Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:53

Qalıblar prezidentlə vergi məmuru arasında...


-

İşadamları deyirlər ki, bir qayda olaraq onlardan ödədikləri qanuni vergilərdən başqa illik dövriyyənin 6 faizinədək haqq tələb olunur...

Azərbaycan sahibkarları qanunla müəyyən edilmiş vergilərdən başqa digər qeyri-rəsmi ödəmələr də etməyə məcbur edilirlər.

İyulun 13-də hökumətin müşavirəsində hətta prezident İlham Əliyev də bunu dilə gətirməkdən çəkinməyib.

Bu ilin birinci yarısında Vergilər Nazirliyi xəttilə dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmi (3 milyard 346 milyon 306,8 min manat) əvvəlki ilə nisbətən 6,9 faiz azalıb. Buna baxmayaraq, qurum proqnoza artıqlaması ilə əməl olunduğu haqda məlumat yayıb. Güman etmək olar ki, neft sektoru üzrə daxilolmaların azalacağını nəzərə alaraq hökumət vergi yığımlarının həcminə yenidən baxıb.

İlin əvvəlilndən qeyri-neft sektoru üzrə vergi daxilolmalarının (2 milyard 289 milyon 221,5 min manat) həcmi 11,6 faiz artıb. Nəticədə, vergi daxilolmalarında iqtisadiyyatın neft və qazdan kənar bölməsindən vergilərin dövlət büdcəsindəki payı 68,4 faizə çatıb. Nazirlik buraya neft sektorunda və ona xidmət edən servis şirkətlərində çalışanların əmək haqqından gəlir vergisini də daxil edir.

Mətbuat daim sahibkarlardan vergi məmurları tərəfindən qeyri-qanuni xərac toplandığını yazıb. İşadamları deyirlər ki, bir qayda olaraq onlardan ödədikləri qanuni vergilərdən başqa illik dövriyyənin 6 faizinədək haqq tələb olunur. Bu pulun haraya ödənildiyi barədə isə müxtəlif söhbətlər dolaşır. Bir çox hallarda sahibkarlardan müəyyən dövlət əhəmiyyətli tədbirlərin xərclərini də yığırlar.

Kiçik sahibkarlarla söhbətlərdə onlar deyirlər ki, onları Vergilər Nazirliyinin müəyyən strukturuna dəvət edir, rabitə vasitələri əllərindən alındıqdan sonra ödəniləcək verginin məbləği ətrafında “bazarlıq” aparılır. Şikayət ediləcəyi barədə narazılıq olduqda isə vergi ödəyicisinə deyilir ki, “yuxarıların hər şeydən xəbəri var, istəsən lap obyektini də bağla”.

Lakin sahibkarlar deyirlər ki, Vergilər Nazirliyindən şikayət etmək öz çörəyinə bais olmaq deməkdir. Çünki, “ara sakitləşdikdən” bir müddət sonra vergi məmurları daha aqressivləşəcəklər, prezident İİlham Əliyevin təbirincə, onlara qarşı daha sərt olacaqlar.

Sözügedən müşavirədə İlham Əliyev deyib ki, neft gəlirlərinin azalması ilə hökumət daxili rezervləri gözdən keçirib və aşkar edib ki, dövlət sektorundan fərqli olaraq özəl sektor vergiləri tam həcmdə ödəmir.

Dövlət başçısı möşavirədə faktiki olaraq Vergilər Nazirliyi sistemində korrupsiya və rüşvətxorluğun olduğunu etiraf edib. “Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır”. Prezident belə deyib.

O sahibkarlara belə qanunsuzluqlarla üzləşdikdə birbaşa ona müraciət etməyə çağırıb. Lakin sahibkarlar deyirlər ki, Vergilər Nazirliyindən şikayət etmək öz çörəyinə bais olmaq deməkdir. Çünki, “ara sakitləşdikdən” bir müddət sonra vergi məmurları daha aqressivləşəcəklər, prezident İİlham Əliyevin təbirincə, onlara qarşı daha sərt olacaqlar.

Qeyd edək ki, neftin qiyməti düşdükdən sonra bir çox ekspertlər deyirdilər ki, neft gəlirlərinin azalmasının altını yerli sahibkarlar çəkəcəklər. Artıq bu dövr yaxınlaşmaqdadır.

XS
SM
MD
LG