Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:28

Nazirdən devalvasiya etirafı


Samir Şərifov
Samir Şərifov

-

Fevral devalvasiyası bank sisteminə və Azərbaycanın maliyyə sektoruna mənfi təsir edib.

Turan-ın məlumatına görə, bunu iyulun 2-də Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Onun dediyinə görə, sığortaya nəzarət yaradılmalıdır, ona görə sığorta bazarında vasitəçilərin fəaliyyətinin tənzimlənməsi üçün daha dəqiq qaydalar və reqlament yaradılacaq.

«Əksər hallarda sığorta şirkətlərinin yaxşı fəaliyyəti sığorta vasitəçilərinin fəaliyyəti ilə korlanır və nüfuzdan salınır», - o bildirib.

Nazir qeyd edib ki, sığorta şirkətləri müştəriləri ilə işə və onların hüquqlarının qorunmasına daha çox diqqət ayırmalıdır: Şirkətlər müştərilərinə aşağı keyfiyyətli xidmət göstərmək hesabına gəlirlərini artırmağa çalışmamalıdırlar. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə müştərilərin hüquqlarının müdafiəsi sahəsində vəziyyətin optimallaşdırılması üzrə tədbirlər planının yaradılması üçün sorğu göndərib. «Sığorta vasitəçilərinin fəaliyyətinin tənzimlənməsini yaxşılaşdırmaq üçün bir sıra addımları təsdiq etmişik. Şirkətlər müştəriləri ilə münasibətlərini ən yüksək səviyyədə qurmalıdır və vasitəçilərin göstərdiyi aşağı keyfiyyətli xidmətə görə bu əlaqələr pozulmamalıdır», - nazir deyib.

Azərbaycanda 26 sığorta və bir təkrarsığorta şirkəti var.

XS
SM
MD
LG