Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

Türkiyə Vatikandakı səfirini geri çağırdı


Flag of Turkey
Flag of Turkey

Türkiyə Roma papası Francis-in ermənilərin 1915-ci il qətliamını 20-ci əsrin “ilk soyqırımı” adlandırmasına etiraz olaraq Vatikandakı səfirini geri çağırıb.

Türkiyə Roma papası Francis-in ermənilərin 1915-ci il qətliamını 20-ci əsrin “ilk soyqırımı” adlandırmasına etiraz olaraq Vatikandakı səfirini geri çağırıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirir ki, səfir Mehmet Pacaci bazar günü “məsləhətləşmələr” üçün Ankaraya çağırılıb.

Bundan əvvəl Vatikanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmiş və ona Ankaranın notası verilmişdi.

Nazirlik bildirib ki, Papanın bəyanatı türk xalqı üçün heç bir məna daşımır və tamamilə əsassızdır.

Ankaranın bəyanatında bildirilir ki, Papanın bəyanatı bütün aspektlərdə ziddiyyətlidir, xürafata əsaslanır və həqiqəti təhrif edir.

Rəsmi bəyanatda deyilir ki, Türkiyə Birinci Dünya Müharibəsi illərində erməni ölümlərini etiraf edir, lakin bunun “soyqırım” adlandırılması və qurbanların guya 1, 5 milyon nəfər olması iddiası ilə razı deyil.

“Üstəlik bu hadisələr zamanı yüz minlərlə türkün qətliam edilməsi üzərindən sükutla keçilməsi yolverilməzdir” – deyilir bəyanatda.

XS
SM
MD
LG