Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

«Rasim Əliyev cəzasızlığın qurbanıdır»


Rasim Əliyev
Rasim Əliyev

-

«Sərhədsiz Reportyorlar» təşkilatı Azərbaycan hakimiyyətini döyüldükdən sonra avqustun 9-da vəfat etmiş jurnalist Rasim Əliyevin ölümünün araşdırılması üçün hər şeyi etməyə çağırıb.

Təşkilat xatırladır ki, Rasim son 10 ildə Elmar Hüseynov, Alim Kazımlı, Rafiq Tağıdan sonra Azərbaycanda öldürülən dördüncü jurnalistdir: «R.Əliyevin öldürülməsi ölkədə uzun illər ərzində yüksəkvəzifəli məmurlar tərəfindən yaradılan dözümsüzluk və cəzasızlıq şəraitinin nəticəsidir».

«Sərhədsiz Reportyorlar» bildirir: «Hökumət məmurları tənqidçi jurnalistləri düşmən və xəyanətkar adlandırırsa, jurnalistlərə hücumlar cəzasız qalırsa, bu cür faciələrin baş verməsinə təəccüblənmək lazım deyil».

Təşkilat Azərbaycanın mətbuat azadlığı indeksinə görə 180 ölkə arasında 162-ci yerdə olduğunu xatırladır. Bildirir ki, ölkədə bütün müstəqil KİV və QHT-lər ya bağlanıb, ya da susdurulub.

«8 jurnalist, o cümlədən Xədicə İsmayıl və Rauf Mirqədirov kimi tanınmış jurnalistlər, bloqqerlər həbsdədir. Onlarla müstəqil jurnalist və bloqqer isə son aylar ölkəni tərk etməyə məcbur olub».

XS
SM
MD
LG