Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Geosiyasi risklərin Top 10-nu- Mətbuat icmalı


Drezdendə Pegida yürüşü
Drezdendə Pegida yürüşü

Bu il dünyanı hansı geosiyasi risklər gözləyir? Avropa siyasətinin özü risk mənbəyinə çevrilib.

Qərbin İslamlaşması əleyhinə şüarla hər həftə yürüş edən Pegida. Almaniyada Pegidanın lehinə və əleyhinə yürüşlər. Hər 8 almandan 1-i Pegidanın yürüşünə qoşula biləcəyini deyir.

Avro niyə düşür? Yunanıstandan onun verə biləcəyindən çox tələb etmək risklidir, o cümlədən elə Almaniya üçün.

Dünya mediası bu gün nədən yazır?

2015-ci ildə ən böyük geosiyasi risklərin top 10-nu. ​Time jurnalının hazırladığı bu 10-luqda birinci yerdə qəribə şəkildə Avropa siyasətidir:

1. Avropa siyasəti. Avropa iqtisadiyyatı 2012-ci ildəki kimi pis vəziyyətdə deyil, ancaq Avropa siyasətinin durumu xeyli pisdir. Britaniya, Almaniya kimi ölkələrdə anti-Avropa Birliyi partiyaları güclənir.Avropa ölkələrində bölücülük əhvalı da güclənir.Fransanın zəifliyi, Avropa Birliyi işlərində Britaniyanın yoxluğu şəraitində Almaniyanın belə güclü olması əleyhinə Avropa Birliyi ölkələrində müqavimət genişlənir.Və nəhayət, Rusiyanın davranışıvə İslam Dğvləti təşkilatı Avropanın təhlükəsizlik problemlərini yalnız gücləndirir.

2. Rusiya. Sanksiyalar və neftin ucuzluğu Rusiyanın zəiflədib, ancaq Putini yolundan döndərməyə kifayət etməyib. Moskva bu il Kiyevə təzyiqini davam etdirəcək. Moskvanın hədəfləri həm də Qərb şirkətləri və Qərb investorları olacaq – həm adi məkanda , həm də kiber məkanda.

Top 10-da sonrakı yerlərdə

3. Çində iqtisadiyyatın artım tempinin azalması,

4. Obama hökumətinin maliyyəni silaha çevirməsi,

5. İslam Dövləti Təşilatının İraqda və Suriyada fəaliyyəti,

6. bir çox ölkədə əsas təmayül kimi iqtisadi artımı təmin edən sahələrin yox, siyasi sabitliyi təmin edən iqtisadiyyat sahələrinin inkişafına üstünlük verilməsi,

7. Türkiyə, Kolumbiya, Braziliya, Nigeriya kimi ölkələrdə keçən il seçkini udan liderlərin bu il daxildə müqavimətlə qarşılaşması,

8. Səudiyyə Ərəbistanı – İran qarşıdurması,

9. Tayvanla Çin arasında münasibətlərin gərginləşməsi,

10. Türkiyə daxilində və sərhəddində vəziyyətdir.

HƏR 8 ALMANDAN 1-i

Almaniyanın Pegida hərəkatı Avropanın islamlaşması əleyhinə növbəti ənənəvi həftəlik yürüşünü keçirib. BBC-nin məlumatına görə,yürüşə təkcə Drezdendə 18 min adam gəlib. “Vətənpərvər Avropalılar Qərbin İslamlaşması Əleyhinə” (Pegida) adlı hərəkat oktyabrdan bəri hər həftə yürüş keçirir. Bu həftəki nümayişlər Berlin, Köln, Ştutqart kimi iri şəhərlərdə olub. Bu yürüşlərdə minlərlə adam iştirak edib.

Ancaq həmin şəhərlərdə bunlar əleyhinə də nümayişlər olub. Berlində 5 min adam Pegidanın keçdiyi yolun qabağını kəsib.

Ştutqart, Muenster və Hamburqda 22 min adam Pegida əleyhinə nümayişə çıxıb.

Təkcə Drezdendə Pegida lehinə nümayişdə daha çox adam olub, nəinki Pegida əleyhinə nümayişdə.

Pegida əleyhinə nümayişə burda 3 min adam çıxıb.

Köln şəhərində isə tərsinə, Pegida nümayişinə 250, əleyhinə isə minlərlə nümayişçi olub. Köln şəhərinin mərkəzində iri binalarda işıqlar müvəqqəti söndürülüb.

Şəhər meri Juergen Roters deyib ki, bununla şəhər əhalisi Pegida nümayişinə etirazını bildirir. O deyib: “Bu gün real olaraq demokratik işarə verildi. Köln şəhərində bir çox adam göstərdi ki, onların ifrat sağlarla və xaricilərə nifrət edənlərlə ortaq heç nələri yoxdur”.

Bu dəfə iri şirkətlər də öz münasibətini bildirib. Drezdendə Volkswagen şirkəti öz zavodunda işıqları söndürüb. Şirkət “ açıq, azad və demokratik cəmiyyətə tərəfdar” olduğunu bildirir.

Ancaq Almaniyanın Stern jurnalının sorğusuna görə, evinin yanında Pegida nümayişi olsaydı, hər 8 almandan 1-i bu nümayişə qoşulacağını deyir.

Avropa Birliyi ölkələri arasında xaricdən ən çox qaçqın qəbul edən ölkə Almaniyadır. Son vaxtlar ən çox qaçqın Suriyadan gəlir.

AVRO PROBLEMİNDƏ GÜNAH KİMDƏDİR VƏ YA NƏDƏDİR?

"Avro yolunu azıb". Bu Guardian qəzetinin başlığıdır. Qəzet məqaləsinin əvvəlində yazır : vaxtilə məşhur iqtisadçı Keynes Versal sülh müqaviləsinin Almaniya üzərinə qoyduğu repatriasiyalar haqda deyirdi ki, bu pul heç vaxt ödənməyəcək. Çünki bu ödənilə bilməyən puldur.

O, haqlı çıxdı. Dünya isə tezliklə başa düşdü ki, ölkədən onun ödəyə bilmədiyini tələb edəndə bunun hansı fəlakətli nəticələri ola bilər.

Qəzet yazır ki,indi avrozona kreditorlarının Aralıq Dənizi ölkələrinin boğazına öhdəlik kəndirini bağlaması ilə o vaxtki dövr arasında paralellər ilk növbədə Almaniyanın özü üçün faydalıdır. Çünki Yunanıstana ən çox borc verən və indi tələblər qoyan elə Almaniya banklarıdır.

BAYRAM KÖKƏLƏRİ OĞURLANIB

Serbiyada Milad bayramı vaxtı 18 min kökə oğurlanıb və qara bazarda satılıb.

BBC xəbər verir ki, soyuducu xarab olduğuna görə, həmin kökələri aparıb, məhv etməli idilər. Ancaq bunları oğurlayıb, qara bazarda satıblar.

Hadisə dekabrın 24-də Kragujevac şəhərində olub. Şəhərin meri cinayətkar qrupları günahlandırır və deyir ki, kökələr şübhəli yerlərdə, şübhəli qiymətə peyda olublar.Hələlik bu keksləri yeyib-zəhərlənən barədə məlumat yoxdur.

XS
SM
MD
LG