Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:02

Həbsdə olan işadamı: "İndi evi sizə Korrupsiya İdarəsi versin"


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

"Gül kimi iş gedirdi, Korrupsiya İdarəsi gəlib dayandırdı. İndi gedin evinizi o idarədən tələb edin, binanı tikib təhvil versin”.

Bunu aprelin 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan sahibi Abdulla Abdullayev deyib.

Məhkəmə iclasında zərərçəkmişlər dindirilib. Onlar Abdulla Abdullayevin sahibi olduğu "Xudafərin" MMC-dən mənzil aldıqlarını, laz\kın bina tam tikilib başa çatmadığına görə ora köçə bilmədiklərini bildirdilər.

Zərərçəkən Leyla Ağayeva “Xudafərin” MMC-dən 13 il əvvəl ev aldığını, lakin bina tam təhvil verilmədiyi üçün köçə bilmədiyini dedi:

"Müqaviləni nə Abdulla Abdullayevlə, nə də bu biri təqsirləndirilənlə bağlamamışam, başqa adamla bağlamışam. O adamı burada görmürəm. Bu adamlardansa heç bir şikayətim yoxdur".

Zərərçəkən Vüqar Səfərov da şikayətçi olmadığını dedi.

"Binadan iki ev almışam, ancaq hələ təmir etdirməmişəm. Maddi imkanım yoxdur. Bu adamları tanımıram və şikayətçi deyiləm".

Zərərçəkən Abdulla Dəmirov 2003 -cü ildə “Xudafərin” MMC-dən ev aldığını, bina tam tikilməsə də onu qane etdiyini vurğuladı: “Heç bir şikayətim yoxdur”.

Zərərçəkənlər müqaviləni A.Abdullayevlə deyil, “Xudafərin” MMC ilə bağladıqlarını dedilər.

Zərərçəkmiş Əbülfəz Abdullayev də şikayətinin olmadığını desə də vəkillərin sualına cavab olaraq bildirdi ki, binanın gec təhvil verilməsi ilə bağlı bir il öncə Korrupsiya İdarəsinə ərizə ilə müraciət edib.

A.Abdullayev zərərçəkənə bildirdi ki, binanın gecikməsinə səbəb şikayətçilərin özləri və Baş Prokurorluqdur:

“Sizin şikayətinizə görə Baş Prokurorluq 3 dəfə tikintini dayandırıb, binaya həbs qoyub. Gül kimi iş gedirdi, Korrupsiya İdarəsi yenə gəlib dayandırdı. İndi gedin evinizi o idarədən tələb edin, binanı tikib təhvil versin”.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Ona qarşı Cinayət Məcəlləsinin mənimsəmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittihamlar irəli sürülüb.

İşadamı ittihamları qəbul etmir və həbsini sifarişli hesab edir.

XS
SM
MD
LG