Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:05

Baş Prokurorluq 4 ildə əməkdaşlarının geyiminə 679 min manatdan çox pul xərcləyib


Arxiv fotosu: Baş Prokuror Zakir Qaralov Anti-Korrupsiya Mərkəzinin binasının açılışında prezident İlham Əliyevə məlumat verir. 3 sentyabr 2013
Arxiv fotosu: Baş Prokuror Zakir Qaralov Anti-Korrupsiya Mərkəzinin binasının açılışında prezident İlham Əliyevə məlumat verir. 3 sentyabr 2013

.


Baş Prokurorluq ötən 4 ildə azı 16,5 milyon manatlıq tender keçirib. Məsələn, 4 ildə prokurorluq əməkdaşlarının geyiminə 679 min 205 manat, kreslo almağa 36 min manat xərcləyib.

Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-2014-cü illər üzrə keçirilmiş tenderlərin qeydiyyatı haqda sənəddə göstərilib ki, Prokurorluq bu müddətdə təxminən 90 iş üzrə tender bağlayıb.

Illər üzrə xərclər aşağıdakı kimidir:

2011
PROKURORLARIN GEYİMİNƏ 89 MİN MANAT...

Baş prokurorluq 2011-ci ildə 2 milyon 383 min 237 manatlıq tender müqaviləsi bağlayıb. Bunun 791 min 149 manatı Samux, 719 min 806 manatı Quba rayon prokurorluğunun inzibati binalarının tikintisinə xərclənib.

Komputer və surətçıxaran aparatlar köməkçi materiallar, komputer texnikası, təsərrüfat malları, dəftərxana ləvazimatları, ofis və mebellərin alınmasına 606 min 890 manat ayrılıb.

2011-ci ildə Prokurorluq əməkdaşlarına geyim almağa 89 min 405 manat, tikinti materiallarına 168 min 987 manat xərcləyib.

2012
ƏN ÇOX PUL TİKİNTİYƏ GEDİB

Prokurorluq 2012-ci ildə 16 tender müqaviləsi bağlayıb. Ötən 4 ildə ən çox vəsait elə həmin il xərcləyib – 8,5 milyon manat. Bu vəsaitin böyük hissəsi – 6 milyon 125 min 863 manatı müxtəlif rayonlar üzrə prokurorluq binalarının tikinti və təmirinə ayrılıb:

  • Yasamal rayon Prokurorluğunun inzibati binasının tikintisinə - 1 milyon 591 min 614 manat
  • Sabunçu rayon Prokurorluğunun inzibati binasının tikintisinə - 1 milyon 823 min 808 manat
  • Gəncə şəhər Prokurorluğunun inzibati binasının tikintisinin layihəndirilməsinə - 160 min manta
  • Ağdaş rayon Prokurorluğunun inzibati binasının təmirinə - 168 min 141 manat
  • Zaqatala rayon Prokurorluğunun inzibati binasının təmirinə - 144 min 621 manat
  • Zaqatala rayon hərbi prokurorluğunun inzibati binasının tikintisinə - 1 milyon 248 min manat
  • Baş Prokurorluğun inzibati binasının fasadının təmirinə - 989 min 679 manat

Baş Prokurorluğun inzibati binalarında istimə və soyutma sisteminin yenindən qurulması 782 min 613 manata başa gəlib.

2012-ci ildə Baş Prokurorluq tikinti materiallarıma 143 min 340, təsərrüfat mallarına 96 min 436, dəftərxana ləvazimatlarına 149 min 300 manat xərləyib.

Həmçinin Arizona LTD-dən 183 min 400 manat geyim forması alınıb.

Bu il eyni zamanda komputer texnikası, server və proqram təminatlarının alınması üzrə 627 min 690 manatlıq tender müqaviləsi bağlayıb. M-Line MMC-dən 182 min 469 manatlıq ofis və kabinet mebelləri alınıb.

2012-ci ildə prokurorluq orqanlarında daxili sənəd dövriyyəsinin təmin edəcək daxili şəbəkənin çəkilişinə 215 min manat xərclənib.

2013
DAHA 6 PROKURORLUQ BİNASI TƏMİR VƏ BƏRPA EDİLİB

Satınalmalar üzrə Dövlət Agentliyində Baş Prokurorluq 2013-cü üzrə 6 tender müqaviləsi qeydə alınıb. Bunlardan 4-ü Salyan, Lənkəran, Cəlilabad və Sumqayıt rayon prokurorluq binalarının tikintisi üzrə layihə sənədlərinin hazırlanması ilə bağlı olub.

Layihə-smeta sənədlərinin hazırlanmasına 485 min 200 manat xərclənib. Xızı və Bakının Səbail rayon binalarının tikintisinə 2 milyon 668 min 570 manat ayrılıb.

2014
YENƏ TİKİNTİ MATERİALLARI...

Prokurorluq ən çox iş üzrə tenderi 2014-cü ildə keçirib. Həmin il prokurorluq təkcə tikinti materiallarına 0,5 milyon manat xərclənib. Digər tenderlərin bəziləri aşağıdakılardır:

  • 2014-cü ildə Baş Prokurorluq 160 min 196 manatlıq ofis və kabinet mebelləri alıb.
  • Kaperskiy Anti-virusunun alınmasına – 36 min 178 manat
  • Turinket və videomüşahidə kameralarının alınmasına 49 min 560 manat
  • Tərcümə avadanlığı alınmasına – 25 min 500 manat
  • 2014-cü ildəBaş prokurorluq ümumilikdə 2 milyon 383 min 828 manatlıq tender keçirib.
XS
SM
MD
LG