Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:19

Shirin Ebadi Xədicə İsmayılı dəstəkləyir


Shirin Ebadi
Shirin Ebadi

​“Söz azadlığı demokratiyaya doğru ilk addımdır. Bir ölkə özünü necə demokratik adlandıra və hələ də jurnalistləri həbs edə bilər?”

-

Nobel Sülh Mükafatı laureatı Shirin Ebadi həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıla dəstəyini bildirib. O, Xədicənin apardığı mübarizənin nə vaxtsa bəhrə verəcəyini bildirib. Ebadi-nin yazdıqlarını facebook sosial şəbəkəsində azərbaycanlı hüquq müdafiəçisi və jurnalist, hazırda Norveçdə yaşayan İlqar Nəsibov paylaşıb.

Shirin Ebadi deyib:

“Əziz dostum Xədicə İsmayıl,

Mən Bergen şəhərindəyəm. Bu şəhərin adı insan haqları və söz azadlığını yada salır. Bu günlər burada islam ölkələrində qadın hüquqlarına dair seminar

keçirilir, müxtəlif ölkələrdən iştirakçılar var. Dostum və sizin sevimli həmkarınız Məlahət (jurnalist Məlahət Nəsibovanı nəzərdə tutur- red.) da buradadır. Köhnə dostumu burada görməkdən çox məmnunam. Bir müddət əvvəl aldığım email vasitəsilə Azərbaycanda üzləşdiyiniz çətinliklər barədə eşitdim, həbsinizə etiraz etdim. Bu səfər zamanı Məlahət mənə fəaliyyətinizin təfərrüatları, söz azadlığı olmadığı üçün 10 jurnalist və bloqqerin həbsi barədə danışdı.

Əziz dostum:

Söz azadlığı demokratiyaya doğru ilk addımdır. Bir ölkə özünü necə demokratik adlandıra və hələ də jurnalistləri həbs edə bilər? Norveç kimi ölkədə sosial ədalətsizlik barədə danışmaq, korrupsiya ilə, şəffaf seçkilər uğrunda mübarizə, ayrı-seçkiliyin istənilən formasına işıq salmaq çox asandır. Ancaq bəzi ölkələrdə bu məsələlərdən danışan şəxsin həyatı və ya azadlığına təhlükə yarana bilər.

Əmin olun ki, bu gün əkdiyiniz toxum sabah böyük bir ağaca çevriləcək

Cəsarətinizə heyranam. Ədalətsizlikdən danışarkən həyatınızı və azadlığınızı təhlükəyə atmaqdan qorxmadınız. Əmin olun ki, bu gün əkdiyiniz toxum sabah böyük bir ağaca çevriləcək. Başlatdığınız yolu həmkarlarınız davam etdirəcək. Sizi azad görəcəyim günü səbirsizliklə gözləyirəm.

Xədicə İsmayıl dekabrın 5-də, başqasını intihar həddinə çatdırmaq ittihamıyla həbs olunub. İntihar həddinə çatdırıldığı deyilən şəxs sonradan ittihamını geri götürsə də, Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb. Jurnalist vergidən yayınmaqda, qanunsuz biznes fəaliyyətində və səlahiyyətindən sui-istifadədə ittiham olunub.

X.İsmayıl ittihamları rədd edir. O, həbsini prezident İlham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.

Xədicə 2015-ci il «PEN/Barbara Goldsmith» mükafatının laureatıdır. O, həbsdə olduğu müddətdə bir neçə beynəlxalq mükafata layiq görülüb.

XS
SM
MD
LG