Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

İki yüzdən artıq əcnəbi Naxçıvandan çıxarılıb - «Şərq qapısı»ndan seçmələr


.

“Şərq qapısı” 20.02.2015

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Miqrasiya Xidməti 2014-cü ili uğurla başa vurub

...Həmçinin hesabat dövrü ərzində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız olan, qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirilib. 2014-cü il ərzində muxtar respublika ərazisində müvafiq qaydalara əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozan 344 əcnəbi aşkarlanıb. Aşkarlanmış əcnəbilərdən 114-ü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, cərimə-inzibati tənbeh növü tətbiq edilib, 208-i 48 saat müddətində, 22-si isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılıb. Ötən il əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı xidmətə, ümumilikdə, 16295 müraciət daxil olub. Həmin müraciətlərdən 12998-i şəxsən, 1767-si mehmanxana modulu altsistemi, 1530-u isə xidmətin e-mail ünvanı vasitələri ilə olub.

Əsas hədəf səmərəli məşğulluğun təmin edilməsidir

Əmək bazarı işləmək istəyən şəxslə mövcud iş yerləri arasındakı münasibətlər məkanıdır. Və buradakı proseslər mühüm dərəcədə informasiya mübadiləsinin təşkilindən asılıdır. Odur ki, işaxtaranların məlumatlandırılması məqsədilə ötən il ərzində Rabitə və Yeni Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən məşğulluq tədbirlərinin – peşə hazırlığı, haqqı­ödənilən ictimai işlər, vakansiyalar və işəgötürənlərin işçi qüvvəsinə olan tələbləri barədə məlumatların işaxtaranlara çatdırılması məqsədilə internet saytı hazırlanıb. Bu ilin 30 yanvarında işəgötürənlərin həvəsləndirilməsi məqsədilə “Ən fəal işəgötürən” nominasiyası üzrə keçirilmiş müsabiqə və qaliblərə verilən mükafatlar muxtar respublikada insanların işlə təmin olunmasında işəgötürənlərin fəallıqlarının artırılmasını təşviq məqsədi daşıyır.

Aparılan təhlillər onu deməyə əsas verir ki, 2014-cü il ərzində bu mühüm dövlət pro­qramının icrası ilə bağlı həyata keçirilən kompleks tədbirlər muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə əsaslı zəmin yaradıb.

XS
SM
MD
LG