Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:07

Gürcü müəlliməni azərbaycanlı ailədə nə şoka salıb?


Günel Mövlud
Günel Mövlud

- "Qız deyir, başa düşə bilmirdim, o, Stalinlə Saakaşvilini bir araya necə sığışdırır?"

"Otağımda kitab oxuyurdum, çıxanda deyirdilər ki, kitab oxumağı bəhanə edib yatırsan."

"Kitab oxuduğumu görəndə isə, deyirdilər ki, oxumaq qızın nəyinə lazımdı ki?"

Günel Mövlud

Biz kənardan necə görünürük?

Kənd müəlliməsinin xatirələri...

Bu günlərdə Gürcüstanda bir seminarda iştirak elədim. Bir neçə millətdən iştirakçı vardı.

Otaq yoldaşım çox gənc br gürcü qızı idi. Azərbaycanlı olduğumu biləndə çox sevindi.

Sevinmək var, sevinmək var, dəhşətli dərəcədə sevindi. Dedi ki, azərbaycanlı bir qadınla bir həftə bir otaqda qalacağına görə xoşbəxt hiss edir özünü. Təəccübləndim.

Sonra söhbət əsnasında və bir həftəlik otaq yoldaşlığımı ərzində mənə öz hekayəsini danışdı.

Biləndə ki, ərdə deyiləm, təəccüblənir, sonra da deyirdilər: buna bax, nə gözəl qızdı, amma bədbəxtdi, evdə qalıb, 22 yaşdan sonra səni kim alacaq?!

Nino gənc müəllimədir. Gürcü dili müəlliməsi. 3 ilə əvvəl bir il Marneulidə Azərbaycandilli məktəbdə dərs deyib. Və bir il ərzində azərbaycanlı ailədə yaşayıb.

Onu Marneuliyə göndərmiş Təhsil Nazirliyi Ninonun qalacağı kənddə ona ev ayırıb. Amma o, tək qalmaqdan qorxub.

Bu vaxt bir azərbaycanlı ailə Ninoya onlarda qalmağı təklif edib. Və o düz bir il azərbaycanlı ailədə yaşayıb. Nino həmin ili həyatının ən maraqlı dövrü kimi xatırlayır.

Onu qonaq etmiş ailə Ninoya öz qızları kimi baxıb, qayğısına qalıb, qoruyub, əzizləyib. Nino da onların iki azyaşlı uşağına gürcü dili öyrədib.

Mənə həvəslə nağıl danışırdı ki, o ailədə hər şey çox maraqlı idi. Onlar çox işləyir, evlərini, həyətlərini təmiz saxlayır və gözəl yeməklər bişirirdilər.

Gənc müəllümə gülə-gülə deyir ki, əlbəttə, ilk vaxtıar şoka düşürdüm. Həmin evə qonşu, qohum qaıdnlar gəlirdilər. Yaşımı soruşurdular.

Deyirdim ki, 22 yaşım var. Biləndə ki, ərdə deyiləm, təəccüblənir, sonra da deyirdilər: buna bax, nə gözəl qızdı, amma bədbəxtdi, evdə qalıb, 22 yaşdan sonra səni kim alacaq?!

Nino deyir, sual məni şoka salırdı. Düşünürdüm ki, adama necə belə söz demək olar. Amma maraqlısı odur ki, həmin qadınlardan neçəsi sonradan gəlib deyirdi, subay oğlum var, səni ona almaq istəyirəm.

Qadınlar onun yanında bakirəlik sınağından, qohum-qardaşın bunu yoxlamasından o qədər danışıblar ki, qız dəhşətə gəlib.

Gənc müəlliməni şoka salan ikinci məsələ qohum evlilikləri olub. Nino deyir, oralarda xalaqızı-xalaoğlu, əmiqızı-əmioğlunun evləndiyini eşidəndə dəli oldum. Dəhşətə gəldim.

Axı, bu necə ola bilərdi? Bu qohumlar az qala bacı-qardaş hesab olunur. Amma bir il ərzində qohum evliliklərinin real və tez-tez rast gəlinən bir şey olduğunu öyrəndim.

Onu şoka salan növbəti məsələ zifaf gecəsi söhbətləri olub. Qadınlar onun yanında bakirəlik sınağından, qohum-qardaşın bunu yoxlamasından o qədər danışıblar ki, qız dəhşətə gəlib.

Bir-iki həftə sonra onu kənd toylarının birinə dəvət edəndə, qız qorxusundan getməyib. Deyir, elə bildim, o mələfədəki qanı mənə də göstərəcəklər. Qorxumdan getmədim.

Qaldığı evin ağsaqqalı Stalin, Lenin dövründən heyranlıqla danışırmış. Həm də Saakaşvilini böyük adam hesab edirmiş.

Qız deyir, başa düşə bilmirdim, o, Stalinlə Saakaşvilini bir araya necə sığışdırır? Soruşuram ki, bəs sən nə deyirdin? Deyir, heç nə, mən gülürdüm.

Ninonu ən dəhşətə gətirən məsələ isə, qaldığı ailənin kitaba münasibəti olub. Deyir, evin ağsaqqal-ağbirçəyi gətirdiyim kitabları oxuduğuma inanmır, inananda da, heyrətlə baxırdılar.

Otağımda kitab oxuyurdum, çıxanda deyirdilər ki, kitab oxumağı bəhanə edib yatırsan. Kitab oxuduğumu görəndə isə, deyirdilər ki, oxumaq qızın nəyinə lazımdı ki?

Onlar ps adamlar deyillər. amma savadsızdırlar. Ən pisi də budur ki, dəyişmək istəmirlər. Uşaqlarını oxutmaq istəmirlər.

Bütün bu söhbətləri nağıl edəndə Ninonun üzündə bir qram da kinayə, nifrət, təkəbbür yox idi.

O, bütün bunları sevgi ilə danışıdırdı. Deyirdi ki, günahkar bizik, bizim hökümətimizdi.

O adamları öz qayğıları ilə baş-başa buraxıblar. Adamlar bütün günü həyət-bacada, bostanda, tarada işləyrilər ki, yeməyə çörəkləri olsun.

Təhsil Nazirliyi o bölgədə hər kəndə bircə dənə gürcü dili müəlliməsi göndərir. Bu isə azdır.

Onun ümumiləşdirməsi belə idi: Onlar ps adamlar deyillər. amma savadsızdırlar. Ən pisi də budur ki, dəyişmək istəmirlər. Uşaqlarını oxutmaq istəmirlər.

Ninoya qalmağı təklif edən böyük ailənin gəlini, yəni evin gənc xanımı isə azərbaycanlıya ərə gəlmiş ukraynalı qadınmış.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG