Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:56

Azərbaycandan çox borcu olan Azərbaycan şirkəti


Rəşid Şerif. Lokomotiv
Rəşid Şerif. Lokomotiv

-

2015-ci ilin ilk 6 ayında SOCAR dövlət büdcəsinə təxminən 730 milyon manat ödəyib. Bu, ötən ildəkindən 24,7 faiz azdır.

Buna səbəb olaraq dünya bazarlarında neftin ucuzlaşması göstərilir. Hökumət rəsmiləri də neftin ucuzlaşmasının büdcəyə təsirini etiraf edirlər.

Amma burada daha bir məqam diqqəti çəkir. Dünya bazarlarında neftin ucuzlaşdığı bir dönəmdə SOCAR-ın borcları artır.

SOCAR BORCU QAYTARA BİLƏCƏKMİ?

Qubad İbadoğlu
Qubad İbadoğlu

Şirkətin 2014-cü ilə dair maliyyə hesabatında deyilir ki, SOCAR-ın ümumi borcu 5,8 milyard manatdır. Bu, Azərbaycan dövlətinin borcundan çoxdur. İqtisadçı Qubad İbadoğlu xüsusi diqqəti 2014-cü ildə götürülən kreditlərin qısamüddətli olmasına çəkir:

SOCAR-ın öhdəlikləri kifayət qədər artıb. Dünya bazarında neftin ucuzlaşması bu borcları qaytarmağı çətinləşdirə bilər.

“Əlbəttə, bir şirkətin borc götürüb, biznesini inkişaf etdirməsi normaldır. Amma SOCAR-ın öhdəlikləri kifayət qədər artıb. Dünya bazarında neftin ucuzlaşması bu borcları qaytarmağı çətinləşdirə bilər. Bundan başqa SOCAR-ın nəinki xarici maliyyə qurumlarına, hətta yerli qurumlara da borcu var. Üstəlik SOCAR istehsal etdiyi məhsulun 75 %-ni yerli bazarda manatla satır.

Manatın devalvasiyasından sonra dollarla götürülən borcların qaytarılması da problemdir. Ötən il SOCAR-ın beynəlxalq reytinqi aşağı düşüb. Borc öhdəlikləri artdıqca reytinq daha da aşağı düşə bilər.

Bəlkə də buna görə, 2014-cü ildə götürülən kreditlərin 91 faizi qısamüddətli olub. Çünki uzunmüddətli kreditlər reytinqi yüksək olan və maliyyə davamlılığı olan şirkətlərə verilir”.

SOCAR-ın ümumi borclarının 2,2 milyardı qısamüddətli borclardır. Qubad İbadoğlu şirkətin müflisləşmə və ya digər maliyyə problemlərinin qarşısını almaq üçün xarici birjalarda səhmlərinin satışa çıxarılmasını zəruri sayır. Amma vurğulayır ki, SOCAR-ın taleyi neftin qiymətindən aslı olacaq.

“SOCAR ÖZ MALİYYƏ STRATEGİYASINI DÜZGÜN QURUB…”

Dövlət Neft Şirkətinin (SOCAR) sözçüsü Nizaməddin Quliyev "Trend"ə deyib ki, SOCAR indiyə qədər götürdüyü kreditlərin böyük hissəsini qaytarıb. Götürülmüş kredit hesabına reallaşan layihələrsə həm şirkətə, həm də Azərbaycan dövlətinə böyük mənfəət qazandırıb:

SOCAR bu gün Azərbaycanın, eləcə də regionun ən böyük şirkətlərindən biridir, həm ölkə daxilində, həm də xaricdə əhəmiyyətli həcmdə aktivləri var.

“SOCAR bu gün Azərbaycanın, eləcə də regionun ən böyük şirkətlərindən biridir, həm ölkə daxilində, həm də xaricdə əhəmiyyətli həcmdə aktivləri var. SOCAR-ın buraxdığı qiymətli kağızların dəyəri artıb. Bu da SOCAR-ın öz maliyyə strategiyasını düzgün qurmasını göstərir”.

QISAMÜDDƏTLİ BORC ONA GÖRƏ GÖTÜRÜLÜB Kİ…

2014-cü ildə SOCAR-ın götürdüyü kreditin 91 faizi (748 mln manatı) qısamüddətli olub. Nizaməddin Quliyev deyib ki, qısamüddətli kreditlər neft və neft məhsullarının treydinqi ilə bağlı götürülüb:

“Aydın olsun deyə, açıqlamaq istəyirəm. Treydinq şirkətləri bir neçə günlük alqı-saqtı əməliyyatları üçün hesabat dövrünə, misal üçün, 1 yanvar 2015-ci il tarixə məhsul alıb, həmin məhsulu çox qısa müddətdən (1-2 gündən, yaxud 1 aydan) sonra realizə edir. Məhsul alışı zamanı hesabat dövrünə düşdüyündən kredit xətlərindən istifadə ümumi borcun artmasına səbəb olur”.

Azərbaycan Respublikasının 1 yanvar 2015-ci ilə olan xarici dövlət borcu 5 milyard 81 milyon manatdır. SOCAR-ın borcu isə dövlət borcundan 716 milyon daha çox - 5 milyard 797 milyondur.

XS
SM
MD
LG