Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:02

Ermənistan Avropa Oyunlarına qatılır


Arxiv foto
Arxiv foto

-

Ermənistan bildirir ki, iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına qatılacaq.

Ermənistan Milli Olimpiya Komitəsi (ANOC) sədrinin sözçüsü Iveta Tonoyan-ın sözlərinə görə, qərar martın 10-da qurumun icraiyyə komitəsinin iclasında verilib.

Avropa Oyunları Olimpiyaya bənzər tədbirdir, ancaq yalnız Avropa ölkələri üçün nəzərdə tutulub.

Ermənistanlı idmançılar sambo, atıcılıq, cüdo, güləş, boks və taekvando idman növləri üzrə yarışacaq.

Bakı və Yerevan illərdir Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar aparır. 1990-cı illərin əvvəllərində Ermənistanın dəstəklədiyi separatçılar Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarını işğal edib. Münaqişədə 30 min nəfər həlak olub, yüz minlərlə adam evindən didərgin düşüb.

XS
SM
MD
LG