Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:23

AzadlıqRadiosunun baş redaktoru: «Xədicə jurnalist fəaliyyətinə görə cəzalandırılır»


Nenad Pejic
Nenad Pejic

-

Azad Avropa/Azadlıq radioları korporasiyasının baş redaktoru Nenad Pejic Xədicə İsmayılın həbsi barədə açıqlama yayıb. Açıqlamada deyilir:

«Xədicə İsmayılın saxlanması və həbsi Azərbaycanda hökumət aparatında korrupsiya və insan haqları pozuntularını araşdıran jurnalisti susdurmaq üçün iki ildir davam edən kampaniyanın nəticəsidir. Bu gün ona biabırçı ittihamlar irəli sürülüb. Xədicə jurnalist fəaliyyətinə görə cəzalandırılır».

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.

XS
SM
MD
LG