Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:09

Xədicənin tərcüməsi - gözdən əlillər üçün!


"Çərpələng uçuran" romanının üz qabığı
"Çərpələng uçuran" romanının üz qabığı

.

AzadlıqRadiosunun daimi dinləyicisi, görmə əngəlli, 54 yaşlı Məhərrəm Şahverdi jurnalist Xədicə İsmayılın tərcümə etdiyi “Çərpələng uçuran” (kitabın müəllifi əfqan əsilli yazar Xalid Hüseynidir) romanını audio-kitab kimi hazırlayıb: “Kitabı dostlar səsləndirdi, mən isə onu gözdən əlillər üçün uyğunlaşdırılmış səs montajı proqramında hazırladım.

Hər dəfə bu kitabın üzərində işləyəndə Xədicəni düşünmüşəm. Ona bir jurnalist, bir insan kimi böyük hörmətim var”, deyə Məhərrəm Şahverdi AzadlıqRadiosuna bildirib.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl, AzadlıqRadiosunun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.

Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur, Tural Mustafayev sonradan özü yaydığı videoda Xədicənin heç bir günahının olmadığını deyib.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

Xədicə İsmayıl bildirir ki, prezident İlham Əliyev, onun ailə üzvləri və digər yüksək vəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Onun həbsi və Azərbaycanda hakim ailənin adı hallananan jurnalist araşdırmaları barədə ətraflı burada oxu.

XS
SM
MD
LG