiyamızı yaxşı tanımırıq. Elə bir güc yoxdur ki, bizi dartıb dağlara çıxarsın, o dağlarda gəzdirsin, o ağacları, o zənginlikləri, o insanları bizə göstərsin. O insanların tarixini canlandıra bilək. Biz bunu edə bilməmişik. Amma Əsəd bəy edib! Təxminən 90 il öncə yazılmış bir kitabı təkrar yazmaq nə maraqlı olardı!..».

NİYƏ 12 SİRR?

Şahbaz bəy kitabda sirlərin daha çox olduğunu deyir: «Bəlkə də böyük sirlər 12-dir... Amma görünür, bu rəqəmin özündə də bir məqsəd var. Niyə 12? Bəlkə danışıqlar 12 adamın dilindən idi, ona görə? Hər halda, kitabda sirlər çoxdur. Qadın-kişi münasibətləriylə bağlı maraqlı detallar var. İslama aid olan və olmayan məsələlər var. Dağlarda tayfaların arasında bəzən türkcə söhbətlərin aparılması, ərəbcə danışıqlar, eyni zamanda Şeyx Şamilin yaratdığı dövlətin tam fərqli yöndən təqdim edilməsi maraq doğurur. Biz, adətən, Şeyx Şamili dağlarda çeçenlərin azadlığı uğrunda mübarizə aparmış bir qəhrəman kimi görürük. Amma Əsəd bəy Şamili dövlət adamı kimi – yeni dövlət qurmaq istəyən bir şəxs kimi təqdim edir. Bu adam hüquqi dövlət qurmaq istiqamətində müəyyən islahatlar aparır...».

«KİTABI PEŞƏKAR YAZIB!»

Şahbaz bəy kitabın gözəl dillə yazıldığını vurğulayır: «Hiss edirsən ki, peşəkar yazıb... Görünür, Qafqazla bağlı onun yaddaşında nə qədər məlumatlar qalmışdısa, ətrafında nə qədər Qafqazı tanıyan adam vardısa – hamısıyla çox geniş söhbət edib və söhbətlərin nəticəsi kimi bu kitab ərsəyə gəlib».

- Qaçaq Kərim başına qoyulan 50 min manat rublu ruslardan necə aldı?

- Əsir düşən Lev Tolstoy necə bağışlandı?

- Qafqaz dağları necə yarandı?

«Qafqazın 12 sirri»ni Şahbaz Xuduoğlu ilə açın.

İz - Avropanı Qafqaza yönəldən 12 sirr...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG