Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:24

«Vəziyyət bu cür davam edə bilməz»


Vahid Əhmədov
Vahid Əhmədov

-

«Azərbaycan bank sistemində çox ciddi problemlər yaşanmaqdadır».

Bunu modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

O, qeyd edib ki, manatın devalvasiyası, vaxtı keçmiş kreditlərin həcminin artması bu problemlərin yaranmasına və dərinləşməsinə səbəb olub:

«Son vaxtlar Mərkəzi Bankın İdarə Heyətində müəyyən addımlar atılsa da, həyata keçirilənlər o qədər də qaneedici deyil. Uzun müddətdir bank sistemində islahat aparılmır. Bunun nəticəsidir ki, həddindən artıq xırda banklar peyda olub. Həmin banklar əmanətləri çox aşağı faizlə qəbul edir, amma krediti yüksək faizlə verir».

Vahid Əhmədov bildirib ki, bankların sayı azalmaqda davam edəcək:

«Problemlər çoxdur. Azərbaycandakı 46 bankdan 43-ü fəaliyyətini davam etdirir. Bankların sayının çox olması əslində müsbət haldır. Amma Azərbaycanda vəziyyət bu cür davam edə bilməz. Banklar ya bağlanmalı, ya da Mərkəzi Bankın tövsiyəsi əsasında iri banklar yaradılmalıdır. Əvvəllər nizamnamə kapitalı 10 milyon manat idisə, hazırda bu 50 milyon manatla ölçülür. Bir sözlə, islahat getməlidir, bu labüddür».

İqtisadçı-mütəxəssis deyib ki, nə qədər çox bank, alternativ variantlar olarsa, o qədər yaxşıdır: «Amma nəzərə almaq lazımdır ki, bankların yaşaması üçün vəsait olmalıdır. Azərbaycanda Beynəlxalq Bankı, «Kapitalbank», «Paşa Bank» kimi 20-25 bankın olması kifayət edir».

Bu ilin fevralında manatın devalvasiyasından sonra bir sıra banklar çətin duruma düşüb, müflis olublar.

Avqustun 10-da Azərbaycanda daha bir bank – «EvroBank» Açıq Səhmdar Cəmiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə müflis elan edilib.

XS
SM
MD
LG