Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:26

Nazir: «Sentyabrın 15-dək vaxtımız var»


Azad Rəhimov
Azad Rəhimov

-

«Böyük idman tədbirlərinin keçirilməsi özlüyündə olimpiya oyunlarına aparan yoldur».

apa-nın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir xatırladıb ki, Azərbaycan 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarına iddia edib:

«Avropa Oyunları da ölkəmizin hazırlığını göstərmək üçün yaxşı fürsətdir. Bildiyiniz kimi, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəyik. Azərbaycanda «Formula 1» yarışı da keçiriləcək. İslam Həmrəylik Oyunları, 2020 Futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkənin müxtəlif sahələr üzrə hazırlığı nümayiş etdirməsi üçün yaxşı fürsətdir».

O, qeyd edib ki, Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə bağlı da məsələ var, yekun qərarı dövlət başçısı verəcək:

«Sentyabrın 15-dək vaxtımız var ki, vəziyyəti dəyərləndirək. Bundan sonra qərar veriləcək, hələlik qərar yoxdur».

XS
SM
MD
LG