Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:56

AzadlıqRadiosu Bakıdakı ofisindən çıxarılır


AzadlıqRadiosunun möhürlü qapısı
AzadlıqRadiosunun möhürlü qapısı

-

Mayın 6-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsinin müstəntiqi Sənan Paşayev AzadlıqRadiosunun Bakı bürosunun qapısına vurulan möhürü açıb.

Təhvil-təslimdə AzadlıqRadiosunun Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli iştirak edib.

Prokurorluq əməkdaşları ötən il dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisində axtarış aparıb, elə həmin gün də ofisi möhürləmişdilər.

AzadlıqRadiosunun Bakı bürosu son 10 ilə yaxın müddətdə C.Cabbarlı, 44 ünvanında – «Caspian Plaza»da yerləşirdi.

«Caspian Plaza»nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini bildirib və ofisdən əşyaların çıxarılmasını xahiş edib.

Ötən il dekabrın 26-da Baş Prokurorluğun əməkdaşları AzadlıqRadiosunun Bakı bürosunda axtarış aparıb, yekunda da əməkdaşları ofisdən çıxarıb, büronun vacib sənədlərini və kompyuterlərini götürmüşdü. Həmin axtarış zamanı götürülən sənəd, avadanlıq və radionun rəsmi möhürü hələ ki qaytarılmayıb.

Respublika Prokurorluğu büronun fəaliyyətində hansısa maliyyə pozuntularına dair istintaq apardığını bildirir.

AzadlıqRadiosu bəyan edib ki, bu ittihamların heç bir əsası yoxdur.

Azad Avropa və Azadlıq Radioları Korporasiyasının baş redaktoru Nenad Pejic bildirib ki, radionun Azərbaycandakı fəaliyyəti, yayımı qanunidir, bununla bağlı dövlət orqanları tərəfindən verilmiş sənədlər var, radionun vergi, maliyyə sənədləri qaydasındadır, hüquq mühafizə orqanları bunu ört-basdır etməyə çalışırlar:

“Bütün ittihamlar ləğv edilməli və Xədicə dərhal azad edilməlidir.”

Radionun Bakıdakı ofisdən çıxarılmasından bir qədər əvvəl də onun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs edilib. Xədicə İsmayıl Azərbaycan prezidenti və onun ailə üzvlərinin adı hallanana qalmaqallı korrupsiya araşdırmalarının müəllifidir.

XS
SM
MD
LG