Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:56

Naxçıvanda «enerji talanması»na qarşı tədbir keçirilib


Naxçıvan
Naxçıvan

-

«Şərq qapısı» 30.01.2015

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Prokurorluq orqanları hüquqi maarifləndirmə tədbirlərini davam etdirir

...Nəzərabad kənd sakinlərinin iştirak etdiyi tədbirdə Babək rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Seyidov “Təbii qazın, elektrik və istilik enerjisinin talanması iqtisadiyyatımıza böyük zərbədir” mövzusunda çıxış edərək bildirib ki, enerji resurslarından səmərəli şəkildə istifadə edilməsi vacib məsələlərdən biridir.

Fiziki və hüquqi şəxslər tərəfindən məişətdə və müxtəlif istehsal sahələrində istifadə edilən təbii qazın, elektrik və istilik enerjisinin talanmasına qarşı mübarizənin hüquqi əsasları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.
...Babək rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Vüqar Hüseynov “Ətraf mühitin mühafizəsi sağlam həyatın başlıca amillərindəndir” mövzusunda çıxış edərək bildirib ki, insan sağlamlığında ətraf mühitin təmizliyi əsas amillərdəndir.

Ötən il 536,5 hektar sahədə yaşıllaşdırma işləri aparılıb

...Yaşıllaşdırma tədbirlərinin genişləndirilməsi üçün müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi davam etdirilib. Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarının inzibati ərazilərində yeni tingçilik təsərrüfatları yaradılıb.

2014-cü ilin yaz-payız əkini mövsümündə Naxçıvan şəhərinin və bütün rayonların inzibati ərazilərində yeni tingçilik təsərrüfatları yaradılıb, meşə fondu torpaqlarında, magistral avtomobil yollarının ətrafında, yarımsəhra və səhralaşmaya meyilli ərazilərdə 536,5 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilib. Bu zaman 440 min 700 ədəddən artıq tingdən istifadə edilib.

XS
SM
MD
LG