Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:38

Hökumət manatı dollar və avroya nisbətən qiymətdən saldı


-

Azər Mehtiyev: "Bu, artıq biabırçılıqdır"

Fevralın 21-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 dolların rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Bu, manatın 33 faizdən çox qiymətdən salınmasıdır.

Bu haqda Mərkəzi Bankın yaydığı məlumatda deyilir.

Məlumatda o da deyilir ki, məqsəd milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etməkdir.

Mərkəzi Bankın məlumatında daha sonra bildirilir: “Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib”.

Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcəyini bəyan edir.​

APA xəbər verir ki, Azərbaycan Mərkəzi bankının fevralın 21-nə olan rəsmi məzənnəsinə əsasən, 1 avro 1,1950 manat səviyyəsində qərarlaşıb.

Azərbaycan valyutası ötən ilin sonunda rus rublu kəskin ucuzlaşandan sonra təzyiq altında idi.

Azər Mehdiyev
Azər Mehdiyev

Hökumət onun məzənnəsini saxlamaq üçün külli miqdarda dollar satmağa məcbur olmuşdu.

İqtisadçı Azər Mehtiyev Facebook səhifəsində Milli Bankına qərarına belə münasibət bildirib:

"Bu, artıq biabırçılıqdır. 2-3 gün əvvəl Mərkəzi Bankın rəhbəri bəyanat verərək əhalini inandırırdı ki, heç bir kəskin devalvasiya olmayacaq, ölkənin valyuta ehtiyatları kəskin devalvasiyaya getməməyə imkan verir, bu gün isə belə bir qərar verilir. Bu addım azca da olsa əhalidə qalan inam və etibara son zərbəni vurdu. Hətta bütün iqtisadçılar belə əhalini ajiotajdan çəkindirməyə, onların panikaya düşməməsinə çalışırdılar. Ortada ciddi bir izahat da yoxdur".

MANAT HAQDA ƏN SON XƏBƏRLƏRİ CANLI İZLƏ

XS
SM
MD
LG