Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:19

700 bal yığan gənclər indi hardadırlar?


Nərgiz Məzahirqızı
Nərgiz Məzahirqızı

-

Onlar 2012-ci ildə qəbul imtahanında ən yüksək balı toplamışdılar – 700 bal, üstündən üç il ötür, bəs indi hardadırlar?

Daha hansı uğurlara imza atıblar və ya atmağa hazırlaşırlar? Arzuları, məqsədləri nədir? Bu məqsədlə soraqlayıb axtardıq keçmiş abituriyentləri.

Onların üçü eyni məktəbi bitirmişdi: Bakı Türk liseyini. Kamil Sərdarlı, Kamran Həmidov, Nərgiz Məzahirqizi.

İKİSİ HƏKİMDİR

Kamil Sərdarlının anası deyir ki, oğlu Türkiyədə tibb sahəsində oxuyur: “Azərbaycan Tibb Universitetinə girmişdi. Sonra Ankarada oxumaq şansı qazandı. Ona görə burda oxumadı, Türkiyəyə getdi. İndi Ankaradadır. Üçüncü kursu bitirdi. Gələn ildən stajer doktor kimi işləməyə başlayacaq”.

Kamran Həmidovun da sorağını Türkiyədən alırıq. O da həkim olmağa hazırlaşır. Atası Elçin Həmidov deyir ki, hər şey yaxşıdır: “Tətilə gəlib, kənddə istirahət edir”.

“MƏNDƏN GÖZLƏNTİLƏR ÇOXDUR”

Gözlə

No media source currently available

0:00 0:00:15 0:00
Direct-ə keçid

​Nərgiz Məzahirqızı da təhsilini İngiltərənin Mançester Universitetində davam etdirir. İki il burda Qafqaz Universitetində oxuduqdan sonra xaricdə təhsillə bağlı dövlət proqramına baş vurub. İndi İngiltərədə maliyyə-hesabat sahəsində təhsil alır.

“Bu, mənim seçimimdir” deyir.

Dövlət proqramı xətti ilə xaricdə oxuyanlar qayıdıb 5 il Azərbaycanda işləməlidirlər, belə bir tələb var əvvəla. Həm də öz istəyimdir qayıtmaq.

Bəs, 700 bal toplaması ona hansı yaşıl işığı yandırıb? “Qafqaz Universitetində oxuyanda “summer school”lar təşkil edilirdi, tələbələr Amerikaya, İngiltərəyə göndərilirdi. Bunlardan biri də mənə hədiyyə edildi.

Bir ay Londonda oldum. Dövlət proqramına baş vuranda bu kimi şeylərə, bir də TQDK balına baxırlar. Məncə, 700 bal yığmağımın təsiri oldu”.

Nərgiz universiteti bitirəndən sonra Azərbaycana qayıtmağı düşünür: “Master təhsili alacam ya almayacam, bu, hələ bəlli deyil. Bu haqda növbəti iki ildə fikirləşəcəm. Amma xaricdə qalmağı fikirləşmirəm.

Dövlət proqramı xətti ilə xaricdə oxuyanlar qayıdıb 5 il Azərbaycanda işləməlidirlər, belə bir tələb var əvvəla. Həm də öz istəyimdir qayıtmaq”.

Nərgiz deyir ki, ali məktəbə qəbul olunanda göstərdiyi yüksək nəticəyə görə günü bu gün də ondan yeni uğurlar gözləyirlər: “Gözləntilər çoxdur. Orda da qiymətimin yüksək olmasını gözləyirlər. Şükr hələ də yüksəkdir. Amma basqı yoxdur.

Öz istədiyim qədər oxuyuram. Amma belə gözlənti var, məncə. Bu, məni yorurmu? Yormur! Özümün özümdən daha çox gözləntim var çünki. Yəni nədəsə uğur əldə edə bilməyəndə özümə görə pis oluram, ətrafdakıların nə fikirləşdiyinə görə yox. Yəni ətrafdan belə gözlənti olmasa da, hər şeyin yaxşısını əldə etmək istəyirəm.

Hədəfim? Seçdiyim sahədə peşəkar olmaq.

Başqa? Mümkün qədər aktiv olmaq istəyirəm. İstər klublarda, istərsə də cəmiyyətlərdə olsun. Londonda bizim öz cəmiyyətimiz var, öz tədbirlərimizi keçiririk. Rəqslə, musiqiylə məşğulam. Piano çalıram. Musiqi klubunun üzvüyəm...”

“AİLƏM YƏQİN İCAZƏ VERMƏZ...”

Gözlə

No media source currently available

0:00 0:00:32 0:00
Direct-ə keçid

Xeyransa Əliyev
Xeyransa Əliyev

700 bal toplayanlar arasında Xeyransa da vardı. Xeyransa Əliyeva. 72 saylı məktəbi bitirmişdi.Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə 700 balla daxil olmuşdu. Bu il həmin fakültənin üçüncü kursunu bitirib. Xaricdə təhsil almağı isə... “Düşünmürəm. Ailəm yəqin icazə verməz. Bir az mühafizəkardılar. Xaricə yollamazlar. Yəqin qız olduğuma görə icazə vermirlər. Oğlan olsaydım, rahatlıqla yollayardılar. Sözün düzü, heç özümün də istəyim yoxdur. Magistraturada oxumağı düşünürəm, xaricdə oxumağı yox...”

Ailəm yəqin icazə verməz. Bir az mühafizəkardılar. Xaricə yollamazlar.

Xeyransa deyir ki, orta məktəbdə müəllimlərinin, valideynlərinin ondan gözləntisi həmişə yüksək olub:

“Hazırlıq müəllimlərim deyirdi ki, 700 bal yığa bilərsən, buna qadirsən. Təbii ki, özüm də istəyirdim, general olmaq istəməyən əsgər əsgər ola bilməz. Ən yaxşısını məqsəd qoymalısan ki, uğur qazanasan”.

Amma indi ali məktəbdə oxuyandan sonra ondan gözləntilər azalıb:

“Elə bir gözlənti yoxdur” deyir. Özünün də hədəfləri uzaqmənzilli deyil daha. “Özəl sektorda işləməyi düşünürəm. Bir ofisdə hüquqşünas olmaq”. Bəs vəkil olmaq, haqqı pozulanın hüququnu müdafiə etmək, hakim olub ədalətli qərar vermək kimi romantik, şirin arzular qurmurmu? Yəni hansısa şirkətdə hüquqşünas olmaq ona bəs edirmi? Cavab verir: “Hələ ki dəqiq qərar verməmişəm. Təhsilimi düşünürəm indilik. Əlaçıyam. Təqaüd alıram...”

XS
SM
MD
LG