Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:32

Azad Rəhimov Avropa Oyunları haqda hansı suallara cavab vermədi


Azad Rəhimov
Azad Rəhimov

-

2015-ci ilin iyununda Bakıda Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərinin tikintisinə 1 milyard manata yaxın vəsait xərclənib.

Turan-ın məlumatına görə, bu barədə jurnalistlərə aprelin 3-də Türkiyədə səfərdə olan gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun dediyinə görə, Avropa Oyunlarının büdcəsi üç hissədən ibarətdir: oyunların özünə, idman obyektlərinin tikintisinə və şəhərin infrastrukturunun yaxşılaşdırılmasına ayrılan xərclər.

O, əməliyyat xərclərinin ümumi məbləğinin 960 mln. 150 min manat təşkil etdiyini deyir. Nazirin sözlərincə, büdcənin təxminən 60%-i artıq xərclənib.

«Olimpiya futbol stadionu 500 mln. manata başa gəlib. İdman Oyunları Sarayı 200 mln. manatdan çox, atıcılıq mərkəzi 110 mln., Heydər Əliyev adına İdman Kompleksi və Bulvar Arena birlikdə təxminən 50 mln. manata, Avropa Parkı 100 mln. manatdan az», - nazir bildirib.

Azad Rəhimov Avropa Oyunlarına qatılacaq bütün milli komandaların səfər və Bakıda qalma xərclərinin Azərbaycana neçəyə başa gələcəyini isə deməyib. O, həmçinin hökumətin iqtisadi böhran, neft qiymətlərinin düşməsi və s. dövründə bu çoxmilyonluq xərclərə niyə getdiyini açıqlamayıb.

Bakıda Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Bu Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6 min idmançının iştirakı gözlənir. Yarışlar Bakı və Mingəçevirdə 21 stadionda və obyektdə keçiriləcək.

«Olimpiya kəndi» 7 min 300 nəfər üçün nəzərdə tutulub. ​

XS
SM
MD
LG