Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:22

Lukashenko Rusiya rublu ilə alveri dayandırır


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Belarus prezidenti Alexandr Lukaşenko dekabrın 18-də keçirdiyi toplantıda hökumətdən Rusiya ilə alış-verişin dollar və ya avro ilə aparılmasını göstəriş verib.

Lukashenko deyib ki, Belarus neft və qaza görə Rusiyaya beynəlxalq valyuta ödədiyi halda, Rusiyaya satdığı süd və ət məhsulları nəyə görə rubulla ödənilməlidir.

O qeyd edib ki, son vaxtlar Rusiya rublunun iflasa uğradığını eşidirik və orda bizim 40 faiz ixracımız var, biz itiririk:

“Neyləyək ? Bu gün belə tərəfdaşımız var, Rusiyada belə vəziyyət yaranıb, həmçinin Ukraynada- o da tərəfdaşımızdır.

Amma çıxılmaz vəziyyət yoxdur. Əgər hardasa nəyisə itiririksə, onda başqa yerdə tapmaq lazımdır.

Bir sözlə tapşırıq belədir-rubulla yox, dollarla alver etmək lazımdır”.

Lukashenko deyib ki, bu hökumətin qüsurudur.

Rusiyadan tələb olunmalı idı ki, onlar da bizim kimi dollarla ödəniş etsinlər.

Qeyd edək ki, Rusiya noyabrın sonlarında Belarusdan ət və süd gətirilməsinə qadağa qoyub.

Moskva bunun səbəbini həmin məhsullarda zərərli maaddələrin olması ilə izah edib.

Bundan sonra tərəflər arasındakı ticarət əlaqələrində gərginlik müşahidə olunur.

XS
SM
MD
LG