Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:28

Nazir Bakı-2015-in açılış xərcini açıqladı


Azad Rəhimov
Azad Rəhimov

-

Birinci Avropa Oyunlarının açılış mərasiminə 100 milyon manatdan artıq xərc çəkilib.

Bunu gənclər və idman naziri Azad Rəhimov iyunun 13-də keçirilən mətbuat konfransında deyib.

Qafqazinfo xəbər verir ki, nazir dəqiq rəqəmin oyunlar bitdikdən sonra açıqlanacağını bildirib.

Nazir həmçinin deyib ki, beş minə yaxın jurnalist akkreditasiyadan keçib: «Hansısa jurnalistin akkreditasiya müraciəti ölkənin qaydalarına görə cavablanır. Ölkənin işğal olunmuş ərazilərinə səfər edənlərin akkreditasiyası qəbul edilmədi. Digər qaydaları pozanlar da vardı. Jurnalistlərin akkreditasiyasına təkcə Əməliyyat Komitəsi qərar vermirdi».

Azad Rəhimov onu da əlavə edib ki, Avropanın yüksəkrütbəli məmurları açılış mərasiminə qatılıb: «Avropa ölkələri liderlərinin mərasimə qatılmamasının oyunlara mənfi təsir etdiyini yazırlar. Amma İsveçrə, Böyük Britaniya, İtaliya və digər ölkələr baş nazir və xarici işlər naziri səviyyəsində mərasimə qatılıblar».

Müstəqil ekspertlər hesab edirlər ki, birinci Avropa Oyunlarının keçirilməsinə 6-8 milyard dollar xərclənib. Rəsmilər bu rəqəmin şişirdildiyini, Oyunlara 1 mlrd. manatdan bir qədər çox vəsait xərcləndiyini bildirirlər.

XS
SM
MD
LG