Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:55

Heydər Əliyev hakimiyyətə bu səsvermə ilə qayıtdı- [Video]


Heydər Əliyev hakimiyyətə bu səsvermə ilə qayıtdı
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Heydər Əliyev hakimiyyətə bu səsvermə ilə qayıtdı

-

AzadliqRadiosu nadir arxiv videoları silsiləsini davam etdirir.

Bu görüntülər Milli Şuranın 15 iyun tarixli iclasındandır.

Gəncə qiyamından sonra yaranan siyasi böhrandan çıxış yolu axtaran Elçibəy hakimiyyəti Heydər Əliyevi Bakıya dəvət edir. 1993-cü il iyunun 9-da prezident təyyarəsi ilə Naxçıvandan paytaxta gələn Heydər Əliyev dərhal Gəncəyə, Surət Hüseynovla danışıqlara gedir. Geri qayıdanda siyasi razılaşmaya əsasən, onun istefa vermiş İsa Qəmbərin yerinə Ali Sovetin sədri vəzifəsinə təyin olunması nəzərdə tutulurdu. O zaman Ali Sovetin funksiyasını demokratik blok üzvləri və keçmiş kommunist deputatlardan bərabər şəkildə təşkil olunmuş 50 nəfərlik Milli Şura həyata keçirirdi.

Videoya Youtube-da baxmaq üçün

Ali Sovetin sədrini də Milli Şura üzvləri seçməli idi. İyunun 15-də işinə başlayan Milli Şurada gözlənilmədən Heydər Əliyevin seçilməsi əleyhinə fikirlər səsləndi. İclasın gedişindəki bu gözlənilməz dəyişiklikdən qıcıqlanan Heydər Əliyev söz aldı və xatırlatdı ki, bura öz istəyi ilə gələməyib, onu dəvət ediblər. Bundan sonra səs verən Milli Şura üzvləri cəmi 3 səs əleyhinə Heydər Əliyevi Ali Sovetinin sədri vəzifəsinə seçdilər. İclasda içtirak edən prezident Əbülfəz Elçibəy tezliklə Bakını tərk etdi. Həmin ilin avqustunda onun hakimiyyətdən getməsi və yeni prezident seçkiləri haqda referendum keçirildi, oktyabrda isə Heydər Əliyev yeni prezident seçildi.

Kadrlar Çeçenistanda həlak olmuş reportyor Fərhad Kərimovun arxivindən götürülüb.

Heydər Əliyevin hakimiyyətə qayıdışını aşağıda müzakirə edə bilərsiz:

XS
SM
MD
LG