Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:29

AzadlıqRadiosunun əməkdaşlarına təzyiqlər yenilənir


AzadlıqRadiosunun Bakı bürosu möhürlənib
AzadlıqRadiosunun Bakı bürosu möhürlənib

-

Qapalı keçirilən məhkəmə prosesində araşdırmaçı jurnalist Xədicə İsmayıl böhtanda ittiham olunaraq 2500 manat cərimələnib. Məhkəmə prosesinə nə jurnalistin ailə üzvləri, nə də jurnalistlər buraxılmayıb. Hazırda İsmayıl digər ittihamlarla həbsdədir.

Fevralın 23-də səhər saatlarında AzadlıqRadiosu Bakı bürosunun keçmiş rəhbəri Babək Bəkirovun Bakı aeroportunda təyyarəyə minməsinə icazə verilməyib. Ona bildirilib ki, prokurorluğun göstərişi ilə ölkədən çıxmasına qadağa qoyulub. Bəkirova öncədən belə bir qadağanı əsaslandıracaq hər hansı ittiham barədə informasiya verilməyib. 2014-cü ilin sentyabrında hakimiyyət İsmayılın ölkədən çıxmasını yasaqlamış, onun Vaşinqtonda ABŞ Helsinki Komissiyasının təşkil etdiyi dinləmədə iştirakının qarşısını almışdı.

Bundan başqa fevralın 23-də Azərbaycan xidmətinin keçmiş ştatdankənar əməkdaşlarından biri prokurorluqda dindirilməyə çağırılır. Həmin keçmiş əməkdaş təhlükəsizliyinə görə adının açıqlanmasını istəmir.

Ötən il dekabrın 26-da AzadlıqRadiosunun Bakı bürosu möhürlənəndən sonra Radionun 26 jurnalisti və ştatdankənar əməkdaşı dindirilib.

Həbsdə olan jurnalist Xədicə İsmayıl isə prezident İlham Əliyevin ailə üzvlərinin biznes fəaliyyəti barədə araşdırmaların müəllifidir. Fevralın 20-də Washington Post onun həbsxanadan məktubunu dərc edib. Jurnalistin həbsi beynəlxalq ictimaiyyət tərəfindən pislənib, ölkədə müstəqil fəalların susdurulması kampaniyasının bir hissəsi adlandırıb.


XS
SM
MD
LG