Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:24

Cəmil Həsənli: «Mənə görə qızımdan qisas alırlar»


Cəmil Həsənli
Cəmil Həsənli

-

Fevralın 22-də müxalifət liderlərindən olan, prezidentliyə keçmiş namizəd, professor Cəmil Həsənlinin qızı Günel Həsənli avtoqəza hadisəsi ilə bağlı 1 il 6 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. (Bu məntəqələrdə məhbuslar gündüzlər evlərinə buraxılırlar.)

Günel Həsənli ilə bağlı qərardan apelyasiya verildiyindən hələlik hökm icra olunmayıb.

Azərbaycanda bir neçə müxalifət partiyası və müxalifət yönümlü ictimai fəalların birləşdiyi Milli Şuraya rəhbərlik edən Cəmil Həsənli baş verənlərlə bağlı AzadlıqRadiosuna müsahibə verib:

Gözlə

No media source currently available

0:00 0:03:43 0:00
Direct-ə keçid

- Günel xanımın həbsini gözləyirdizmi?
- Yox, gözləmirdim. Çünki həbs üçün heç bir hüquqi əsas yox idi. Bu, bilavasitə siyasi mövqeyimlə, hakimiyyətə münasibətimlə bağlıdır. Hadisə baş verib və buna uyğun da qərar çıxarılmalı idi. Çıxarılan hökmün baş verən hadisəyə heç bir dəxli yoxdur. (Daxili İşlər Nazirliyi keçən il sentyabrın 19-da Günel Həsənlinin öz avtomobili ilə 86 yaşlı Ədilə Səlimovanı vurması haqqında xəbər yaymışdı - red.)

Burda süni şəkildə, saxtalaşdırma yolu ilə təkrar tibbi ekspertiza təşkil ediblər ki, Günelin işini ağırlaşdırsınlar. Halbuki hadisə baş verən günü Günel xəsarət alan şəxsi polis əməkdaşının vasitəsilə Respublika Klinik Xəstəxanasına aparıb, zərərçəkmiş Adilə Səlimova rentgendən keçirilib, mütəxəssislər baxıb və heç bir xəsarət izi aşkar etməyiblər. Ona hər hansı xəsarətə görə yox, duzlaşma ilə bağlı dərman yazıblar, Günel də bu dərmanı alıb. Məhkəmə heç bir araşdırma aparmadı, vəkilin vəsatətlərini təmin etmədi, istintaqın verdiyi ittihamı əsaslandırmağa çalışıb. Bütün bunlar da mənim siyasi fəaliyyətimə görə baş verib.

Günel Həsənli
Günel Həsənli

- Cəmil bəy, oxşar hadisələrdə hansı cəzasının verildiyini heç araşdırmısızmı?
- Nəinki oxşar hadisələrdə, son 5 ildə Bakıda baş verən onlarla avtoqəza ilə bağlı bilirəm ki, suçlu olanlar ya şərti cəza alıb, ya cərimə olunub, ya da sürücülük hüququ əlindən alınıb. Bu olayda xəsarət alan yoxdur, adam salamatdır, hadisə baş verən gündən özü hərəkət edir, olay günü Respublika Klinikasında müayinədən sonra həkimə müraciət etməyib, üstəgəl, Günelin himayəsində iki körpə uşağı var, qadındır və ilk dəfədir ki, məhkəmə qarşısına çıxarılır.

Bundan başqa, zərərçəkən kimi tanınan şəxs məhkəməyə yazılı və şifahi bildirib ki, heç bir şikayəti yoxdur. Belə olan halda bu hadisəyə görə belə ağır cəza təyini qərəzdən xəbər verir. Siyasi sifariş olduğu ortadadır.

Bu hadisənin cəriməsi 148 manat idi. Biz mübahisə edə bilərdik ki, bu cərimə azdır, çoxdur. Verilən cəzanın isə baş verən avtoqəzaya heç bir aidiyyəti yoxdur.

- Dəfələrlə vurğulayırsız ki, siyasi fəaliyyətinizə görə övladlarınız təqib olunur. Siyasi fəaliyyətiniz ucbatından zərbənin birbaşa sizə yox, qızınıza dəyməsinə görə hansı hissləri keçirirsiz?
- Hansı hissləri keçirirəm?.. Əlbəttə, heç kimə xoş olmaz ki.. Mənim qızım olması bir yana, bir qadına, heç bir siyasi mövqeyi olmayan bir şəxsə, iki uşaq anasına qarşı ədalətsizliyə, haqsızlığa yol verilir. Hər zaman digərlərinə münasibətdə ədalətin bərpa olunmasına çalışmışam, ola bilsin, bunun da ziyanını çəkirəm.

Müəyyən səbəblərdən məni həbs edə bilmirlər, balalarımdan qisas alırlar.

Özü də Azərbaycanda birinci dəfə deyil ki, belə hal baş verir. Ya atalara görə övladlarını, ya övladlara görə atalarını cəzalandırırlar. İndiki rejimin tez-tez istifadə etdiyi cəzalandırma üsullarından biridir.

- Qızınızın cəzalandırılması siyasi fəaliyyətinizi yumşaldacaqmı?
- Mən siyasi mülahizələrlə həbs olunmuş yüzdən artıq məhbusun hüquqlarını müdafiə komitəsinin rəhbəriyəm. Bu adamları müdafiəsiz qoymaq olmaz. Siyasi mövqeyim də dəyişməyəcək.

XS
SM
MD
LG