Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:23
Milli Şuranın 15 mart mitinqi
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Milli Şuranın 15 mart mitinqi

Milli Şuranın 15 mart mitinqi (video)

Müxalifət partiyalarının Milli Şurası martın 15-də Bakıda etiraz aksiyası keçirir.

"Talana son” şüarı ilə keçirilən mitinqdə Milli Bankın elan etdiyi devalvasiya, manatın 33 faiz dəyərdən düşməsi və bunun insanların yaşayışına mənfi təsirinə etiraz bildirmək üçün çağlırlır.

AzadlıqRadiosu 15 mart mitinqini izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

111
173
16:43 15.3.2015

Aksiya davam edir- [foto]

16:50 15.3.2015

«KORRUPSİYANIN BAŞINDA İLHAM ƏLİYEV ÖZÜ DAYANIR»

Cəmil Həsənli (Azadlıq qəzeti)
Cəmil Həsənli (Azadlıq qəzeti)

Cəmil Həsənli çıxışında bildirib ki, etirazçıların bu meydana gəlməsinin qarşısını almaq üçün hakimiyyət çox iyrənc əməllərə əl atıblar, hətta profil oğurluğuna kimi müxtəlif manevrlər edilib:

«Mayası oğurluqla qurtulmuş hakimiyyətdən bundan artıq nə gözləmək olar. Onlar hakimiyyəti oğurlayıb, xalqın azadlığını, sərvətini oğurlayıb, indi də profil oğurlamağa keçib. Oğurluğu bu ölkədə ənənəyə çevirənlərə ar osun».

Cəmil Həsənli bildirib ki, bu xalq indi yox, artıq 20 ildir ki böhran içindədir:

«Hesabat vermək zamanı gəlib. Nə zamana qədər ki, bu millət öz iradəsini ortaya qoyub bu oğru hakimiyyətə «yox» deməyəcək, Azərbaycan xalqı bu zülmdən qurtula bilməyəcək. Heç bir zalım rejim əbədi deyil və bir gün xalq bu rejim üzərində qələbəsini qeyd edəcək».

Cəmil Həsənli korrupsiyadan, bazarlardakı qiymətlərdən də danışıb:

«Koorrupsiyaya qarşı 10-a yaxın idarə, komitə yaradılıb. Nə dəyişib? Heç nə. Çünki korrupsiya şəbəkəsinin başında şəxsən İlham Əliyev özü dayanır. Bazarlarda, dükanlarda qiymət od tutub yanır».

Qiymətləri qonşu İran və Rusiya ilə müqayisə edərək birlirib ki, bu ölkərə iqtisadiyyat deyən bir şey yoxdur, qiymətləri monopolistlər müəyyən edir.

«BANK SİSTEMİNİN BAŞINDA DA HAKİM AİLƏ DAYANIR»

2 milyon 200 min vətəndaşın kredit əsarətində olduğunu deyən Cəmil Həsənli vurğulayıb ki, bank sisteminin başında da hakim ailə dayanır.

Milli Şura sədri qeyd edib ki, hazırda ölkədə sahibkarlara qarşı da böyük bir soyğunçuluq baş verir. Onlar qanuni vergini, rüşvəti ödəsələr də, hakim dairələr bununla da qane olmurlar:

«Gəlib müəssisənin başına çöküb əlavə ödənişlər istənilir. Səbəb də odur ki, ölkəmiz Avropa Oyunları keçirir. Millətin fəlakəti üzərində özünü təbliğ edənlərə ar olsun».

Cəmil Həsənli çıxışında növbəti mitinqdən də danışıb.

16:58 15.3.2015

Mitinq başa çatdı, qətnamədə tələb olunanlar

Mitinqin qətnaməsində hökumətdən tələb edilir ki, manatın ucuzlaşması nəticəsində xalqa dəymiş ziyan kompensasiya edilsin, əmək haqları artırılsın, sahibkarlardan toplanan qeyri- qanuni ödənişlər ləğv olunsun, gömrükdə rüşvət yığışdırılsın, Avropa Birliyi ilə assosiasiya sazişi imzalansın.

Dövlət himninin sədaları altında mitinq yekunlaşdırılıb.

18:07 15.3.2015

SİYAVUŞ NOVRUZOV MİTİNQ HAQDA...

Siyavuş Novruzov
Siyavuş Novruzov

«Xaricdən qrant alan insanlar Azərbaycan vətəndaşının rifahından nə danışa bilərlər?»

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini deputat Siyavuş Novruzov Milli Şuranın martın 15-də keçirilən mitinqinə münasibət bildirərkən deyib.

S. Novruzov mitinqi şou adlandırıb:

«Milli Şura mahiyyətsiz, mənasız bir qurumdur. Bugünkü mitinq də bir şou, Əli Kərimlinin konsert proqramı idi. Milli Şurada olanlar korrupsiya ilə məşğuldur. Ümumiyyətlə, xaricdən qrant alan, ölkənin əleyhinə iş aparan bu insanlar Azərbaycan vətəndaşının rifahından nə danışa bilərlər?»

Davamı

XS
SM
MD
LG