Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

İsmayıl bəy Qaspralı “Qadınlar ölkəsi”ndə...


İsmayıl bəy Qaspralı, Həsən bəy Zəredabi və Əlmərdan bəy Topçubaşov, Bakı, 1907-ci il.
İsmayıl bəy Qaspralı, Həsən bəy Zəredabi və Əlmərdan bəy Topçubaşov, Bakı, 1907-ci il.

.

İz
Gözlə
Embed

No media source currently available

0:00 0:30:00 0:00

Professor Ali Yavuz Akpinar
Professor Ali Yavuz Akpinar

“İslam aləmində qadın haqlarını müdafiə edən ilk insanlardan birinin İsmayıl bəy Qaspralı olduğunu söyləyə bilərik” - Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Türkiyəli professor Ali Yavuz Akpınar söylədi.

Söhbət türk dünyasının böyük şəxsiyyətlərindən olan bir adamdan, ötənil vəfatının 100-cü ildönümü UNESCO səviyyəsində qeyd edilən görkəmli mütəfəkkirdən, məşhur «Dildə, düşüncədə, işdə birlik» ideyasının müəllifi İsmayıl bəy Qaspıralıdan gedir.

“QADINLAR ÖLKƏSİ”

“İZ” proqramının İsmayıl bəyə həsr etdiyi ikihissəli radiodastanın bələdçilərindən olan Ali Yavuz Akpınar İsmayıl bəyin qadına münasibətinə aid maraqlı fikirlərlərə diqqət çəkdi:

“O, müsəlman qadınların oxumasını istəyirdi. Hədislərə, “Qurani-Kərim”ə söykənərək, qadınların da oxuması gərəkdiyini “Tərcüman”ın ilk saylarından gündəmə gətirmişdi.

Orda qadınların hakim olduğu bir vəhşi Afrika ölkəsindən söz edilir. Qadınlar dövləti idarə edir, ordu qururlar və bütün haqlara sahibdirlər. Kişilər evdən çıxaraq, üzlərini naməhrəmə göstərə bilməzlər... Beləcə, İsmayıl bəy türk-islam aləmində qadının mövqeyinə tərs prizmadan yanaşmışdı

Hələ oxuma-yazma kursları, “Üsuli-Cədid” («Yeni Üsul») məktəbləri təzə-təzə fəaliyyətə başlarkən, bacısı Pəmbə xanıma yardım edərək Bağçasarayda bir qız məktəbi açdırdı. Bu, bəlkə də, müsəlman aləmində açılan ilk qız məktəbi idi.

İsmayıl bəyin qadınlara münasibəti onun “Qadınlar ölkəsi” əsərində daha dolğun əksini tapıb. Bu povestdə islam aləmində qadının mövqeyi tam tərsinə çevrilib. Orda qadınların hakim olduğu bir vəhşi Afrika ölkəsindən söz edilir. Qadınlar dövləti idarə edir, ordu qururlar və bütün haqlara sahibdirlər. Kişilər evdən çıxaraq, üzlərini naməhrəmə göstərə bilməzlər... Beləcə, İsmayıl bəy türk-islam aləmində qadının mövqeyinə tərs prizmadan yanaşmışdı”.

“LAP HATƏMXAN AĞANIN SÖHBƏTİNƏ BƏNZƏYİR”

Ali Yavuz Akpınar bu povestdə Mirzə Fətəliyə bir eyhamı da gülərək xatırlatdı:

“Hətta deyir ki, qadınlar bir neçə ər də ala bilərlər. Hatəmxan ağanın Müsyö Jordana söylədiyi sözləri yada salın. Bu povestdə İsmayıl bəy ustalqıla, Molla Basduran imzasıyla, türk-islam dünyasındakı qadının faciəvi vəziyyətini - onun evə qapadılmasını, dünyadan xəbərsiz, cahil bir şəkildə buraxılmasını çox sərt tənqid etmişdi.

Amma “Tərcüman”da açıq imza ilə belə şeylər yaza bilməzdi... Daha sonralar - 1903-cü ildəİsmayıl bəy “Qadınlar” adlı kiçik bir kitab da yazdı. Artıq qadın məsələsindən bu kitabda daha rahat danşmağa başlayır”.

“TƏRCÜMAN”A DAYAQ OLAN 3 QADIN

Ali Yavuz Akpınar İsmayıl bəyin həyatındakı 3 qadından da söz açdı:

“Qaspralı “Tərcüman” qəzetini çıxarmaq üçün mətbəə qurarakən, anası Fatma xanım və həyat yoldaşı Zöhrə xanım ona dayaq olublar. Hər iki xanım ziynət əşyalarını, sandıqlarındakı qumaşlarını sataraq qəzetə xərcləyiblər.

1897-ci ildə Türkiyəyə gələndə, “Məlumat” qəzetində İsmayıl bəyin tərcümeyi-halı verilir. Orda, xüsusən “Tərcüman” qəzetinin yayınlanmasında, oxucularla məktublaşmada, onların poçtla idarə olunmasında Zöhrə xanımın İsmayıl bəyə çox köməyi dəydiyi yazılıb. Beləliklə, Qaspralının idealındakı qadın tipinin Zöhrə xanım olduğunu söyləyə bilərik”.

İSMAYIL BƏY & ZÖHRƏ XANIM

Ali Yavuz Akpınar İsmayıl bəyin maraqlı sevgi tarixçəsindən də söz açdı:

“Əsrarəngiz, nağıllaşmış bir evlilik hekayəsidir bu...

İsmayıl bəy ilk evliliyini Bağçasarayda bir imamın qızıyla yapıb. Sonralar qızı Şəfiqə xanım yazırdı ki, aralarında zehniyyət uyuşmazlığı vardı. Atam mütərəqqi, ziyalı bir adam idi. Türk-islam tərbiyəsi almış, evdən başqa bir şey bilməyən qadınla keçinə bimədi və ayrıldılar.

Ismayıl bəy “Tərcüman”ı çıxaranadək 10-a yaxın kiçik risalə nəşr etdirmişdi. Sən demə, bu risalələri oxuduğundan, Zöhrə xanımın ürəyində müəllifə bir sevgi və heyranlıq duyğusu yaranıbmış.

Rusca bilən, mədəni Zöhrə xanım Qazanda məşhur bir nəsil olan Akçurinlər ailəsinə mənsubdur. Yusuf Akçura da həmin ailədəndir. Bu zəngin ailə Kazanda geniş toxuma fabriklərinə sahib olub.

1882-ci ildə Zöhrə xanım əmisi İbrahim bəylə Krıma səyahətə gəlir və orda İsmayıl bəy Qaspralıyla tanış olur. Krımın tarixi yerlərini gəzən iki gənc bir-birindən xoşlanır. Daha sonra İsmayıl bəy Zöhrə xanımgilin Simbir vilayətindəki malikanələrində atası İsfəndiyar bəydən qızı istəyir”.

BÜTÜN SEVGİ DASTANLARI BİR-BİRİNƏ BƏNZƏYİR

Ali Yavuz bəy, bütün sevgi dastanlarında olduğu kimi, bu tarixçədə də əngəllər olduğunu bildirdi:

“Qızı atasından istəyir, amma zəngin və böyük sənayeçi İsfəndiyar bəy qızını Qaspralıya vermək istəmir... Onda hər iki gənc anlaşaraq gizlicə qaçır və nikah qıydırırlar.

Atası əvvəlcə inanmır, amma nikah sənədini görəndə, məcburən razılaşmalı olur. Həmin nikah sənədi Qaspralının arxivində hələ də durur. Bu yaxınlarda biz onun fotosurətini “Türk dili və ədəbiyyatı” dərgisində yayınladıq. Hətta sənəddə İsmayıl bəyin bu evlilkdən sonra nə qədər mehr verəcəyi məsələsi belə var.

Zöhrə xanım İsmayıl bəyə 4 övlad bəxş edir və bütün həyatı boyu onun ideallarına sadiq qalır. Dediyim kimi, 1883-cü ildə “Tərcüman”ı çıxaranda bütün qızıllarını onun yolunda qoyur”.

Vilayət Quliyev
Vilayət Quliyev
“NƏSİB BƏY & ŞƏFİQƏ XANIM”

İsmayıl bəyin həyatındakı 3-cü qadından - Şəfiqə xanımdan verilişin digər bələdçisi Vilayət Quliyev danışdı:

”Bir əlamətdar faktı qeyd edim ki, İsmayıl bəy Qaspralının ailəsində 1918-20-ci illərdə mövcud olan Azərbaycan Cümhuriyyətinin birinci xanımı - Şəfiqə xanım böyüyüb. Şəfiqə xanım 1903-cü ildə Azərbaycan Cümhuriyyətinin gələcək baş naziri Nəsib bəy Yusifbəyliylə ailə qurmuşdu və bu evlilikdən İsmayıl bəyin iki nəvəsi dünyaya gəlmişdi.

Şəfiqə xanım dövrünün açıqfikirli qadınlarından sayılıb. O, “Tərcüman”a əlavə kimi çıxan “Aləmi-Nisvan” (Qadın dünyası) jurnalının əsas simasıydı. Hətta 1917-ci il Rusiya imperiyasının süqutundan sonra Krımın, krım tatarlarının azadlığı uğrunda mübarizədə öndə gedən siyasi xadimlərdən biri olmuşdu.

1919-cu ildə Bakıya gələndən sonra fəaliyyətini burda davam etdirmiş və türk dünyasında ilk uşaq baxçalarını ilk dəfə Bakıda qurmuşdu. Təbii ki, bu da Qaspralı ideyalarının ailə tərbiyəsinin, qadına münasibətin başqa bir yaşam və yayılma sahəsi sayıla bilər”.

İSMAYIL BƏYİN KÜLLİYATI ÇIXACAQ

Ali Yavuz Akpınar Qaspralının bütün külliyatını, “Tərcüman”da çıxan bütün yazılarını nəşrə hazırladığını bildirdi:

“Roman və hekayələri çap olundu, amma gündəlik yazılarını, imzasız yazılarını aşkarlayıb çap etdirmək fikrindəyəm. Onu da söyləyim ki, bunlar, hər cild 450-500 səhifə olmaqla, 10 cild qədər olar.

Yəni İsmayıl bəy Qaspralının külliyyatı çıxmadan onun fikir həyatının incəliklərini təhlil etmək doğru deyil. Çünki o, yazılarında fikir həyatındakı prosesləri də göstərir”.

İSMAYIL BƏY VƏ RUSLAR

Ali Yavuz Akpınar İsmayıl bəyin ruslarla münasibətləri həmişə yumşaq tutduğunu vurğuladı:

Panslavyanistlər, kilsə, xüsusən İlminski kimi ortodokslar Qaspralını Osmanlı casusu kimi qələmə verirdilər. Rusiya müsəlmanlarını Osmanlı xəlifəsinin nüfuzu altında birləşdirmək istəyindən, türk xalqlarını birləşdirməyi arzuladığından söz edirdilər. Onlar “Tərcüman” qəzetinin qapadılmasına çalışırdılar.

“Rusları islam xalqlarının mədəniləşməsi, maarifə qovuşması üçün razı salmaq istəyirdi. “Rusiya müsəlmanları” əsərinin ana fikri də budur. Qaspralı bilirdi ki, Rusiya türk-islam aləminə, xüsusən Türkiyəyə böyük zərərlər verir.

Amma rusları da bəzən mədənilikdən dolayı tərifləyirdi. Deyirdi ki, məsələn, ingilislər Hindistanda daha çox zülm edirlər, rus idarəsində biz daha rahatıq. Belə bir siyasət irəli sürərək bəlli bir taktika ilə münasibətləri yumşaq tutmaq istəyirdi”.

İSMAYIL BƏY VƏ TÜRKİYƏ

Ali Yavuz Akpınar İsmayıl bəyin Türkiyəyə çox gəlib-getdiyini, ancaq bunu açıqlamadığını bildirir:

“Mən “Tərcüman”ı səhifə-səhifə oxumuşam. Orda Türkiyəyəyə getdiyini bildirmir.

Halbuki Türkiyə Dövlət Arxivində Qaspralıyla bağlı 40-a yaxın sənəd aşkarlamışam. Çünki panslavyanistlər, kilsə, xüsusən İlminski kimi ortodokslar Qaspralını Osmanlı casusu kimi qələmə verirdilər. Rusiya müsəlmanlarını Osmanlı xəlifəsinin nüfuzu altında birləşdirmək istəyindən, türk xalqlarını birləşdirməyi arzuladığından söz edirdilər. Onlar “Tərcüman” qəzetinin qapadılmasına çalışırdılar.

Maraqlı bir fakt: İlminski öləndən sonra onun xatirələrindən “Tərcüman” haqqındakı məktublarını - çuğullamalarını İsmayıl bəy öz qəzetində dərc etdi... Ordan biz açıqca görürük ki, İlminski İsmayıl bəyi bir çox türk ziyalısından daha doğru anlamışdı. Bax, bu üzdən İsmayıl bəy Türkiyə ilə münasibətlərini gizli saxlayırdı.

Ancaq onun Türkiyədəki “İttihad və Tərəqqi”nin öndə gələnləri ilə yaxşı münasibətləri vardı. Hətta Osmanlı şahzadəsi Yusuf İzzətdin bəylə İstanbulda görüşmüş, onun evində yeməyə dəvət olunmuş və xatirələrində onu yaxşı yetişmiş, türklük fikri olan bir şahzadə kimi dəyərləndirmişdi.

Yəni Türkiyəylə əlaqələrini mümkün qədər örtməyə çalışırdı Qaspralı. Ona görə də, türk ziyalıları ilə əlaqələrini ancaq ölümündən sonra yazılan yazılarda, xatirələrdə görürük. Türkiyə ilə münasibətləri olduqca çox olub Qaspralının”.

“TƏRCÜMAN” İNTERNETDƏ OXUNACAQ

Ali Yavuz Akpınar daha bir maraqlı fakta diqqət çəkdi:

“Mən “Tərcüman” qəzetində fikir və ədəbiyyat həyatı” adlı diplom işi yazdırdım - Yılmaz Özkaya adlı tələbəmə. Orda Azərbaycanla “Tərcüman” qəzetinin nə qədər geniş əlaqələri olduğunu heyrətlə izləyə bilərsiniz.

Əlimərdan bəy Topçubaşov ürək yanğısı ilə qeyd edirdi ki, Rusiya türkləri özlərinin ən böyük qeybini verdilər. Çünki bu gün İsmayıl bəyi əvəz edəcək heç bir insanımız yoxdur...

Xüsusən, “Akgül dəstəsi”ndə Mirzə Fətəli Axundovdan, Həsən bəy Zərdabidən uzun-uzun söhbətlər edir.

Hətta bunların içərisində Axund Yusuf Talıbzadə də var. Demək istədiyim budur ki, “Tərcüman”da Azərbaycanla bağlı həddindən artıq material var və onların tədqiq olunması lazımdır.

Təəssüf ki, “Tərcüman” qəzeti ruscadakı bütün kitabxanalardan tamamilə çıxarılaraq məhv edilib və illərdir onun kolleksiyasını tapa bilmirik. Mən neçə illərdir bu işlə məşğulam və ən mükəmməl kolleksiyanı toplamışam. İnşallah, bu kitablar çap olunandan sonra “Tərcüman” qəzetinin bütöv variantını internetdə oxucuların, tədqiqatçıların xidmətinə verəcəyəm”.

“İSMAYIL BƏY ÖLDÜ...”

Ismayil bəyin “Firəngistan məktubları”nı çapa hazırlayan tanınmış araşdırıcı Vilayət Quliyev ikihissəli radiodastanın sonunda böyük türkçünün ölümündən də söz açdı:

“1914-cü ilin sentyabrın 11-də İsmayıl bəy Qaspralı Bağçasarayda haqqın rəhmətinə qovuşanda, onun ölümünə ilk yanğı sədaları Azərbaycandan, Bakıdan eşidilmişdi. Onun üç mərasimi qeyd olunan gün Əlimərdan bəy Topçubaşovun “Kaspi” qəzetində böyük məqaləsi çap olunmuşdu və orda ürək yanğısı ilə deyilirdi ki, Rusiya türkləri özlərinin ən böyük qeybini verdilər. Çünki bu gün İsmayıl bəyi əvəz edəcək heç bir insanımız yoxdur...

Məncə, bu, Azərbaycanda - İsmayıl bəyin ürəkdən sevdiyi, türk dünyasının qabaqcıl hissəsi saydığı, hətta qohumlaşdığı Azərbaycanda ona verilən böyük qiymət idi. Yaxın gələcəkdə İsmayıl bəyin külliyatını əldə edə biləcəyimiz xəbəri məni çox sevindirdi. Həmin külliyat vasitəsilə təkcə İsmayıl bəy və Krım türklərinin deyil, Rusiya türklərinin və bütün türk dünyasının fikir həyatını izləmək imkanı qazanacağıq”.

XS
SM
MD
LG