Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:26

Avtobus sürücülərinin ötüşməyə çıxması azala bilər


-

Kamran Əliyev deyir ki, sərxoş halda avtomobil sürmə və sürət həddinin aşılması heç də qəzaların əsas səbəbi deyil.

İndi əsas səbəb ötmə və ya başqasının yoluna keçmədir...

Hər il yüzlərlə can alan yol qəzaları

İyunun 23-də Bakıda baş vermiş yol qəzasında Avropa Oyunlarının mərasim tədbirlərinin təşkili işində çalışan Britaniya vətəndaşı həlak olub, daha iki britaniyalı xəstəxanaya yerləşdirilib.

Bundan 12 gün öncə isə başqa bir qəzada - «Atletlər kəndi»ndə avtobusun üç avstriyalı üzgüçünü vurması nəticəsində 15 yaşlı Vanessa Sahinovic onurğasından ciddi xəsarət almışdı. Həkimlər onun hələ də 2-3 həftə xəstəxanada yatacağını deyirlər.

Az qala hər gün mətbuatda Azərbaycan yollarında ölümlə bitən qəzalardan xəbərlər yer alır.

“Qohumum 17 yaşında idi, bu ilin mayında, son zəng günü məktəb yoldaşları ilə gəzməyə gedəcəkmiş. Qaça-qaça yolun o tayına keçib ki, kontur alıb qayıtsın. Maşın vurub, 1 həftə komada qaldı, ayılmadı”, - Bakı sakini Nazilə Əliyeva göz yaşını saxlaya bilmir.

“Bakıda maşın sürməyə qorxuram”

ABŞ-da yaşayan azərbaycanlı Nüşabə Şəmsi deyir ki, o, sürücülüyü orda öyrənib və sürücülük vəsiqəsi alıb: “Amerikada, xüsusilə kiçik şəhərlərdə şəxsi maşın olmadan hərəkət etmək çətindir. Mən də öyrəndim və artıq bir neçə ildir ki, maşın sürürəm. Amma Bakıda qohumlar deyəndi ki, “al, burda olanda maşınımızı sür, yollarda əziyyət çəkmə”, qorxuram. Burda çox pis sürürlər, yol qaydalarına əməl etmirlər”. Nüşabənin qardaşı Nadir onun sözünə qüvvət verir: “Biz Bakıda maşın sürmürük ki. Sanki sirkdəyik, tryük göstəririk”.

Statistikada quru rəqəm...

2013-cü ildə yol qəzalarında 1164 nəfər həlak olub, 3 minə yaxın adam yaralanıb. 2014-cü ildə isə 1124 nəfər həlak olub, 2600-dən çox adam yaralanıb. Ötən il yanvarın 1-dən iyul ayının 1-dək təkcə Bakıda baş verən yol qəzalarında 139 nəfər həlak olub, 438 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Müvafiq qanunlar lazımdır”

Eyyub Hüseynov
Eyyub Hüseynov

“Azərbaycanda nəqliyyatın hərəkətinə baxanda adamı heyrət bürüyür ki, bu, necə maşın sürməkdir?”, - Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzadlıqRadiosuna müsahibəsində deyir. Onun sözlərinə görə, təşkilatda yol-nəqliyyat hadisələrinin təhlili ilə bağlı yaradılan komissiya bu nəticəyə gəlib ki, hələ də ölkədə sürücü-piyada mədəniyyəti, ictimai nəqliyyatda sürücü məsuliyyəti problem olaraq qalır:

“Hələ 4 il əvvəl sərnişinlərin məcburi sığortalanması haqda qanun layihəsi müzakirə edilirdi. Qanunda hətta nəzərdə tutulurdu ki, sərnişin dayanacaqda dayanarsa, yaxud avtobusda olarsa, avtomatik sığortalanmış sayılsın. Hər hansı baş verən yol-nəqliyyat qəzası nəticəsində xəsarət alarsa, qarşı tərəf ona kompensasiya ödəsin. Təəssüf ki, belə bir qanun qəbul olunmadı”.

“Pul qazanmaq üçün necə gəldi sürürlər”

Eyyub Hüseynov deyir ki, hökumət qəzaların sayını azaltmaq yollarını bilir:

“Bu cür qanunların olmaması nəqliyyatı acınacaqlı vəziyyətə gətirib çıxarıb. Üstəlik, ictimai nəqliyyat özəlləşdirilib. Bu sahədə müstəqil sahibkarları sıradan çıxarmaq üçün onları bahalı avtobus almağa məcbur etdilər. Kiçik sahibkarlar buna dözə bilmədi və ictimai nəqliyyat oliqarxların əlinə keçdi.

Sürücülər pul qazanmaq üçün hardan gəldi, necə gəldi sürürlər və xeyli təhlükə törədirlər. İctimai nəqliyyat normal işləsə, adamlar məsələn Kanadadakı kimi gündəlik həyatlarında şəxsi maşınlarından imtina edib ictimai nəqliyyata üstünlük verərlər. Bir də nə qədər ki ictimai nəqliyyatda istehlakçı hüququnu qoruyan qanunlar qəbul olunmayıb, yollarda təhlükə azalmayacaq”.

Müsahibimiz ümid edir ki, ictimai nəqliyyatda “vahid kart”a keçiləndən sonra avtobus sürücüləri arasında “müştəri ovu yarışması” keçirilməyəcək və bu da şəhərdaxili yol qəzalarının sayını azaldacaq.

“76 ölüm az olub”

Kamran Əliyev
Kamran Əliyev

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, ötən ilin ilk 5 ayının nəticələri ilə müqayisədə bu il analoji dövrdə yol nəqliyyat hadisələrində ölüm halları azalıb: “76 ölüm az olub. Bu nəticə göstərir ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün göstərdiyimiz fəaliyyət qənaətbəxşdir. 76 ölümün azalması kiçik rəqəm deyil”.

Kamran Əliyev deyir ki, yol qəzalarınıda, sərxoş halda avtomobil sürmə və sürət həddinin aşılması heç də əsas səbəblər deyil.

İndi əsas səbəb ötmə və ya başqasının yoluna keçmədir: “Ölkənin avtomobil yollarında, paytaxt küçələrində yolun ikitərəfli olması, araların kəsilməsi toqquşmaların qarşısını xeyli alsa da, paytaxtın bəzi küçələrində bu işlərin aparılması, yolların metal konstruksiya ilə ayrılması işi davam edir”.

Kamran Əliyev yol qəzalarında piyadaların da həlak olması faizinin yüksək olduğunu vurğulayır və hesab edir ki, yol qəzalarının qarşısının alınması təkcə yol polisindən yox, həm də ictimaiyyətin aktivliyindən asılıdır.

XS
SM
MD
LG