Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:31

ABŞ və Rusiyanın Qarabağ rəqabəti


Barack Obama və Vladimir Putin
Barack Obama və Vladimir Putin

-

«Yeni Müsavat» qəzeti yazır ki, Rusiyanın xarici işlər naziri S.Lavrov-un azərbaycanlı həmkarı Məmmədyarovdan sonra Ermənistan xarici işlər naziri E.Nalbandian-la da telefonda Qarabağ mövzusunu müzakirə etməsi diqqətçəkən məqamdır:

«Bu bəzi siyasi müşahidəçilərdə belə təəssürat yaratdı ki, Rusiya yeni bir Qarabağ sammiti hazırlayır.

Əfsus ki, pozitivə inam azdır. Çünki Moskva və Vaşinqton İran məsələsindəki kimi Qarabağ məsələsində də çəkici eyni zindana vurmaq iradəsindən çox uzaq görünür…

Lakin politoloq Qabil Hüseynli mediaya müsahibəsində deyib ki, Moskvada xarici işlər nazirlərinin görüşü daha ciddi detallar üzərində qurulub. O əmindir ki, Dağlıq Qarabağ məsələsi ətrafında bir rəqabət mühiti formalaşıb: «Belə görünür ki, Qərblə Rusiya Dağlıq Qarabağ məsələsi üzərində bir növ rəqabətə girişib. Hər halda, Rusiyanın Dağlıq Qarabağ məsələsi üzərində təxminən bir müddət bundan öncəki açıq bəyanatları, xüsusən də ardınca Elmar Məmmədyarovun Moskvada çox yaxınlarda məsələnin həll olunmasının vacibliyi ilə bağlı fikir səsləndirməsi prosesin yerindən tərpəndiyini deməyə əsas verir».

HOTEL BİZNESİNDƏ «ULDUZ» PROBLEMİ

«Bizim yol» qəzeti hotellərin «ulduz» problemindən yazır.

Əbülfəs Qarayev
Əbülfəs Qarayev

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hotellərin ulduzlarının təqdim edilən xidmətlərin standartlarına uyğun gəlmədiyini deyib, qiymətlərin qanunvericilik çərçivəsində standartlara uyğunlaşdırılmasını tələb edəcəklərini bildirib. Ardınca da deyib ki, qanunvericilikdə mütləq standartlaşma məsələsi yoxdur. Müəllif nazirin bu ziddiyyətli çıxışından bir şey anlamadığını qeyd edir:

«Gah deyir «standartlara uyğun olmalıdır», gah deyir «bu standartlar mövcud deyil», sonra da hər il monitorinq apardıqlarını bəyan edir… Turizm Nazirliyində indiyədək bu sahədə ciddi bir addım atılmayıbsa, onda adı «turizm» olan qurum nə işlə məşğul olub, bu da maraqlıdır. Bizdə nazirlərin çoxu səlahiyyətləri və daşıdıqları vəzifənin məsuliyyətini prezidentin iradından-iradına xatırlayırlar. Ölkəmizdə hotel xidmətləri sahəsində bir norma yoxdursa, əvəzində başqa ölkələrin qəbul etdikləri standartlar var. Nazirlik əməkdaşları da bu standartlara nəzər sala bilərlər, heç mütəxəssis olmağa, uzun-uzun monitorinqlərə pul xərcləyib vəziyyəti öyrənməyə lüzum yoxdur, durum onsuz da aydındır».

Şahin Mustafayev
Şahin Mustafayev

«SAHİBKARLIĞIN İNKİŞAFI PRİORİTETDİR»

«Sahibkarlığın inkişafı prioritet əhəmiyyət daşıyır. Bu sahədə təkmil qanunvericilik bazası yaradılıb, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb».

yap.org.az-ın yazdığına görə, bu fikirləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, hazırda sənaye parkları və məhəllələrinin yaradılması işi davam etdirilir. Ötən il sahibkarlıq subyektlərinin sayı 614 mini keçib, özəl sektorun ÜDM-də payı 81.9% təşkil edib.

XS
SM
MD
LG