Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

Romantika, İdeologiya, Din: Qərb qadınları İŞİD-ə niyə qoşulur?


İraq küçələrində İŞİD bayrağı ilə gəzən döyüşçü
İraq küçələrində İŞİD bayrağı ilə gəzən döyüşçü

-

Qərb qadınları Suriya və İraqda döyüşən İslam Dövlətinə (İD) bir neçə səbəbdən qoşulur: dini ideologiya, romantika və dostluq arzusu, müsəlmanların zülm altında olmasına inam. Bunu Britaniyada yerləşən beyin mərkəzi Strateji Dioloqlar İnstitutu (Institute for Strategic DialogueStrateji) yeni hesabatında açıqlayıb.

«Mulan olmaq? İslam Dövlətindəki mühacir Qərb qadınları» adlı hesabatda sosial media postları ilə İD qruplarındakı avropalı və Şimali Amerikalı qadınların sayı tədqiq edilir.

Hesabatda sosial media postlarından istifadə edilən qadınların altısının Britaniyadan, ikisi Niderlanddan, biri Fransadan, biri Kanadadandır, birinin də Avstriyadan olduğu güman edilir.

İD-in Suriyadakı və İraqdakı hərbi qruplarına qadınlar xarici kişilər tərəfindən cəlb olunur. Onlar deyirlər ki, müsəlmanlar dünyanın hər yerində zülmlə üzləşirlər, «kafirlər» İslam əleyhinə böyük müharibə aparırlar. Çoxları sosial mediadan uşaqlar daxil müsəlmanlara qarşı zorakılıq şəkilləri yayırlar.

İSLAM UTOPİYASI

İD-in bütün müsəlmanlar üçün əməl etməsi vacib olan şəriət qanunları əsasında xilafət qurmaq ideyası da hərbi qruplaşmaya qoşulmuş Qərb qadınlarına cəlbedici görünüb: onlar bu ideyaya öz töhfələrini vermək istəyiblər.

Umm Ubaydah adlı qadın yazır ki, onlara «Ammerikanın səhvlərindən doğan zörakılıqdan sığınacaq» yoxdur: «Biz Allahın qanunları altında yaşayacağımız İslam Dövləti qurmağa çalışırıq».

Eyni motivasiyasiyanı Orta Asiyadan İD qruplaşmasına cəlb edilən qadınlar da söyləyirlər. Beynəlxalq Böhran Qrupunun bu yaxınlardakı hesabatına görə, onlar «mömin həyat» və ya «uşaqları üçün İslami şərait» çağırışları ilə qadınları İD-ə cəlb ediblər.

Digər amil də mücahidlərlə evlənmək təklifidir. Qadınlara «şir və dişi aslan» cütlüyü kimi ər-arvadlıq, qoçaq, məşhur ər tapmaq imkanından bəhs edilir.

Mətbuat yazır ki, xilafətin ideyaları arasında romantik görünən təklif də var: ailəni tərk elə və İD-ə qoşul. Bu yaxınlarda Danimarkalı yeniyetmə qız vaxtilə Danimarka hərbisində xidmət etmiş türk əsilli Yılmaz adlı yaraqlı ilə evlənmək üçün Suriyaya qaçmışdı. Sonradan qız anasından evə qayıtmağına kömək etməsi üçün yalvarıb.

YALNIZ «NORMAL EV QADINI»

Strateji Dioloqlar İnstitutunun tədqiqatı aşkar edib ki, İD-in nəzarətində olan ərazilərdə Qərb qadınları əsasən ev həyatı yaşayırlar.

Umm Layth yazıb ki, İD-nin cəlb etdiyi qadınlar «normal həyat yoldaşı kimi öz vəzifələrini yerinə yetirirlər».

Eyni zamanda Umm Laythun baxışına görə, ev işinin çoxluğu xoşbəxtlik duyğusunu oyadır, çünki onlar «Allah xatirinə» İD-ə qoşulublar:

«Mücahidlərə yemək hazırlayan, buna görə də gecə-gündüzünü xoşbəxtlik içində keçirən belə gözəl bacıların arasındayam».

Strateji Dioloqlar İnstitutu İD-in qadınları yoldan çıxarmasına qarşı bir neçə yol təklif edir: sosial media vasitəsilə qadın auditoriyasına hədəflənmiş xüsusi proqram həyata keçirilməlidir.

XS
SM
MD
LG