Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:31

Biri vurub, o biri cəzalanıb?..


Arxiv fotosu
Arxiv fotosu

-

"Ötən il aprelin 22-də Yasamal rayonu ərazisində şəxsi avtomobilimlə hərəkət edərkən arxadan yüksək sürətlə gələn "Prado" markalı, 10- NH-900 nömrəli maşın mənim maşınımı vurdu. Həmin vaxt bacım da yanımdaydı. İkimiz də ağır xəsarətlər aldıq. Bacımın ayaqları sındı, mənsə 2 ay komada qaldım".

Başına gələn avtomobil qəzasından "Qaynar xətt"üə danışan Bakı sakini Aydın Qırxlarov deyir, canlarından çəkdikləri bir tərəfə, istintaq orqanı və məhkəmə onların bu vəziyyətə düşməsinin əsl səbəbkarını gizlədib.

"MƏNİ ŞİKƏST EDƏN CƏZADAN KƏNARDA QALDI"

"Hadisəni törədən qaldı kənarda, başqasını həbs etdilər. Qəza vaxtı maşında olan şəxs polis əməkdaşı olub. Polis kapitanı rütbəsində idi. Mən maşınında polis formasını da gördüm. Özüm də polis əməkdaşı olmuşam. Bu hadisədən sonra məni yararsız kimi işdən çıxartdılar. Həmin vaxt komaya düşdüm, 2 aya yaxın komada qaldım. Vəziyyətimdən istifadə edib, cinayətin izini itirmək üçün onun adını ortadan çıxartdılar. Yerinə başqasını məsuliyyətə cəlb etdilər. İş məhkəməyə gələndə təəccübdən donub qaldım. Təqsirləndirilən şəxs tamam başqası idi - Talıbov Miryusif Fazil oğlu. Halbuki, onun bu işlərlə heç bir əlaqəsi yox idi.

Miryusif Talıbov da məhkəmədə özünü təqsirsiz bilib. Ancaq onun ifadəsi hakim tərəfindən qəbul edilməyib.

Şikayətçi davam edir:

"Bildirdim ki, məni vuran başqa olub. Bu adamı ilk dəfə görürəm. Açın buraxın, əsl cinayətkarı mühakimə edin. Hakim üstümə acıqlandı. Mənə danışmağa imkan vermirdi. Sanki zərəri çəkən mən deyildim. Mənimlə təqsirləndirilən şəxs kimi davranırdı. Mən zərərçəkmiş ola-ola verdiyim ifadəyə məhəl qoyan da olmadı".

İTTİHAMLA BARIŞMADI, ÜRƏYİ PARTLADI

Aydın Qırxlarov deyir, Miryusif Talıbov cəza alandan sonra dünyasını dəyişib:

"Ürəyi haqsızlıqlara dözmədi. Adam son günəcən dedi ki, açın, buraxın məni. Mənim bu işlərlə heç bir əlaqəm yoxdur. Bir gün də eşitdik ki, ürəyi partlayıb. Maddi imkanım yol versəydi, məhkəmə başlayanda ona vəkil də tutardım. Heyf..."

Aydın Qırxlarov Yasamal məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

"Mən II qrup əliləm. Amma indiyə kimi heç bir pensiya və kömək almamışam. Komada olduğum müddətdə də mənə heç bir yardım göstərilməyib. Hamısı öz hesabımıza olub. Ümumi olaraq, müalicəm və maşınımın təmiri üçün 90 min manat xərcim çıxıb. Bunun üçün uzun illərdir ki, ev almaq üçün yığdığım pulları xərcləmişəm. İstəyirəm ki, məni vuran şəxs istintaqa cəlb edilsin. Bu gün əmək qabiliyyətimi itirmişəm. İşsizəm. Mənə dəymiş ziyan ödənilsin".

Yasamal rayon Məhkəməsindən bildiriblər ki, hökm dövlətin adından çıxarılır və müzakirə olunmur. Məlum məhkəmə işi ilə bağlı hökmdənsə narazı qalan tərəf apellyasiya şikayəti verib və təmin olunmayıb. Narazı tərəfin daha yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququ var.

XS
SM
MD
LG