Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:54

Vəkil: «Xədicə İsmayılın yazışmalarına və görüşlərinə nəzarət edilir»


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

«Müstəntiq Xədicə İsmayılla görüşüb. Amma maraqlısı odur ki, Xədicəyə təqsirləndirildiyi cinayət işi üzrə deyil, evindən tapılan açıqcalar və məktublarla bağlı suallar verib. Həmin açıqcalar Leyla Yunusa göndərilib, məktublarsa Tofiq Yaqubluya aid olub. Xədicə İsmayıl təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina edib».

Bunu AzadlıqRadiosuna vəkil Yalçın İmanov deyib. Vəkil Xədicə İsmayılla dekabrın 24-də görüşüb:

«Xədicə İsmayıl özünü çox yaxşı hiss edir. Gümrahdır, hər kəsə salamları var. Onun mediada dərc olunan yazılarından sonra yazışmalarına xüsusi nəzarət edilir, yazıları yoxlanılır. Vəkillərlə görüşü nəzarət altında keçirilir».

X.İsmayıl dekabrın 5-də həbs olunub. O, Tural Mustafayev adlı şəxsi özünüöldürmə həddinə çatdırmaqda ittiham olunur. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb. Azad Avropa/Azadlıq Radioları korporasiyasının rəhbərliyi jurnalistin həbsinin arxasında onun peşə fəaliyyətinin durduğunu bəyan edərək, Azərbaycan məmurlarının qanunsuz biznesini üzə çıxardığına görə Xədicədən qisas alındığını bildirib. Beynəlxalq ictimaiyyət də Azərbaycan hakimiyyətinin əməllərini pisləyib. Hakimiyyət nümayəndələri bu ittihamları rədd edir.

XS
SM
MD
LG